Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Kənar audit

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

44.1. Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır.

44.2. Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

44.3. Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor “Auditor xidməti haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı aşağıdakıları da həyata keçirir:

44.3.1. bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;

44.3.2. mühasibat uçotunu, maliyyə nəzarəti sistemlərini və prosedurlarını lazımi səviyyədə saxlamaqda banka kömək göstərir;

44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında Mərkəzi Banka məlumat verir;

44.3.4. banka və xarici bankın yerli filialına nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini aparan və ya aparmış bankın və xarici bankın yerli filialının fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim edir.

44.4. Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.

44.5. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının auditinin aparılmasına dair beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edir. Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun gəlməsə, Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver