Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.

22.2. Bank, kapitalına mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak paymı əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.

22.3. Bank, kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.

22.4. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün bankın səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:

22.4.1.1.hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;

22.4.1.2.həmin hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat;

22.4.1.3.xarici hüquqi şəxslər yuxanda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:

Onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;

22.4.1.4. şəxs xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış;

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:

22.4.2.1.Soyadını, adım, atasının admı və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, onun vətəndaş qüsursuzluğuna dair məlumat;

22.4.2.2.fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

22.4.2-1. həmin sahib xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;

22.4.3. həmin şəxsin mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi, habelə bankların və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

22.4.4.bankların və başqa şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

22.4.5.bu Qanunun 22.4.3-cü və 22.4.4-cü maddələrində göstərilmiş hüquqi şəxslərin fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.

22.4-1. Bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir.

22.5. Mərkəzi Bank bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 90 təqvim günü müddətində baxır. Həmin müddət ərzində Mərkəzi Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Mərkəzi Bank icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda (bu Qanunun 22.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

22.5.2.hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

22.5.3.fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

22.5.4.mühüm iştirak payını əldə edəcək hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda və ya mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 14.1.2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;

22.5.5.iştirak payının əldə edilməsi nəticəsində bank, bank və ya bank holdinq şirkəti olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;

22.5.6.xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə;

22.5.7.iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici bank holdinq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.

22.6.Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.

22.7.Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, Mərkəzi Bank həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.

Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə riayət edilməzsə, Mərkəzi Bank həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.

Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmır.

22.8.Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.

22.9. Banklar onların kapitalında payların bu Qanunun 22.1-ci və ya 22.8-ci maddələrində göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə Mərkəzi Banka məlumat verməlidirlər. Banklar həmçinin mühüm iştirak paylarına malik olan səhmdarlar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq Mərkəzi Banka yazılı şəkildə bildirməlidirlər.

22.10. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:

22.10.1. hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər hansı biri və ya fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;

22.10.2. bankın maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə banka təsir göstərildikdə;

22.10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;

22.10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.

22.11. Bu Qanunun 22.10-cu maddəsinə müvafiq Mərkəzi Bankın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver