Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40-2

Maddə 40-2. İdman yarışlarının manipulyasiyası ilə mübarizə

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40-2.1. İdman yarışlarının manipulyasiyası qadağandır. İdman yarışlarının manipulyasiyasına qarşı aşağıdakı tədbirlər həyata keçirilir:

40-2.1.1. idman yarışlarının manipulyasiyasının qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən maarifləndirmə işlərinin, o cümlədən mediada idman yarışlarının manipulyasiyasına qarşı təbliğatın aparılması;

40-2.1.2. respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən idman klubunun rəhbərinə və əməkdaşlarına, idmançılara, idman hakimlərinə, məşqçilərə, sponsorluq edən şəxslərə, həmçinin idman yarışlarının digər iştirakçılarına və təşkilatçılarına idman yarışlarının manipulyasiyasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsi və bununla bağlı məsuliyyət nəzərdə tutulduğunun onlara izah edilməsi;

40-2.1.3. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, bədən tərbiyəsi və idman subyektləri və idman mərc oyunlarının operatorları tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluğa məlumat verilməsi;

40-2.1.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən idman yarışlarının manipulyasiyasına qarşı mübarizə sahəsində aidiyyəti beynəlxalq təsisatlarla əməkdaşlıq edilməsi;

40-2.1.5. idman yarışları zamanı idman növünün qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş idman hakimlərinin mümkün qədər son mərhələdə təyin edilməsi;

40-2.1.6. məlumat verən şəxslərin müdafiəsi də daxil olmaqla, idman yarışlarının manipulyasiyası halları ilə bağlı istənilən məlumatın açıqlanmasına yardım etmək üçün effektiv mexanizmlərin yaradılması;

40-2.1.7. manipulyasiya risklərinə məruz qala biləcək idman yarışlarının gedişatına nəzarətin təmin olunması.

40-2.2. İdman yarışlarının manipulyasiyası halları ilə mübarizə aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver