13.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyələr, bədən tərbiyəsi və idman yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edirlər, mediada bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etməlidirlər.
13.2. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
13.3. İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.