Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 48

Maddə 48. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyət və müalicə-bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyət

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyətə yalnız müvafiq təhsil müəssisələri tərəfindən verilən bədən tərbiyəsi və idman sahəsində ali və ya orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar.

48.2. Müalicə-bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyətə yalnız bu sahə üzrə müvafiq hazırlıq istiqamətləri və ixtisasları üzrə təhsil müəssisələri tərəfindən verilən ali və ya orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar.

48.3. Ölkədə bədən tərbiyəsi və idman mütəxəssislərinə olan tələbatı müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

48.4. Müvafiq idman növü üzrə idman ustası normativini yerinə yetirmiş və xüsusi məşqçilik kursları keçmiş şəxslər bədən tərbiyəsi və idman yönümlü təşkilatlarda, idman məktəblərində məşqçilik fəaliyyəti göstərə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver