Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiyməti kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiyməti kağızları üzrə dividendlərdən və faizlərdən 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə gəlir vergisi tutulmasın.
2. Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.