Qanunvericilik › “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2016) › Tam mətn

“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2016)

“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.06.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 17 iyun 2016-cı il

Diri atlar, ulaqlar, qatırlar və at qatırları

Diri iribuynuzlu heyvanlar

Diri qoyunlar və keçilər

Diri ev quşları – Gallus domesticus növlü ev toyuqları, ördəklər, qazlar, hindtoyuqları və firəngtoyuqları

Təzə və ya soyudulmuş iribuynuzlu heyvan əti`

Dondurulmuş iribuynuzlu heyvan əti

Təzə, soyudulmuş və ya dondurulmuş donuz əti

Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti

Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti

İribuynuzlu heyvanın, donuzun, qoyunun, keçinin, atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əlavə qida məhsulları

0105 mal mövqeyində göstərilən ev quşlarının təzə, soyudulmuş və ya dondurulmuş əti və ət əlavələri

Digər təzə, soyudulmuş və ya dondurulmuş ət və qidaya yararlı ət əlavələri

Əridilməmiş və ya başqa üsulla hasil edilməmiş təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi və ev quşunun piyi

Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş ət və qidaya yararlı ət əlavələri; ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un

0304 mal mövqeyində təsnif edilən balıq filesi və başqa balıq əti istisna olmaqla, təzə və ya soyudulmuş balıq əti

0304 mal mövqeyində təsnif edilən digər balıq əti istisna olmaqla, dondurulmuş balıq və balıq filesi

Təzə, soyudulmuş və ya dondurulmuş balıq filesi və digər balıq əti (qiymə daxil olmaqla)

Duzlu və ya duzlu suda qurudulmuş balıq; hisə verilməzdən əvvəl və ya sonra isti və emala qalmış və ya qalmamış hisə verilmiş balıq; yeməkdə istifadə üçün yararlı qaba və ya narın balıq unu və qranulalar

Diri, təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş zirehli və ya zirehsiz xərçəngkimilər; hisə verilməzdən əvvəl və ya hisə verilmə prosesində isti emala məruz qalmış və ya qalmamış hisə verilmiş zirehli və ya zirehsiz xərçəngkimilər; qaynar suda və ya buxarda bişmiş soyudulmuş və ya soyudulmamış, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş zirehli xərçəngkimilər; xərçəngkimilərdən hazırlanmış qida üçün yararlı qaba və narın un və qranulalar

Diri, təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş balıqqulağıda və ya balıqqulağısız molyusklar; hisə verilməzdən əvvəl və ya sonra isti və emala qalmış və ya qalmamış hisə verilmiş çanaqlı və ya çanaqsız molyusklar; molyusklardan qida üçün yararlı qaba və narın un və qranulalar

Şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmədən qatılaşdırılmamış süd və qaymaq

Şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş qatılaşdırılmış süd və qaymaq

Qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmuş və ya olunmamış, dad-aromatik əlavələri edilmiş və ya edilməmiş, kakao, qoz və ya meyvələr əlavə edilmiş və ya edilməmiş ayran, çürümüş süd və qaymaq, yoğurt, kefir və digər fermentləşdirilmiş və ya qıcqırdılmış süd və qaymaq

Qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş süd zərdabı; şəkər və ya başqa şirinləşdirici maddələr əlavə edilməklə və ya edilməməklə südün təbii komponentlərindən hazırlanan, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmayan məhsullar

Kərə yağı və digər süddən hazırlanmış yağlar; südlü pastalar

Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtası

Təzə, qurudulmuş, suda və ya buxarda bişirilmiş, qəliblənmiş, digər üsulla dondurulmuş və ya konservləşdirilmiş, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş qabıqsız quş yumurtası və yumurta sarısı

Başqa yerdə adı çəkilməyən heyvan mənşəli qida məhsulları

Donuz və ya qaban tükü; fırça məmulatlarının istehsalı üçün istifadə edilən porsuq tükü və ya digər tük; onların tullantıları

Heyvanların bütöv və ya hissələrlə, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda, qurudulmuş və ya hisə verilmiş bağırsaqları, kisələri və mədələri (balıqlardan başqa)

Təmizlənmiş, dezinfeksiya edilmiş və ya saxlanma üçün emal olunmuş, lakin sonrakı emala məruz qalmamış lələklərlə və ya tüklə birlikdə quşların dərisi və başqa hissələri, lələklər və onların hissələri (kəsilmiş və ya kəsilməmiş kənarlarla) və pərğu; lələklərin və onların hissələrinin tozu və tullantısı

Emal edilməmiş, yağsızlaşdırılmış, ilkin emal olunmuş (formalaşdırılmamış), turşu ilə emal edilmiş və ya jelatini çıxarılmış sümüklər və buynuz özəyi; bu məhsulların tozu və tullantıları

Emal olunmamış və ya ilkin emal edilmiş, forma verilməmiş fil sümüyü, tısbağa zirehi, balina və ya digər dəniz məməlilərinin bığları, buynuzlar, maral buynuzları, dırnaqları, caynaqlar, dimdiklər; bu məhsulların tozu və qalıqları

Emal olunmamış və ya ilkin emal edilmiş mərcanlar və analoji materiallar; emal olunmamış və ya ilkin emal edilmiş, forma verilməmiş molyuskların, xərçəngkimilərin və ya dərisi tikanlıların çanaqları və zirehləri, mürəkkəbböcəyin skelet bığcıqları, bu məhsulların tozu və tullantıları

Təzə, soyudulmuş, dondurulmuş və ya qısamüddətli saxlanma üçün başqa üsulla emal olunmuş boz ənbər, qunduz ifrazatları, sivetta və muskus; şpanka; öd, o cümlədən quru öd; əczaçılıqda istifadə edilən vəzilər və heyvan mənşəli digər maddələr

Başqa yerdə adı çəkilməyən heyvan mənşəli məhsullar; 01 və ya 03-cü qruplarda göstərilən qida üçün yararsız ölmüş heyvanlar

Ovçuluq qənimətləri, müqəvvalar, o cümlədən taksidermik emal olunmuş və ya konservləşdirilmiş

Bərk buğda (yalnız yem məqsədləri üçün)

Yumşaq buğda (yalnız yem məqsədləri üçün)

Çovdar (yalnız yem məqsədləri üçün)

Arpa (yalnız yem məqsədləri üçün)

Yulaf (yalnız yem məqsədləri üçün)

Soya (yalnız yem məqsədləri üçün)

Qarğıdalı (yalnız yem məqsədləri üçün)

Toxum və meyvələrindən, xardal toxumlarından başqa yağlı bitkilərdən hazırlanan narın və qaba üyüdülmüş un (yalnız yem məqsədləri üçün)

Baytarlıqda, heyvan yemində və ya analoji məqsədlər üçün istifadə edilən təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş bitkilər və onların hissələri (toxumlar və bar daxil olmaqla)

Emal olunmamış, xırdalanmış və ya xırdalanmamış,

döyülmüş və ya döyülməmiş, preslənmiş və ya qranulalar formasında dənli bitkilərin küləş və samanı

Qranulalaşdırılmış və ya qranulalaşdırılmamış şalğam, yarpaq çuğunduru (manqold), yem meyvəköklüləri, ot, qarayonca, yonca, qəpikotu, yem kələmi, xaşa, çölnoxudu və analoji yem məhsulları

0209 və ya 1503 mal mövqeyində göstərilən piydən başqa, donuz piyi (əridilmiş donuz piyi daxil olmaqla) və ev quşunun piyi

1503 mal mövqeyində göstərilən piydən başqa, iribuynuzlu qaramal, qoyun və keçi piyi

Emulsiyaya çevrilməmiş və ya qarışdırılmamış və ya hər hansı başqa üsulla hazırlanmamış lyard-stearin, lyard-oyl, oleostearin, oleo-oyl və heyvan yağı

Kimyəvi tərkibi dəyişdirilmədən saflaşdırılmış və ya saflaşdırılmamış balıqlardan və ya dəniz məməlilərindən hazırlanan piylər, yağlar və onların fraksiyaları

Yağ-tər və ondan alınan piyli maddələr (lanolin daxil olmaqla)

Kimyəvi tərkibi dəyişdirilmədən saflaşdırılmış və ya saflaşdırılmamış digər heyvan mənşəli piylər, yağlar və onların fraksiyaları

Tam və ya qismən hidrogenləşdirilmiş, yenidən eterifikasiya olunmuş, reeterifikasiya olunmuş və ya elaidinləşdirilmiş, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin sonrakı emala məruz qalmamış heyvan və ya bitki mənşəli piylər və yağlar və onların fraksiyaları

Bitkidən hasil olan piylər və yağlar və onların fraksiyaları, yalnız baytarlıq və yem məqsədləri üçün

Marqarin (bitki mənşəli marqarin istisna olmaqla); 1516 mal mövqeyində göstərilən qida üçün yararlı piylər və ya yağlar və ya onların fraksiyalarından başqa, heyvan və ya bitki piylərindən və ya yağlarından və ya bu qrupda təsnif olunmuş müxtəlif piy və ya yağ fraksiyalarından hazırlanmış qida üçün yararlı qarışıqlar və ya hazır məhsullar

1516 mal mövqeyinin məhsullarından başqa, bişmiş, oksidləşdirilmiş, susuzlaşdırılmış, sulfolaşdırılmış, hava üfürülməsi ilə oksidləşdirilmiş, vakuumda və ya təsirsiz qazda qızdırılma yolu ilə polimerləşdirilmiş və ya ayrı üsulla kimyəvi strukturu dəyişdirilmiş heyvan və ya bitki mənşəli piylər və yağlar və onların fraksiyaları; başqa yerdə adları çəkilməyən, bu qrupun heyvan və ya bitki piylərindən və ya yağlarından və ya müxtəlif piylərin və ya yağların fraksiyalarından yalnız baytarlıq və yem məqsədləri üçün hazırlanan qida üçün yararsız qarışıqlar və ya hazır məhsullar

Rənglənmiş və ya rənglənməmiş, saflaşdırılmış və ya saflaşdırılmamış arı və digər həşəratların mumu və spermaset

Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları

Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar

Ətdən, balıqlardan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından hazırlanan ekstraktlar və şirələr

Hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun dənəciklərindən hazırlanmış əvəzedicilər

Tərkibində balıq, xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları, kolbasa, ət, ət əlavələri, qan, 04-cü qrupun məhsulları və ya onların istənilən kombinasiyaları olan içlikli, isti emala məruz qalmış və ya qalmamış, yaxud hər hansı başqa üsulla hazırlanmış makaron məmulatları

Tərkibində balıq, xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları, kolbasa, ət, ət əlavələri, qan, 04-cü qrupun məhsulları və ya onların istənilən kombinasiyaları olan dənəvər, lopa və ya dənə şəklində, yaxud başqa üsulla emal olunmuş (narın və qaba üyüdülmüş un və yarma istisna olmaqla), əvvəlcədən suda bişirilmiş və ya başqa üsulla hazırlanmış dənli bitkilər (qarğıdalı dənələrindən başqa)

Tərkibində balıq, xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları, kolbasa, ət, ət əlavələri, qan, 04-cü qrupun məhsulları və ya onların istənilən kombinasiyaları olan tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

Heyvanların yemində istifadə edilən qeyri-aktiv mayalar, digər ölü birhüceyrəli mikroorqanizmlər

Tərkibində balıq, xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları, kolbasa, ət, ət əlavələri, qan və ya 04-cü qrupun məhsulları və ya onların istənilən kombinasiyaları olan hazır şorbalar, bulyonlar və onların hazırlanması üçün tədarüklər; homogenləşdirilmiş mürəkkəb hazır qida məhsulları

Qida buzu istisna olmaqla, meyvə-giləmeyvə əsaslı və meyvəli dondurmalar

Tərkibində balıq, xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları, kolbasa, ət, ət əlavələri, qan və ya 04-cü qrupun məhsulları və ya onların istənilən kombinasiyasında olan ərinmiş pendirlər və digər hazır qida məhsulları

Heyvan yemi məqsədləri üçün ətdən və ya ət əlavələrindən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından hazırlanan, qida üçün yararsız narın və ya qaba üyüdülmüş un və qranulalar; cızdaqlar

Heyvan yemi məqsədləri üçün dənli və ya paxlalı bitkilərin ələnməsindən, döyülməsindən və ya digər şəkildə emal edilməsindən alınan qranulalaşdırılmış və ya qranulalaşdırılmamış kəpəklər, ələntilər və başqa qalıqlar

Heyvan yemi məqsədləri üçün nişasta istehsalının qalıqları və analoji qalıqlar, çuğundur cecəsi, baqassa və ya şəkər qamışının puçalı və şəkər və ya barda istehsalının digər tullantıları, pivəbişirmə və ya şərabçəkmənin digər tullantıları, qranulalaşdırılmış və ya qranulalaşdırılmamış

Heyvan yemi məqsədləri üçün soya yağının ekstraksiyası nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranulalaşdırılmış və ya qranulalaşdırılmamış cecələr və bərk tullantılar

Heyvan yemi məqsədləri üçün bitki piy və yağlarının ekstraksiyası nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranulalaşdırılmış və ya qranulalaşdırılmamış cecələr və bərk tullantılar, 2304 və ya 2305 mal mövqelərində təsnif edilən tullantılardan başqa

Heyvan yemi üçün istifadə edilən, ayrı yerdə adları çəkilməyən və ya təsnif olunmayan qranulalaşdırılmış və ya qranulalaşdırılmamış bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar

Heyvan yemi üçün istifadə edilən məhsullar

Baytarlıqda tətbiq edilən üzvi kimya birləşmələri

Baytarlıqda tətbiq edilən əczaçılıq məhsulları

Qarışıq və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emal edilmiş gübrələr

Kazein, kazeinatlar və kazeinin digər törəmələri

Albuminlər (quru məhsula hesablanmada 80 kütlə %-dən çox zərdab zülallarından ibarət olan, iki və ya çox zərdab zülallarının konsentratları daxil olmaqla), albuminatlar və digər albumin törəmələri

Jelatin (o cümlədən, düzbucaqlı, (kvadrat forma daxil olmaqla) təbəqələr şəklində, səthi emal olunmuş və ya olunmamış, boyanmış və ya boyanmamış) və jelatin törəmələri; balıq yapışqanı, digər heyvan mənşəli yapışqanlar, 3501 mal mövqeyində göstərilən kazein yapışqanlarından başqa

Peptonlar və onların törəmələri; ayrı yerdə adı çəkilməyən və ya daxil edilməyən digər zülali maddələr və onların törəmələri; dəridən və ya aşılanmaq üçün hazırlanan dəridən toz, xromlaşdırılmış və ya xromlaşdırılmamış

Baytarlıqda tətbiq edilən fermentlər, ayrı yerdə adları çəkilməyən və ya daxil edilməyən ferment preparatları

Pərakəndə satış üçün forma və qablara qablaşdırılmış, yaxud hazır preparatlar və ya məmulatlar kimi təqdim edilmiş baytarlıqda tətbiq edilən insektisidlər, dezinfeksiyaedici və onlara analoji vasitələr qranulalaşdırılmamış kəpəklər, ələntilər və başqa qalıqlar

Baytarlıqda tətbiq edilən mikroorqanizmlərin yetişdirilməsi üçün qida mühitləri

3002 və ya 3006 mal mövqelərindəki mallardan başqa, baytarlıqda tətbiq edilən altlıqlı diaqnostik və ya laborator reagentlər, altlıqlı və ya altlıqsız hazır diaqnostik və ya laborator reagentlər; sertifikatlaşdırılmış etalon materialları

İribuynuzlu mal-qaranın (camış daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının tük örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikellənmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş)

Emal edilməmiş, yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru, küllələnmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş), XİFMN-in bu qrupa dair 1v qeydində sadalananlardan başqa

Digər emal olunmamış, tüklü örtüklə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş gönlər (təzə və ya duzlu, quru, küllələnmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və sonradan emal edilməmiş), XİF MN-in bu qrupa dair 1b və ya 1v qeydlərində istisna edilən növlərdən başqa

Bağırsaqlardan (barama fibroinindən olan liflərdən başqa), sinyuqadan, kisəcikdən və ya vətərdən hazırlanan məmulatlar

Xam xəzlik dəri-xəz (xəz məmulatlarının hazırlanması üçün yararlı olan baş, quyruq, pəncə və digər hissə və ya kəsiklər daxil olmaqla), 4101, 4102 və ya 4103 mal mövqelərində təsnif edilən emal olunmamış gönlərdən başqa

Baramaqurdunun açılmağa yararlı baraması

İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla)

Kardo və daraqla daranmaya məruz qalmamış yun

Zərif və ya qaba, kardo və daraqla daranmaya məruz qalmamış heyvan tükü

Əyirmə tullantıları daxil olmaqla, lakin didilmiş yun istisna olmaqla yunun, zərif və ya qaba heyvan tükünün tullantıları

Səyyar sirklər və səyyar heyvanxanaların tərkibində olan heyvanlar

Zoologiya, heyvanların anatomiyası və paleontologiyası üzrə kolleksiyalar və kolleksiya əşyaları

İstismarda olmuş bütün növ heyvanların daşınması, yetişdirilməsi, müvəqqəti saxlanılması üçün avadanlıq və ləvazimatlar, həmçinin heyvan mənşəli xammalın (məhsulun) nəqli üçün avadanlıq

Yüksək fitosanitar riskli karantin nəzarətində olan məhsullar (karantin yüklər, karantin materiallar, karantin mallar)

Elmi-tədqiqat və bioloji mübarizə məqsədləri üçün canlı gənələr, nematodlar və həşəratlar

Şaxələnmiş də daxil olmaqla, vegetativ durğunluq, vegetasiya və ya çiçəklənmə vəziyyətində olan soğanaqlar, kök yumruları, yumruvari köklər, kökyumru soğanaqlar, kökümsovlar; 1212 mal mövqeyində təsnif kasnı bitkisi və köklərindən başqa

Başqa canlı bitkilər (kökləri də daxil olmaqla), gövdəcik və şitillər

Buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş təzə güllər və qönçələr

Buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş qurudulmuş güllər və qönçələr

İynəyarpaqlı ağacların budaqları

Buketlər düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün təzə, qurudulmuş, sonrakı emala məruz qalmamış yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz və qönçəsiz başqa hissələri, otlar

Təzə və ya soyudulmuş kartof

Təzə və ya soyudulmuş tomat

Təzə və ya soyudulmuş şalğamaoxşar soğan, soğan-şalot, sarımsaq, kəvər soğanı və digər soğanaqlı tərəvəzlər

Təzə və ya soyudulmuş baş kələm, gül kələm, daş kələm (kolrabi), yarpaq kələm və Brassica cinsli yeyilən analoji tərəvəzlər

Təzə və ya soyudulmuş kahı (Lactucasativa) və kasnı (Cichoriumspp)

Təzə və soyudulmuş yerkökü, şalğam-turp, salat çuğunduru (qırmızı çuğundur), keçisaqqalı, meyvəköklü kərəviz, qırmızı turp və başqa analoji yeyilən meyvəköklülər

Təzə və ya soyudulmuş xiyar və kornişonlar

Təzə və ya soyudulmuş, qabıqlı və ya qabığı təmizlənmiş paxlalı tərəvəzlər

Təzə və ya soyudulmuş digər tərəvəz

Şəkər qarğıdalı (Zea mays var. saccharata)

Qabıqsız, təmizlənmiş və ya təmizlənməmiş, xırdalanmış və ya xırdalanmamış qurudulmuş paxlalı tərəvəzlər

Təzə, soyudulmuş və ya qurudulmuş, bütöv, dilimlənmiş və ya qranulalar halında maniok, maranta, səhləb (salep), yerarmudu və ya topinambur, şirin kartof və ya batat və yüksək nişasta və ya inulin tərkibli digər analoji meyvəköklər və kökyumruları; saqo palmasının özəyi

Təzə və ya qurudulmuş, qabıqlı və ya qabıqsız, pərdəsi soyulmuş və ya soyulmamış Hindqozu, Braziliya fındığı və keşyü fındığı

Təzə və ya qurudulmuş, qabıqlı və ya qabıqsız, pərdəsi soyulmuş və ya soyulmamış digər qoz-fındıq

Plantaynlar da daxil olmaqla, təzə və ya qurudulmuş bananlar

Təzə və ya qurudulmuş xurma, əncir, ananas, avokado, quayava, manqo, manqostan və ya qarsiniya

Təzə və ya qurudulmuş sitrus meyvələri

Təzə və ya qurudulmuş üzüm

Təzə qovun (qarpız da daxil olmaqla) və papaya

Təzə alma, armud və heyva

Təzə əriklər, albalı və gilas, şaftalılar (nektarinlər də daxil olmaqla), gavalı və göyəm

Qurudulmuş meyvələr, 0801-0806 mal mövqelərində təsnif edilən meyvələrdən başqa; XİF MN-in 08-ci qrupunun qurudulmuş meyvə və qozların qarışıqları

Kofeinli və kofeinsiz qovrulmamış qəhvə

Qarabaşaq, darı və bülbülotu toxumları; digər dənli bitkilər

Buğda unu və ya buğda-çovdar unu

Buğda və ya buğda-çovdar unundan başqa digər dənli bitkilərin unu

Yarma, qaba üyüdülmüş un və taxıl qranulaları

Taxıl, başqa üsullarla emal olunmuş (məsələn, dən pərdəsi təmizlənmiş, yastılaşdırılmış, lopa halına emal edilmiş, qabığı təmizlənmiş, yarma halında və ya

xırdalanmış), 1006 mal mövqeyində göstərilən düyüdən başqa; dənli bitkilərin bütöv, yastılaşdırılmış, lopa şəklində və ya döyülmüş rüşeymi

0713 mal mövqeyində göstərilən qurudulmuş paxlalı tərəvəzlərdən hazırlanan qaba və narın üyüdülmüş un və toz

Qovrulmuş və ya qovrulmamış səməni

Xırdalanmış və ya xırdalanmamış soya paxlaları

Qovrulmamış və ya hər hansı başqa üsulla hazırlanmamış, qabığı təmizlənmiş və ya təmizlənməmiş, xırdalanmış və ya xırdalanmamış yerfındığı

Xırdalanmış və ya xırdalanmamış kətan toxumu

Xırdalanmış və ya xırdalanmamış raps və ya kolza toxumu

Xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumu

Digər yağlı bitkilərin xırdalanmış və ya xırdalanmamış toxumları və meyvələri

Toxum və meyvələrindən, xardal toxumlarından başqa yağlı bitkilərdən hazırlanan narın və qaba üyüdülmüş un

Əkin üçün toxumlar, meyvələr və sporlar

Əsasən ətriyyat, əczaçılıq və ya insek-tisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş bitkilər və onların hissələri (toxumlar və bar da daxil olmaqla)

Toxumları da daxil olmaqla, keçibuynuzu ağacının meyvələri

Kasnı kökləri, ərik, şaftalı (o cümlədən, nektarin) və ya gavalı çəyirdəkləri və onların ləpələri

Qranulalar formasında olanlar istisna olmaqla, emal edilməmiş, xırdalanmış və ya xırdalanmamış, döyülmüş və ya döyülməmiş, preslənmiş dənli bitkilərin samanı və küləşi

Qranulalaşdırılmamış şalğam, yarpaq çuğunduru (manqold), yem meyvəköklüləri, ot, qarayonca, yonca, qəpikotu, yem kələmi, xaşa, çölnoxudu və analoji yem məhsulları

Əsasən süpürgə və fırşaların hazırlanmasında istifadə edilən (məsələn, süpürgə darısı, piassava, sürülən ayrıqotu, istl) bağlama, dəstə və ya qalaq halında bitki mənşəli materiallar; ağac qabığı

Bütöv və ya xırdalanmış, çiy və ya qovrulmuş kakao dənələri

Qabıq, nazik pərdə və kakaonun digər tullantıları

Taxıl və ya paxlalı bitkilərin ələnməsindən, döyülməsindən və ya digər şəkildə emal edilməsindən alınan qranulalaşdırılmamış kəpəklər, ələntilər və başqa qalıqlar

Soya yağının ekstraksiyası nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranulalaşdırılmamış cecələr və bərk tullantılar

Araxis yağının ekstraksiyası nəticəsində alınan xırdalanmamış və ya xırdalanmış, qranulalaşdırılmamış cecələr və digər bərk tullantılar

2304 və ya 2305 mal mövqelərində təsnif edilən tullantılardan başqa, üyüdülmüş və ya üyüdülməmiş, qranulalaşdırılmamış bitki piy və yağlarının ekstraksiyası nəticəsində alınan cecələr və bərk tullantılar

Tütün xammalı; tütün tullantıları

Aqlomerasiya edilmiş və ya edilməmiş torf (torf qırıntısı daxil olmaqla)

Elmi-tədqiqat məqsədləri üçün canlı fitopatogen bakteriyalar, viruslar

Qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emal edilməsi ilə alınmış gübrələr

Yanacaq oduncağı şalban, girdin, çırpı bağlaması formasında və ya analoji formalarda, oduncaq talaşası və ya yonqarı, aqlomerasiya olunmamış mişarağzı, ağac tullantıları və skrap

Emal edilməmiş, qabığı soyulmuş və ya qabığı soyulmamış, üst oduncağı yonulmuş və ya yonulmamış və ya qaba yonulmuş və ya yonulmamış meşə materialı

Çəllək oduncağı; yarılmış şalbanlar, ağacdan dirəklər və payalar, itilənmiş (sivri), lakin uzununa mişarlanmamış; çəlik, çətir və alətlər üçün dəstəklərin və digər analoji məmulatların istehsalında istifadə edilən, qaba yonulmuş, lakin yonulub hamarlanmamış, əyilməmiş və digər üsulla emal edilməmiş meşə materialı; qabığı soyulmuş və analoji oduncaq

Dəmir yolu və ya tramvay yolu üçün hopdurulmamış ağac şpalları

Uzununa mişarlanmış və ya yarılmış, təbəqələrə ayrılmış və ya qabığı soyulmuş, yonulmuş və ya yonulmamış, cilalanmış və ya cilalanmamış, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə materialı

Profilli paqonaj halında (dişli, yarıqlı, zivanalı, kənarları yonulmuş, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirilmiş, fiqurlu və ya analoji) hər hansı bir çıxıntı, haşiyə və ya müstəvi çərçivəsində, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış, şalbanbaşı birləşmələri olan və ya olmayan, boyanmış, dərmanlanmış, antiseptik və digər konservantlarla emal edilmişlər istisna olmaqla, pilomateriallar (döşəmənin parket örtüyü üçün plankalar və frizlər daxil olmaqla, quraşdırılmamışlar)

Mal qismində gətirilən və ya ayrı bəyan edilən ağacdan hazırlanan yeşiklər, qutular, qablaşdırma səbətləri, barabanlar və analoji tara; ağacdan düzəldilən kabel barabanları; palletlər, altlıqlar və digər yükləmə lövhələri, ağacdan çənbərlər

Boyanmış, dərmanla, antiseptik və digər konservantlarla emal edilmişlər istisna olmaqla, beton tökmək üçün taxtabənd

Baramaqurdunun açılmaya yararlı baraması

Zoologiya, botanika üzrə kolleksiyalar və kolleksiya əşyaları

Aşağı fitosanitar riskli karantin nəzarətində olan məhsullar (katantin yüklər, karantin materiallar, karantin mallar)

Lələklərin və onların hissələrinin tozu və tullantısı

Sümüklərin və buynuz özəyinin tozu və tullantıları

Qurudulmuş, bütöv, doğranmış, dilimlənmiş, xırdalanmış və ya toz halında, lakin sonrakı emala məruz qalmamış şalğamaoxşar soğan

Qurudulmuş, bütöv, doğranmış, dilimlənmiş, xırdalanmış və ya toz halında, lakin sonrakı emala məruz qalmamış göbələklər

Qurudulmuş tərəvəzlər, bütöv, doğranmış, dilimlənmiş, xırdalanmış və ya toz halında, lakin sonrakı emala məruz qalmamış digər tərəvəzlər, tərəvəz qarışıqları

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, qovrulmuş kofeinli qəhvə

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, qovrulmuş kofeinsiz qəhvə

Qəhvə toxumlarının qabığı

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, yaşıl çay (fermentləşdirilməmiş)

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş çay

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, mate və ya paraqvay çayı

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, ədviyyatlar

Təmizlənmiş, ağardılmış və ya boyadılmış istisna olmaqla, əsasən toxuma üçün istifadə edilən bitki mənşəli materiallar (məsələn, bambuk, rotanq, qamış, cığ, söyüd, rafiya)

Qranulalaşdırılmış istisna olmaqla, tapioka

Ədviyyatların qarışığı

Palıd qozası və at şabalıdı

Tərkibində xolin xloridi olan üzvi əsaslı heyvan yemi üçün istifadə edilən məhsullar

Qranulalaşdırılmış istisna olmaqla, heyvan yemi üçün

istifadə edilən digər məhsullar

Pərakəndə satış üçün qablaşdırılmış istisna olmaqla, xına və basma

İribuynuzlu mal-qaranın (camış da daxil olmaqla), atlar fəsiləsi heyvanlarının, qoyun, quzu və digər heyvanların tük örtüyü ilə və ya onsuz, ikilənmiş və ya ikilənməmiş dəriləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikellənmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal edilməmiş)

Uzununa mişarlanmış, təbəqələrə bölünmüş və ya qabığı soyulmuş, rəndələnmiş və ya rəndələnməmiş, cilalanmış və ya cilalanmamış, 6 mm-dən çox qalınlığı olmayan şalbanbaşı birləşmələri olan və ya olmayan, boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, üz çəkmək üçün lövhələr (laylı oduncağı bölməklə alınan lövhələr də daxil olmaqla), yapışqanlı faner üçün və ya analoji laylı oduncaqlar üçün lövhələr və digər meşə materialları

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, oduncaqdan boçkalar, kiçik boçkalar, çənlər, çəlləklər və çəllək taxtası da daxil olmaqla, digər çəllək məmulatları və onların hissələri

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, pəncərələr, eyvan qapıları və onların çərçivələri

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, qapılar və onların çərçivələri və astanalar

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, taxtapuº qontu və çiləkəni

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, zolaqlar və ya lent şəklində birləşdirilmiş və ya birləşdirilməmiş, hörgü materiallarından hörmələr və analoji məmulatlar; bitki materiallarından payəndazlar (ayaqaltılar), həsirlər, pərdələr, boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla

Boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, bilavasitə hörmə materiallarından hazırlanmış səbətlər; boyanmış, dərmanla, antiseptiklə və digər konservantlarla emal edilmişlər istisna olmaqla, lüfədən hazırlanan məmulatlar

Deşilmiş və ya deşilməmiş büzməli kağız və karton

Büzməli kağızdan və ya büzməli kartondan qutular, yeşiklər və karton qutular

İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla)

Kardo və daraqla daranmaya məruz qalmamış, yuyulmamış qırxılmış yun, qırxılmaya qədər yuyulmuş daxil olmaqla

Zərif və ya qaba, kardo və daraqla daranmaya məruz Qalmamış heyvan tükü

Karbonlaşdırılmamış daraq ağzı yun və ya zərif heyvan tükü

Kardo və ya daraqla daranmaya məruz qalmamış pambıq lifi

Pambıq liflərinin tullantıları (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla)

Xam kətan və ya emal edilmiş, lakin əyrilməmiş kətan; kətan darantısı və tullantısı (əyirmə tullantısı və didilmiş xammal da daxil olmaqla)

Xam və ya emal edilmiş, lakin əyrilməmiş çətənə (Cannabms Satmva L); çətənə darantısı və tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)

Xam və ya emal edilmiş, lakin əyrilməmiş cut lifi və digər lifli toxuculuq lifləri (kətan, çətənə və ramidən başqa), onların darantı və tullantıları (didilmiş xammal da daxil olmaqla)

Xam və ya emal edilmiş, lakin əyrilməmiş hindqozu lifi, abaka (manil çətənəsi və ya Musa textiles Nee), rami və ayrı yerdə adları çəkilməmiş və ya təsnif olunmamış digər toxumalı bitki lifləri; həmin liflərin eşmə, darantı və tullantıları (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)

Fitosanitar nəzarətinə düşən pestisidlər, bioloji preparatlar və aqrokimyəvi preparatlar

Bitki mühafizəsi üçün kolloid, üyüdülmüş kükürd

Torpaq üçün dolomit unu

Torpaq üçün üyüdülmüş gips

Torpaq üçün əhəng, əhəng daşı unu

Torf, həmçinin torf əsaslı, torf və qum qarışığı əsasında, torf və gil qarışığı əsasında bitkilərin boy artımı üçün kompostlar

Torpaq üçün sulfat turşusu

Torpaq üçün kalsium xlorid

Torpaq üçün natrium bisulfit

Torpaq üçün alüminium sulfat

Torpaq üçün dəmir sulfat

Torpaq üçün bir əvəzli kalium fosfat

Mikrobiolojikulturalarınəsasındaolanbitkimühafizəsiüçünbiolojipreparatlar

Qarışıq və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; məhsulların qarışdırılması və ya kimyəvi emal edilməsi ilə əldə edilən bitki və ya heyvan mənşəli gübrələr

Mineral və ya kimyəvi azot gübrələri

Mineral və ya kimyəvi fosfor gübrələri

Mineral və ya kimyəvi kalium gübrələri

Tərkibində iki və ya üç qida elementi - azot, fosfor və kalium olan mineral və ya kimyəvi gübrələr; digər gübrələr; həb və ya digər analoji formalarda və ya brutto-çəkisi 10 kq-dan artıq olmayan bağlamalarda olan bu qrupun malları

Bitki mühafizəsi üçün insektisidlər

Bitki mühafizəsi üçün fungisidlər

Herbisidlər, bitkilərin boyartımının qarşısını alan və tənzimləyən vasitələr

Baytarlıqda, tibdə və məişətdə istifadə edilənlər istisna olmaqla, dezinfeksiyaedici vasitələr

Yalnız bitki mühafizəsi üçün digər pestisidlər

Tərkibində qidalandırıcı mikroelementlər və az miqdarda azot, fosfor və kalium elementləri olan aqrokimyəvi preparatlar; torpaq, qum və gil qarışığı

Siqarlar, ucları kəsilmiş siqarlar, siqarilladan, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər

Sənayedə emal olunmuş digər tütün və tütünün sənaye əvəzediciləri; "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün; tütün ekstraktları və essensiyaları

Ətriyyat, kosmetik və tualet vasitələri

Sabun; sabun kimi istifadə edilən üzvi səthi-aktiv maddələr və vasitələr, uzunsov, parçalar və ya fiqurlu formada məmulatlar, tərkibində sabun olan və ya olmayan; maye və ya krem halında dərinin yuyulması üçün vasitələr və üzvi səthi-aktiv maddələr və vasitələr, pərakəndə satış üçün bağlamalarda, tərkibində sabun olan və ya olmayan

Səthi-aktiv vasitələr, yuyucu vasitələr (köməkçi yuyucu vasitələr daxil olmaqla) və tərkibində sabun olan və ya olmayan təmizləyici vasitələr

Baytarlıq və bitki mühafizəsi məqsədləri ilə istifadə edilənlər istisna olmaqla, insektisidlər

Baytarlıq və bitki mühafizəsi məqsədləri ilə istifadə edilənlər istisna olmaqla, dezinfeksiyaedici vasitələr və onlara analoji vasitələr

Plastmasdan yemək və mətbəx qabları, yemək və mətbəx ləvazimatları, digər ev məişət əşyaları və gigiyena və ya tualet əşyaları

Kağız tualet salfetləri və ya üz salfetləri, dəsmallar və ya pelyonkalar və təsərrüfat-məişət və ya sanitariya-gigiyena təyinatlı digər kağız növləri

Xammal istisna olmaqla, tualet kağızı

Poliqrafiya məhsulları

Uşaqlar üçün məhsullar (oyunlar, oyuncaqlar, ayaqqabı, paltar və s.)

Farfordan və keramikadan yemək qabları, mətbəx qabları və digər təsərrüfat və tualet məmulatları

Süfrə və mətbəx üçün şüşə qablar

Qara metallardan yeməkxana və mətbəx qabları

Misdən yeməkxana və mətbəx qabları

Alüminiumdan yeməkxana və mətbəx qabları

İçməli suyun, içkilərin süzülməsi və ya təmizlənməsi üçün, o cümlədən qida sənayesi üçün avadanlıq və qurğular

Qeyd. Siyahıdan istifadə üçün malın XİFMN üzrə kodu ilə birlikdə malın adı və təsvirin uyğunluğu rəhbər tutulmalıdır.

1. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver