Qanunvericilik › Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Vəsiyyətnamənin forması

Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Bu Qanunun 17-ci maddəsinin fəaliyyət dairəsindən kənara çıxaraq, forma nöqteyi-nəzərindən vəsiyyətnamə:

30.1.1. vəsiyyətnamənin tərtib olunduğu;

30.1.2. miras qoyanın vəsiyyət elədiyi anda və ya vəfat etdiyi anda yaşadığı və ya olduğu;

30.1.3. haqqında vəsiyyətnamə olan daşınmaz əmlakın olduğu ölkələrdən birinin hüququnun tələblərinə cavab verdikdə etibarlı sayılır.

30.2. Miras qoyanın vəsiyyət etmək qabiliyyəti, vətəndaşlığı, digər şəxsi keyfiyyətləri və ya şəxsi keyfiyyətləri haqqında tələb ediləcəyi mümkün olan göstərişlər forma üçün zəruri hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 6 iyun 2000-ci il

№ 889-IQ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver