Qanunvericilik › Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.

1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər.

1.6. Ələt azad iqtisadi zonasında xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver