Qanunvericilik › Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Əşya hüququna tətbiq olunan xarici hüquq haqqında ümumi müddəalar

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

20.2. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver