Respublikamızda həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı üçün məqsədyönlü tədbirlər görülmüş, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, ölkəmiz “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına və digər beynəlxalq sənədlərə qoşulmuşdur.
Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım göstərilməsi məqsədi ilə nazirlikdə Bələdiyyələrlə iş baş idarəsi təsis olunmuş, onların fəaliyyətinə inzibati nəzarət haqqında qanun qəbul olunaraq bu işin həyata keçirilməsi nazirliyə həvalə edilmiş, yerlərdə belə nəzarətin səmərəsinin artırılması üçün regional ədliyyə şöbələri yaradılmış, habelə inzibati nəzarətin təşkilinə dair Təlimat təsdiq olunmuşdur.
Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı görülmüş işlərə dair illik məruzələr hazırlanaraq Milli Məclisə təqdim edilir.
25.11.2011-ci il tarixdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna edilmiş dəyişikliklər, habelə dövlət başçısının 2011-ci il 1 iyul tarixli Fərmanı ilə “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin tətbiqi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimatın qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını zəruri edir.
Bununla bağlı həmin sənədin yeni redaksiyada layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.
Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.
Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq kollegiya
2. Bu Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Həmin sənəddə əks olunmuş yeniliklərin aidiyyəti ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və fəaliyyətdə düzgün tətbiq olunması təmin edilsin (M.Səlimzadə, regional ədliyyə şöbələrinin rəhbərləri).
4. Nazirlik üzrə 12.04.2004-cü il tarixli, 15-T nömrəli əmrlə təsdiq edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat” (23.07.2004-cü il tarixli, 3071 nömrəli şəhadətnamə), bu Təlimata nazirlik üzrə 04.05.2007-cu il tarixli, 20-T nömrəli (20.06.2007-ci il tarixli, 3318 nömrəli şəhadətnamə) və 14.06.2010-cu il tarixli, 9-T nömrəli əmrlərlə edilmiş əlavə və dəyişikliklər (20.07.2010-cu il tarixli, 3948 nömrəli şəhadətnamə) ləğv edilsin.
Azərbaycan Respublikası
ədliyyə nazirinin vəzifəsini
II dərəcəli dövlət ədliyyə müşaviri
1. 13 iyul 2012-ci il tarixli 11-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il)
2. 28 dekabr 2016-cı il tarixli 19-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612280019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2016-cı il)
3. 15 fevral 2017-ci il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2017-ci il)
4. 02 dekabr 2019-cu il tarixli 27-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912020027, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 dekabr 2019-cu il)
5. 14 fevral 2020-ci il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202002140001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2020-ci il)
6. 15 dekabr 2020-ci il tarixli 25-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012150025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2020-ci il)
7. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)
8. 30 iyun 2025-ci il tarixli 6-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202506300006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyun 2025-ci il)