65.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı hallarda rədd edir:
65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;
65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank ərizəyə etiraz etdikdə;
65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə bu Qanunun tələblərinə cavab vermədikdə;
65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;
65.1.5. bu Qanunun 61.1-ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət edən məbləğdə kapitalın bərpasına dair məhkəməni və Mərkəzi Bank təmin edən sübutlar təqdim edildikdə.
65.2. Bankın müflis elan edilməsi barədə ərizə bankın kreditorları tərəfindən verilmişdirsə, Mərkəzi Bank ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:
65.2.1. Mərkəzi Bank tərəfindən bankın iflasına başlamaq üçün əsasların olmadığı müəyyən olunduqda. Məhkəmə Mərkəzi Bankdan onun rəyini təsdiqləyən sübutların, o cümlədən Mərkəzi Bank tərəfindən təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;
65.2.2. bu Qanunun 57-9.7-ci maddəsinə uyğun olaraq maliyyə sağlamlaşdırılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarmı məhkəməyə təqdim etdikdə.