Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 58

Maddə 58. Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatları

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

58.1. Dövlət yüksək nailiyyətlər idmanında xüsusi qabiliyyət nümayiş etdirmiş vətəndaşlara aşağıdakı vasitələrlə dəstək olur:

58.1.1. olimpiya və paralimpiya oyunlarında, beynəlxalq idman yarışlarında milli yığma komandaların tərkibində çıxış etmək imkanı yaradır;

58.1.2. olimpiya və paralimpiya oyunlarına vəsiqə qazanmış idmançılara müvafiq müddətə xüsusi dövlət təqaüdləri müəyyən edir;

58.1.3. olimpiya, paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında və onlara bərabər tutulan digər beynəlxalq yarışlarda iştirakın nəticələrinə görə mükafatlar müəyyən edir;

58.1.4. beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakla bağlı digər ödənişləri həyata keçirir.

58.2. İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

58.3. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, əlilliyi olan şəxslərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

58.4. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında təhsil alan şəxslərə, pensiyaçılara və müvafiq icra hakimiyyəti orqanı (bələdiyyələr) tərəfindən müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilir. Güzəştlərin siyahısı və onların həcmi dövlət bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə isə bələdiyyələr tərəfindən müəyyən olunur.

58.5. Bələdiyyələr, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, respublika bədən tərbiyəsi-idman təşkilatları və idman birlikləri, olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qaliblərinə və mükafatçılarına, eləcə də yüksək idman adlarına malik idmançılara və mütəxəssislərə, milli yığma komandaların tərkibinə daxil olan idmançılara və onların məşqçilərinə aylıq pul müavinətləri təyin edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver