Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Bank lisenziyaları və icazələr

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Mərkəzi Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə bu Qanunda nəzərdə tutulmuş hallarda filiallar və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.

6.3. Ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, Mərkəzi Bank verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver