Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 71-1

Maddə 71-1. Mərkəzi Bank tərəfindən ləğvedicinin fəaliyyəti üzərində nəzarət

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

71-1.1. Mərkəzi Bank ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.

71-1.2. Mərkəzi Bank:

71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;

71-1.2.2. ləğvedicidən hesabat almağa;

71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verməyə;

71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa;

71-1.2.5. ləğvedicinin bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir.

71-1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver