22.1. Əlilliyi olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.
22.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi avadanlıq və ləvazimatların alınmasında köməklik göstərir, onların bədən tərbiyəsi və idman sisteminə inteqrasiyasına dəstək olurlar.
22.3. Əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiya prosesinin təşkili və aparılması üçün xüsusi kadr hazırlığını, elmi-metodiki və tibbi təminatını, həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
22.4. Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial bacarıqlarının inkişafı, adaptiv bədən tərbiyəsi və adaptiv idman metodlarından istifadə etməklə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
22.5. Əlilliyi olan şəxslər üçün idmanın inkişafı idmanla məşğul olmanın üstünlüyü, yayılmasının kütləviliyi və müəssərliyi prinsiplərinə əsaslanır.
22.6. Müvafiq təhsil müəssisələrində əlilliyi olan şəxslər üçün onların fərdi qabiliyyətləri və sağlamlıqlarının vəziyyəti nəzərə alınmaqla, adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitələrindən istifadə etməklə xüsusi dərslər təşkil olunur.
22.7. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr, bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən əlilliyi olan şəxslərin bədən tərbiyəsi-idman birlikləri əlilliyi olan şəxslərin iştirakı ilə bədən tərbiyəsi-idman və bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin keçirilməsini təşkil edir, uşaq-gənclər idman-adaptiv məktəbləri, uşaq-gənclər adaptiv fiziki hazırlıq klubları yaradırlar.
22.8. Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, onların yerli şöbələri, idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri dövlət mülkiyyətində olan binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər.