79.1. Müflis bankın mallar göndərilməsinə və ya xidmətlər göstərilməsinə dair bütün cari müqavilələrin, o cümlədən satış, icarə və lizinq, möhlətlə satınalma müqavilələrinin qüvvəsinə ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam verə bilər. Bu zaman bankın kreditoru müqavilənin pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi haqqında bankın müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.
* (79.1-ci maddəsinin birinci cümləsinə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
79.2. Ləğvedici istənilən vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.