Qanunvericilik › Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları (Dövlət Gömrük Komitəsi, 14.05.2005) › Tam mətn

Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları (Dövlət Gömrük Komitəsi, 14.05.2005)

Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları (Dövlət Gömrük Komitəsi, 14.05.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Beynəlxalq Yük Daşımalarında (BYD Konvensiyası, 1975) yüklərə gömrük nəzarəti və Beynəlxalq Yük Daşımaları (bundan sonra — BYD) kitabçasının rəsmiləşdirilməsi Qaydaları 1975-ci ildə qəbul edilmiş BYD kitabçasından istifadə etməklə, Beynəlxalq Yük Daşımalarına dair Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) tələblərinə uyğun olaraq hazırlanmışdır.

BYD kitabçasının rəsmiləşdirilməsi Qaydaları Azərbaycan Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən, Razılığa gələn tərəflərdən birinin göndərən gömrük orqanlarından bir və ya bir neçə sərhəd keçməklə digər Razılığa gələn tərəfin təyinat gömrük orqanına daşımasına aiddir, bu şərtlə ki, BYD-nın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.

1.2. Mallar Azərbaycan Respublikasının gömrük ərazisində BYD zamanı aralıq gömrük orqanında idxal və ya ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir.

1.3. Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar, bir qayda olaraq, aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar.

Müstəsna hallarda, pozuntuya şübhə olduğu təqdirdə, gömrük orqanları tərəfindən yüklər üzərində gömrük yoxlaması keçirilə bilər.

1.4. Qaydalarda aşağıdakı terminlərdən istifadə olunur:

a) “BYD” — 1975-ci il BYD Konvensiyasının tələblərinə uyğun müəyyən edilmiş qaydalara riayət etməklə, göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər yüklərin daşınmasıdır;

b) “BYD əməliyyatı” — Razılığa gələn tərəfin göndərən və ya giriş (aralıq) gömrük orqanından təyinat və ya çıxış (aralıq) gömrük orqanına qədər həyata keçirilən BYD daşımalarının hissəsi deməkdir.

c) “BYD əməliyyatının başlanğıcı” — nəzarət məqsədi üçün yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə göndərən və ya giriş (aralıq) gömrük orqanına təqdim olunması və BYD kitabçasının həmin gömrük orqanları tərəfindən rəsmiləşdirmə üçün qəbul edilməsi deməkdir;

d) “BYD əməliyyatının dayandırılması” — nəzarət məqsədi üçün yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi deməkdir;

e) “BYD əməliyyatının başa çatması” — Razılığa gələn tərəfin gömrük orqanları tərəfindən konkret BYD əməliyyatının lazımi qaydada dayandırılması faktının qəbul edilməsi deməkdir. Bu, gömrük orqanları tərəfindən təyinat və ya çıxış (aralıq gömrük orqanı) gömrük orqanında mövcud olan məlumatların göndərən və ya giriş (aralıq gömrük orqanı) gömrük orqanlarında mövcud olan məlumatlarla müqayisə edilməsi əsasında müəyyənləşdirilir.

f) “yol nəqliyyatı vasitəsi” — mexaniki hərəkət edən nəqliyyat vasitəsi və onların buksirə aldıqları istənilən qoşqu və yarıqoşqular;

p) “nəqliyyat vasitələrinin qatarı” — yol hərəkətində vahid tam şəklində iştirak edən bir-birinə qoşulmuş nəqliyyat vasitələri;

k) “göndərən gömrük orqanı” — bütün yükün və ya onun hissəsinin BYD başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;

i) “təyinat gömrük orqanı” — bütün yük və ya onun hissəsi üçün BYD başa çatmış Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;

m) “aralıq gömrük orqanı” — BYD-da yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı, yaxud konteynerlərin daxil olduğu və ya çıxdığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı;

t) “BYD kitabçasının sahibi” — Konvensiyanın müvafiq müddəalarına əsasən BYD kitabçasının verildiyi və adından göndərən gömrük orqanına BYD prosedurası altında yükün yerləşdirilməsi məqsədi ilə BYD kitabçası şəklində gömrük bəyannaməsinin təqdim edildiyi şəxs.

O, yük və aidiyyəti BYD kitabçası ilə birlikdə yol nəqliyyat vasitəsinin, nəqliyyat vasitələri qatarının və yaxud konteynerin göndərən gömrük orqanına təqdim edilməsinə və Konvensiyanın digər müvafiq müddəalarına riayət edilməsinə görə məsuliyyət daşıyır.

2.1. BYD aşağıda göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir:

a) BYD Konvensiyasının III fəslinin “a” bəndində göstərilən şərtlərə riayət edilməklə əvvəlcədən daşımaya buraxılmış yol nəqliyyat vasitəsindən, nəqliyyat vasitələri qatarından və ya konteynerlərdən istifadə olunmalıdır;

b) BYD zəmanət birliyinin zəmanəti ilə təmin olunmalıdır;

c) BYD bu Qaydalara uyğun olaraq doldurulmuş və rəsmiləşdirilmiş BYD Kitabçası ilə müşayiət olunmalıdır.

2.2. Hər bir yol nəqliyyat vasitəsinə və ya konteynerə bir ədəd BYD kitabçası yazılır, nəqliyyat vasitələrindən ibarət qatara və bir nəqliyyat vasitəsinə və ya nəqliyyat vasitələrindən ibarət qatara yüklənmiş bir neçə konteynerə vahid BYD kitabçası tərtib etmək olar. Bu halda BYD kitabçasının yük manifestində nəqliyyat vasitələri qatarında olan nəqliyyat vasitəsinin və ya konteynerlərin içində olan yüklər ayrıca göstərilməlidir.

2.3. Nəqliyyat vasitəsinin qabaq hissəsinə “TİR” yazısı olan düzbucaqlı lövhəcik bərkidilir, digər bu cür lövhəcik nəqliyyat vasitəsinin arxasında bərkidilir, bu lövhəciklər aydın görünməli və çıxarıla bilən olmalıdır.

2.4. BYD ümumi sayı dörddən artıq olmamaqla bir və ya bir neçə göndərən və təyinat gömrük orqanlarında həyata keçirilə bilər, BYD kitabçasında qəbul olunması barədə göndərən gömrük orqanlarının müvafiq qeydiyyatı olduqdan sonra BYD kitabçası təyinat gömrük orqanlarına təqdim olunur.

2.5. Azərbaycan Respublikasının göndərən gömrük orqanları malların müvafiq olaraq Azərbaycan Respublikasının təyinat gömrük orqanlarına çatdırılma müddətini və nəqliyyat vasitələrinin hərəkət marşrutunu təyin edir.

2.6. Gömrük orqanları yalnız müstəsna hallarda:

- daşıyıcının hesabına nəqliyyat vasitələrinin, nəqliyyat vasitələri qatarının və konteynerlərin müşayiət olunmasını tələb edə bilər.

- yolda nəqliyyat vasitələrində və konteynerlərdə olan yüklərə gömrük yoxlaması keçirə bilərlər.

2.7. BYD əməliyyatı zamanı gömrük orqanları yolda və ya aralıq gömrük orqanlarında yükə gömrük yoxlaması keçirirlərsə, BYD kitabçasının qoparılan vərəqlərində və kötüklərdə yeni vurulmuş möhür və plomblar barədə və aparılmış nəzarətin xarakteri haqqında qeyd aparmalıdırlar.

2.8. BYD-nın bir hissəsi BYD Konvensiyasına üzv olmayan dövlətin ərazisindən keçən zaman BYD əməliyyatı yolun bu hissəsində dayandırılır.

BYD zamanı gömrük möhürləri və plombları və digər eyniləşdirmə vasitələri zədələnmədiyi təqdirdə daşıma yenidən davam etdirilir.

3.1. BYD kitabçası 4 səhifəli üz qabığından; qoparılmayan № 1/№ 2 vərəqdən və № 1/№2 kötükdən (sarı rəngli); qoparılan № 1 vərəqlərdən və № 1 kötüklərdən (ağ rəngli); qoparılan № 2 vərəqlərdən və № 2 kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokoldan (sarı rəngli) ibarətdir.

Qoparılan vərəqlərin və onların kötüklərinin (№ 1 və № 2) birləşməsi (komplekti) bir qayda olaraq hər bir ölkədə № 1 qoparılan vərəq və № 1 kötük göndərən və giriş gömrük orqanlarında; № 2 qoparılan vərəq və № 2 kötük isə çıxış və təyinat gömrük orqanlarında istifadə olunmaq üçün nəzərdə tutulmuşdur.

BYD kitabçaları 20-yə qədər vərəqdən (yəni 10 komplektdən) ibarətdir və müvafiq olaraq 10-a qədər dövlətin ərazisindən keçməklə daşınma üçün nəzərdə tutulmuşdur.

3.2. Multimodal (çoxnövlü) daşımalar (nəqletmə əməliyyatı bir neçə nəqliyyat növündən istifadə edilməklə) həyata keçirilən zaman BYD kitabçasına xüsusi vərəq əlavə edilə bilər. Göstərilən vərəq müstəsna olaraq daşıyıcıların ehtiyacları üçün nəzərdə tutulur və gömrük orqanları tərəfindən zəruri olduqda əlavə məlumat almaq məqsədilə istifadə edilir.

3.3. BYD-nı həyata keçirməyə yalnız BYD kitabçasının sahibinin hüququ vardır.

3.4. BYD kitabçaları daşıyıcıya 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir.

Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan birinci qoparılmayan sarı vərəqi çıxmaq şərti ilə, fransız dilində çap olunur.

3.5. BYD kitabçası Qaydaların 1 saylı Əlavəsində göstərilən formada doldurulur.

BYD kitabçasının üz qabığının qoparılmayan № 1/№ 2 vərəqlərinin, qoparılan № 1 və № 2 vərəqlərinin və № 1 və № 2 kötüklərinin nümunələri Qaydaların 2 — 5 saylı Əlavələrində göstərilmişdir.

BYD kitabçasında pozmalara (qaralamalara) və ləkələmələrə yol verilmir. Bütün düzəlişlər yalnız məlumatların üstündən xətt çəkilməsi yolu ilə aparılır. Düzgün məlumatlar yuxarıdan yazılır və müvafiq olaraq BYD kitabçasının sahibi (gömrük rəsmiləşdirilməsi başlayana qədər) və ya gömrük orqanı tərəfindən təsdiq edilir.

3.6. Zəmanət birliyi BYD kitabçasının etibarlılıq müddətini müəyyən edir. BYD kitabçasının etibarlılıq müddətinin bitməsi tarixi kitabçanın üz qabığının birinci səhifəsində qrafa 1-də göstərilir. Bu müddət bitdikdən sonra BYD kitabçası göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirmə üçün qəbul edilə bilməz.

Əgər BYD kitabçası, onun etibarlılıq müddətinin sonuncu günü və ya həmin tarixədək göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirmə üçün qəbul edilmişsə, onda BYD kitabçası BYD daşıması təyinat gömrük orqanında başa çatanadək etibarlıdır.

BYD kitabçasının etibarlılıq müddəti yalnız BYD kitabçalarını verən zəmanət birlikləri tərəfindən uzadıla bilər. Müddətin uzadılmasına dair məlumatlar BYD kitabçasının üz qabığında qrafa 1-də göstərilir və zəmanət birliyinin möhürü ilə təsdiqlənir.

3.7. BYD kitabçaları qeyd-şərtlə və qeyd-şərtsiz rəsmiləşdirilə bilər. Qeyd-şərtlər BYD əməliyyatının dayandırılması zamanı aşkar olunan pozuntulara aid olmalıdır və BYD kitabçasının qoparılan № 2 vərəqin 27-ci qrafasında və № 2 kötüyünün 5-ci qrafasında göstərilməlidir. Bu zaman həmin qrafalarda “R” hərfi yazılır və qayda pozulmasının Azərbaycan dilində qısa təsviri verilir.

4.1. Azərbaycan Respublikasında zəmanət birliyi BYD Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən olunur.

4.2. Zəmanət müqaviləsinə uyğun olaraq Birlik Azərbaycan Respublikasının gömrük qanunvericiliyi pozulduğu hallarda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük ödənişlərini ödəməlidir.

Zəmanət Birliyinin məsuliyyəti BYD kitabçasının hansı milli zəmanət birliyi tərəfindən verilməsindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində BYD daşımasını həyata keçirən həm Azərbaycan, həm də xarici dövlətlərin daşıyıcılarına şamil edilir.

4.3. Zəmanət Birliyi, BYD kitabçasının sahibi və gömrük ödənişlərini ödəməli olan, daşınmanın yerinə yetirilməsində iştirak edən digər şəxslərlə birlikdə bu Qaydaların 14-cü bölməsində göstərilən sənədlər təqdim edildikdən sonra, gömrük ödənişlərinin ödənilməsini həyata keçirməyi öz öhdəsinə götürür.

4.4. Hər bir BYD kitabçası üçün 50.000 (əlli min) ABŞ dolları həddində gömrük ödənişlərinin ödənilməsinə təminat verilir. Göstərilən məbləğ Mərkəzi Bankın ödəmə günündən əvvəlki gündə qüvvədə olan məzənnəsi üzrə manatla ödənilir.

Hər bir BYD kitabçası üzrə ən yüksək məbləğin məhdudlaşdırılması bu Qaydaların 11-ci bölməsində göstərilən alkoqollu içkilər və tütün məmulatlarına şamil edilmir.

4.5. BYD zamanı Zəmanət Birliyinin məsuliyyəti Azərbaycan Respublikasında BYD əməliyyatının başlandığı andan sona çatdığı anadək müəyyən olunur.

4.6. Zəmanət Birliyi yalnız BYD kitabçasında göstərilən mallar üçün deyil, eləcə də BYD kitabçasında göstərilməyən, lakin plomblanmış yol nəqliyyat vasitəsinin yük yerlərində və ya plomblanmış konteynerlərdə olan istənilən mallar üçün məsuliyyət daşıyır.

5.1. Yol nəqliyyat vasitələri və konteynerlər konstruksiyalarına və təchizatlarına görə BYD Konvensiyasının texniki tələblərinə uyğun olmalıdırlar.

5.2. Azərbaycan Respublikasının yol nəqliyyat vasitələri və konteynerləri BYD Konvensiyasının 3-cü Əlavəsinin tələblərinə uyğun olaraq BYD-na buraxılırlar.

Yol nəqliyyat vasitələri daşımaya buraxılış (icazə) şəhadətnaməsi ilə müşayiət olunmalıdır, konteynerlərdə eyni zamanda buraxılış (icazə) verilmə barədə lövhəciklər olmalıdır.

5.3. Buraxılış şəhadətnamələri BYD əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq gömrük orqanına təqdim edilir.

5.4. Azərbaycan daşıyıcılarının nəqliyyat vasitələrinə verilmiş buraxılış şəhadətnamələri BYD əməliyyatları başlayan zaman mütləq qaydada Azərbaycan Respublikasının göndərən gömrük orqanına təqdim olunur.

Digər hallarda buraxılış şəhadətnamələri təqdim olunmaya bilər, buna baxmayaraq, yol nəqliyyat vasitələri (konteynerlər) BYD Konvensiyasının texniki tələblərinə uyğun olmalıdır və nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhür və plombları altında daşımaya bir dəfə üçün verilən icazə prosedurasından keçməlidirlər. Bu Qaydalarda nəzərdə tutulmuş bir dəfə üçün icazə barədə qeyd BYD kitabçasının “Rəsmi istifadə üçün” qrafasında edilir.

Buraxılış şəhadətnamələri, ağırçəkili və ya irihəcmli malların daşınması zamanı təqdim edilmir.

6.1. Giriş (göndərən) gömrük orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- göndərən ölkələrin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş və rəsmiləşdirilmiş BYD kitabçası;

- daşımaya buraxılmaya dair şəhadətnamə (bu Qaydaların 5.4 bəndi nəzərə alınmaqla);

- mal — müşayiət sənədləri.

6.2. Giriş (göndərən) gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar.

BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir;

- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və malı müşayiət edən sənədlərdə göstərilən məlumatlara uyğun olmalıdır);

- BYD kitabçalarının kötüyündə göndərən gömrük orqanının və aralıq gömrük orqanlarının gömrük möhürlərinin olmasına;

Gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının etibarlılığına, itirilmiş kimi nəzarətdə olmadığına və malların daşınmasının BYD kitabçasının üz qabığının 3-cü qrafasında göstərilən daşıyıcı tərəfindən həyata keçirildiyinə əmin olmalıdır.

6.3. Giriş (göndərən) gömrük orqanları:

- nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini yoxlayırlar

- konteynerlərdə buraxılış şəhadətnamələrinin və buraxılış lövhəciklərinin olmasını yoxlayırlar;

- nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar;

- müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə gömrük yoxlaması keçirirlər.

6.4. BYD-da qayda pozuntusu aşkar edildikdə, giriş gömrük orqanı tərəfindən Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirilir.

6.5. BYD-da gömrük orqanları tərəfindən pozuntu aşkar edilməmişsə, malların və nəqliyyat vasitələrinin BYD əməliyyatlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisi ilə hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.

6.6. Gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatlarına uyğun olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildiyi zaman aşağıdakılar həyata keçirilir:

- çatdırılma müddəti müəyyən edilir, çatdırılma tarixi BYD kitabçasının hər iki qoparılan vərəqinin 20-ci qrafasında göstərilir;

- komplektin hər iki qoparılan vərəqinin 18 — 23-cü qrafaları və komplektin № 1 kötüyü gömrük orrqanının rəsmiləşdirilməni həyata keçirən inspektorunun şəxsi möhürü ilə təsdiq olunur;

- zəruri olduqda, əlavə gömrük təminatları qoyulur və bu barədə hər iki qoparılan vərəqin “rəsmi istifadə üçün” qrafasında qeydiyyat aparılır;

- zəruri hallarda malların gömrük dəyəri müəyyən edilir, malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və sığorta sənədlərindən, göndərən ölkələrin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət edən digər sənədlərdən istifadə olunur. Gömrük dəyəri hər iki qoparılan vərəqin “rəsmi istifadə üçün” qrafasında müqavilə (kontrakt) valyutası ilə göstərilir. Gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda, bu qrafada “Dəyər müəyyən olunmayıb” qeydi edilir;

- komplektin qoparılan № 1 (ağ) vərəqi ayrılır;

- BYD kitabçası bu Qaydaların 7 saylı Əlavəsində göstərilmiş forma üzrə xüsusi jurnalda qeydiyyata alınır.

- rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır;

- nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına qoparılan № 2 vərəqin 23-cü qrafasında və № 1 kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli möhürünün vurulması, imzası və tarix qoyulması yolu ilə icazə verilir.

6.7. Komplektin № 1 qoparılan vərəqi giriş gömrük orqanında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.

6.8. Nəqliyyat vasitəsi və konteyner çatdırıldıqdan sonra təyinat gömrük orqanlarına aşağıdakı sənədlər təqdim olunmalıdır:

- giriş gömrük orqanının qeydləri olan BYD kitabçası;

- malların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük və mal müşayiət sənədləri;

6.9. Gömrük orqanının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu və BYD kitabçasında giriş (göndərən) gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürünün olmasını yoxlayırlar.

6.10. Təyinat gömrük orqanları:

- nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini yoxlayırlar.

- nəqliyyat vasitələrindən, yaxud konteynerlərdən malların boşaldılmasına nəzarət edirlər.

6.11. BYD zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edildikdə, təyinat gömrük orqanı BYD kitabçasını Qaydaların 3.7 bəndində nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirməlidir.

6.12. Gömrük nəzarəti zamanı Azərbaycan Respublikası qanunvericiliyinin pozulması halları aşkar edilmədikdə:

- komplektin qoparılan № 2 vərəqinin 24, 25, 26, 27, 28-ci qrafaları və komplektin № 2 kötüyü doldurulur;

- BYD kitabçasının qoparılan № 2 vərəqinin 28-ci qrafasında və kötüyün 6-cı qrafasında tarix, gömrük orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürləri, imzaları və tarix qoyulur (kötük kitabçada qalır);

- komplektin qoparılan № 2 vərəqi ayrılır;

- rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır;

- BYD kitabçası Qaydaların 8-ci Əlavəsində verilən formada jurnalda qeydiyyata alınır.

7.1. Göndərən gömrük orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılan malların gömrük rəsmiləşdirilməsini həyata keçirir.

7.2. BYD-nın rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına aşağıdakı sənədlər təqdim olunur:

- doldurulmuş BYD kitabçası;

- yol nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında daşımalara buraxılmasına dair şəhadətnamə (Qaydaların 4 — 5 bəndi nəzərə alınmaqla).

7.3. Göndərən gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayırlar. BYD kitabçası yoxlanarkən aşağıdakılara xüsusi diqqət yetirilir:

- üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına;

- üz qabığının birinci səhifəsində, qoparılmayan vərəqdə və qoparılan vərəqlərin hamısında BYD kitabçasının sahibinin imzalarının uyğunluğuna;

- etibarlılıq müddətinə.

Göndərən gömrük orqanının vəzifəli şəxsləri BYD kitabçasının etibarlılığına və itirilmiş kimi nəzarətdə olmadığına, daşınmanın BYD kitabçasının üz qabığının 3-cü və qoparılmayan № 1/ № 2 vərəqinin 4-cü qrafasında göstərilən şəxs tərəfindən həyata keçirildiyinə əmin olmalıdırlar.

7.4. Göndərən gömrük orqanları:

- nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki vəziyyətini yoxlayırlar;

- konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını yoxlayırlar (bu Qaydaların 5.4 bəndi nəzərə alınmaqla);

- malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər;

- nəqliyyat vasitələrinin yük bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vururlar.

7.5. Rəsmiləşdirmə zamanı hər hansı bir qanun pozuntusu aşkar edildiyi halda, göndərən gömrük orqanları həmin pozuntular aradan götürülənədək malların BYD-na icazə vermirlər.

7.6. Gömrük nəzarəti zamanı BYD-nın şərtlərinə əməl olunduğu müəyyən edilmişsə, aşağıdakılar doldurulur:

- BYD kitabçasının qoparılan vərəqlərinin hamısında 16-cı və 17-ci qrafaları;

- qoparılan № 2 vərəqin “Rəsmi istifadə üçün” qrafasında və № 1 kötüyün 5-ci qrafasında digər məlumatlar içərisində Azərbaycan Respublikasından malların faktiki aparılmasına nəzarət həyata keçirilirsə “Nəzarət” sözü göstərilir;

- komplektin qoparılan № 1 vərəqinin № 1 kötüyü;

- komplektin hər iki qoparılan vərəqinin 18 — 23 qrafaları;

- qoparılan № 1 və № 2 vərəqlərinin 23-cü qrafalarında və № 1 kötüyün 6-cı qrafasında gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü vurulur, imzası və tarix qoyulur;

- komplektin qoparılan № 1 vərəqi BYD kitabçasından ayrılır və bu Qaydaların 7.8 bəndində nəzərdə tutulmuş hallarda nəzarətə götürülür. Rəsmiləşdirilmiş BYD kitabçası bu Qaydaların 7 saylı Əlavəsində verilən formada xüsusi jurnalda qeydiyyata alınır.

7.7. Rəsmiləşdirilmiş BYD kitabçası sahibinə qaytarılır.

7.8. Malların bəyan olunmuş gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına faktiki nəzarət gömrük orqanları tərəfindən BYD əməliyyatlarının tələblərinə uyğun olaraq həyata keçirilir.

7.9. Çıxış (təyinat) gömrük orqanına aşağıdakı sənədlər təqdim edilir:

- göndərən gömrük orqanının qeydləri olan yük və mal müşayiət sənədləri.

7.10. Gömrük orqanlarının vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu, komplektin № 1 kötüyündə və qoparılan № 2 vərəqin 23-cü qrafasında göndərən gömrük orqanının möhürünün olmasını yoxlayırlar.

7.11. Çıxış gömrük orqanı aşağıdakılara nəzarət edirlər:

- nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin texniki vəziyyətinə;

- nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombların vəziyyətinə;

Müstəsna hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə və ya konteynerlərə gömrük yoxlaması keçirilir.

7.12. BYD zamanı gömrük qanunvericiliyinin pozulması halı aşkar edildikdə, çıxış gömrük orqanı aidiyyəti tədbirlər görməklə BYD kitabçası Qaydanın 3.7 bəndində nəzərdə tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirilir.

7.13. Gömrük nəzarəti zamanı gömrük qanunvericiliyinin pozulması faktları aşkar edilmədikdə:

- qoparılan № 2 vərəqin 24, 25, 26, 27, 28-ci qrafaları və № 2 kötüyü doldurulur;

- komplektin qoparılan № 2 vərəqi ayrılır;

- BYD kitabçası bu Qaydaya 8 saylı Əlavədə verilən formada jurnalda qeydiyyata alınır;

- qoparılan № 2 vərəqin 28-ci qrafasında və № 2 kötüyün 6-cı qrafasında şəxsi nömrəli möhür vurulmaqla, imza və tarix qoyulmaqla gömrük nəzarəti zonasından çıxmağa icazə verilir;

- rəsmiləşdirilmiş BYD kitabçası sahibinə qaytarılır.

8.1. Tranzit malların giriş gömrük orqanında gömrük rəsmiləşdirilməsi bu Qaydaların 6.1 — 6.7 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8.2. Tranzit malların çıxış gömrük orqanında gömrük rəsmiləşdirilməsi bu Qaydaların 6.8 — 6.12 bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9.1. Mallar Azərbaycan Respublikasından aparılarkən onların BYD bir neçə göndərən gömrük orqanlarında və ya mallar Azərbaycan Respublikasına gətirilərkən bir neçə təyinat gömrük orqanlarında həyata keçirilə bilər.

9.2. Hər bir göndərən və ya təyinat gömrük orqanları üçün əlavə qoparılan vərəqlər komplekti (dəst) tələb olunur.

9.3. Göndərən gömrük orqanlarında və ya təyinat gömrük orqanlarında müvafiq olaraq aşağıdakılar həyata keçirilir:

- Azərbaycan Respublikasından aparılarkən malların qismən yüklənməsi;

- Azərbaycan Respublikasına gətirilən malların qismən boşaldılması.

9.4. Malların qismən yüklənməsini həyata keçirən gömrük orqanı bu bənddə göstərilən xüsusiyyətlər nəzərə alınmaqla, bu Qaydaların 7.9 — 7.13 bəndlərində nəzərdə tutulmuş qaydada malların BYD əməliyyatlarının rəsmiləşdirilməsini həyata keçirir.

Göstərilən gömrük orqanının vəzifəli şəxsləri:

- birinci göndərən gömrük orqanlarının möhür və plomblarını çıxarırlar;

- yüklənmiş malların adlarını və sayını BYD kitabçasının sonrakı bütün qoparılan vərəqlərində göstərirlər.

- BYD kitabçasının qalan qoparılan vərəqlərinin hamısının 16-cı qrafasında gömrük möhür və plombları barədə qeydlərin üstündən xətt çəkirlər;

- doldurulmuş qoparılan vərəqlərin hamısının 16-cı qrafasında və komplektin № 1 kötüyündə yenidən vurulmuş gömrük möhürləri və qoyulmuş gömrük plombları haqqında qeydiyyatlar aparırlar.

9.5. Malların qismən boşaldılmasını həyata keçirən gömrük orqanları bu bənddə göstərilən xüsusiyyətlər nəzərə alınmaqla Qaydaların 6.8 — 6.12 bəndlərində göstərilən qaydada malların rəsmiləşdirilməsini həyata keçirirlər.

Göstərilən gömrük orqanının vəzifəli şəxsləri:

- əvvəlki gömrük orqanlarının gömrük təminatlarını çıxarırlar;

- BYD kitabçasının doldurulmuş qoparılan vərəqlərinin hamısında boşaldılmış malların adlarının və sayının üstündən xətt çəkirlər və boşaldılmış mallar barədə qeydiyyatlar aparırlar;

- BYD kitabçasının qoparılan vərəqlərin 16-cı qrafasında gömrük təminatları barədə qeydlərin üstündən xətt çəkirlər;

- doldurulmuş qoparılan vərəqlərin hamısının 16-cı qrafasında və komplektin № 1 kötüyündə yeni gömrük təminatları barədə qeydiyyatlar aparır, imzaları və şəxsi nömrəli möhürləri ilə təsdiq edirlər.

10.1. Ölçüləri və xarakterləri ilə bağlı nəqliyyat vasitələrinin plomblanmış yük bölmələrində və ya konteynerlərdə daşıması mümkün olmayan malları açıq yol nəqliyyat vasitələrində daşımaq olar.

10.2. Ağırçəkili və irihəcmli mallar daşınarkən BYD kitabçasının üz qabığında və bütün vərəqlərində ingilis və ya fransız dilində “Ağırçəkili və ya irihəcmli mallar(“HEAVY OR BULKY GOODS”)” yazısı yazılmalıdır.

10.3. Göndərən gömrük orqanı BYD kitabçasına fotoşəkillər, qablaşdırma vərəqləri, çertyojlar (cizgilər) və daşınan malların eyniləşdirilməsi üçün zəruri olan digər sənədlərin əlavə edilməsini tələb edə bilər.

Bu cür sənədlər göndərən gömrük orqanı tərəfindən təsdiq olunur və BYD kitabçasının hər bir qoparılan vərəqinə bərkidilir. Bu zaman qoparılan vərəqlərin hamısının 8-cı qrafasında bu cür sənədlərin olmasına dair qeydlər edir.

10.4. Bu cür yüklənmiş nəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisi ilə hərəkət edərkən gömrük orqanları:

- Qaydaların 10.2 — 10.3 bəndlərində göstərilmiş tələblərə əməl olunmasına nəzarət etməlidirlər:

- mallar Azərbaycan Respublikasına gətirilərkən, zərurət olduqda əlavə gömrük eyniləşdirilməsi vasitələrindən istifadə edilməlidir;

- gətirilmə (aparılma) zamanı BYD kitabçasının yük manifestində bəyan edilməmiş malların daşınması hallarını aşkar etmək məqsədi ilə mallara baxış keçirilməlidir.

11.1. Bu Qaydaların 8-ci Əlavəsində göstərilən malların BYD yüksək zəmanət həddi olan BYD kitabçası təqdim olunduqda rəsmiləşdirilir. Bu cür kitabçaların üz qabığında və qoparılan vərəqlərində “Tütün Məmulatları (Alkoqollu içkilər)” yazısı yazılmalıdır. Bundan başqa, bü cür kitabçalarla daşınan malların müfəssəl adları və XİF ƏN kodları göstərilmiş əlavə vərəq qoşulmalıdır.

Əlavə vərəq BYD kitabçasına bərkidilməli və göndərən gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.

Bu cür BYD kitabçaları üzrə zəmanət 200.000 (iki yüz min) ABŞ dolları təşkil edir.

11.2. Bu Qaydaların 9-cu Əlavəsində göstərilən malların BYD-nın rəsmiləşdirilməsi, 50 min ABŞ dolları zəmanət həddi olan BYD kitabçaları təqdim edildikdə yol verilmir.

12.1. BYD-nı rəsmiləşdirən gömrük orqanlarında BYD kitabçalarının qeydiyyat jurnalları tərtib olunur və hər bir BYD kitabçası həmin jurnallarda ayrı-ayrılıqda qeydə alınır: Əlavə 7 (giriş/göndərən), Əlavə 8 (çıxış/təyinat) gömrük orqanları üçün.

12.2. Göndərən və ya giriş (aralıq) gömrük orqanları BYD kitabçasının qoparılan № 1 vərəqinin qoparılan hissəsini özündə saxlayır, qoparılan № 2 vərəqinin ayrılan hissəsinin qaytarılmasını təmin etmək üçün qoparılan № 2 vərəqinin “rəsmi istifadə üçün” qrafasında “_______ gömrük orqanına təqdim olunmalıdır” sözləri aydın şəkildə yazılmalıdır.

Əvvəlcədən təyinat və ya çıxış (aralıq) gömrük orqanına BYD əməliyyatı barədə məlumat verilməlidir.

12.3. Təyinat və ya çıxış (aralıq) gömrük orqanları qoparılan № 2 vərəqin ayrılan hissəsini götürür və qeydiyyat jurnalında müvafiq qaydada qeydiyyata aldıqdan sonra gecikdirmədən (BYD əməliyyatı başa çatdıqdan sonra 5 iş günü müddətində həmin qoparılan № 2 vərəqin 18 — 23-cü qrafaları daxil olan ayrılan hissəsini poçt vasitəsi ilə qoparılan № 2 vərəqin “rəsmi istifadə üçün” qrafasında göstərilən gömrük orqanına göndərir.

12.4. Göndərən və ya giriş (aralıq) gömrük orqanları 12.3 bəndində göstərilən məlumatı poçt vasitəsi ilə aldıqdan sonra onu özündə olan əvvəlki məlumatla (12.2 bəndində) yoxlayır.

12.5. BYD-da bir neçə göndərən və ya təyinat gömrük orqanları iştirak edərlərsə, yuxarıda göstərilən əməliyyat ardıcıl olaraq yerinə yetirilir.

12.6. BYD başa çatdıqdan sonra BYD kitabçası gecikdirilmədən təyinat gömrük orqanının və ya çıxış gömrük orqanının müvafiq möhürləri ilə təsdiq olunduqdan sonra daşıyıcıya qaytarılır və BYD-nın lazımi qaydada başa çatmasının təsdiqinə xidmət edir.

Əgər gömrük rəsmiləşdirilməsi qeyd-şərtlərlə həyata keçirilmişsə, BYD kitabçasının kötüklərində və qoparılan vərəqlərində bu Qaydaların 2.7 bəndinə uyğun olaraq qeyd-şərtlər edilir və faktlar BYD kitabçasının qoparılan № 2 vərəqinin 27-ci qrafasında və № 2 kötüyünün 5-ci qrafasında aydın şəkildə yazılır.

12.7. Əgər verilmiş BYD kitabçasının BYD daşıması zamanı qoparılan vərəqlərinin sayı yetərincə olmazsa, BYD kitabçasının qoparılan vərəqləri qurtardıqdan sonra bu kitabça ilə daşınma başa çatır (BYD Konvensiyasının 28-ci maddəsi), BYD yeni BYD kitabçası ilə davam etdirilməlidir. Bu fakt gömrük orqanları tərəfindən hər iki BYD kitabçasında qeyd olunur.

13.1. BYD zamanı nəqliyyat vasitələrinin yük bölmələrinin və gömrük təminatlarının zədələnməsinə səbəb olmuş hallar yol-nəqliyyat hadisələri hesab olunur (YNH).

13.2. Daşıyıcı YNH-si zamanı nəqliyyat vasitələrinin yük bölmələrinin və ya gömrük təminatlarının pozulması barədə fəaliyyət zonasında YNH-si baş vermiş gömrük orqanına müvafiq müraciət edərkən gömrük orqanı:

- YNH-nin hallarına dair daşıyıcıdan müfəssəl izahat almalı;

- BYD-nın mümkünlüyü barədə qərar qəbul etməli;

- BYD kitabçasındakı yol-nəqliyyat hadisəsinə dair protokolu doldurmalı və əgər protokol səlahiyyətli dövlət orqanları tərəfindən doldurulmuşsa, onu təsdiq etməlidir. YNH-nə dair protokolun nümunəsi Qaydalara 6 saylı Əlavədə verilmişdir.

13.3. BYD zamanı baş vermiş YNH barədə bir gün ərzində yazılı surətdə operativ rabitə kanalları ilə giriş (gömrük) orqanına məlumat verilməsi zəruridir.

13.4. YNH-dən sonra mallar üzərində aparılan bütün əməliyyatlar barədə təyinat gömrük orqanına məlumat verilməlidir.

13.5. YNH-dən sonra mallar üzərində bütün əməliyyat ərazisində YNH baş vermiş gömrük orqanının nəzarəti altında həyata keçirilməlidir.

Nəqliyyat vasitəsinin yük bölməsinin zədələnməsi və ya eyniləşdirmə vasitələrinin pozulması yol-nəqliyyat hadisələri nəticəsində baş vermədiyi təsdiq olunduğu təqdirdə, gömrük qaydalarının pozulmasına dair protokol tərtib olunur, qoparılan vərəqlərdə və onların kötüklərində müvafiq qeydlər edilir.

13.6. YNH-dən sonra mallar boşaldılıb başqa yol-nəqliyyat vasitəsinə və ya konteynerə yüklənə və BYD-na əməl etməklə təyinatı üzrə göndərilə bilər.

BYD mümkün olmadığı halda, mallar təyinat gömrük orqanına gömrük nəzarəti altında çatdırıla bilər.

14.1. BYD-da daşıyıcı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarının pozulması halında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

14.2. Malların gömrük orqanının icazəsi olmadan verilməsi, təyinat gömrük orqanına çatdırılmaması və ya itirilməsi hallarında, fəaliyyət zonasında pozuntu aşkar edilmiş gömrük orqanı müəyyən olunmuş qaydada gömrük qaydalarının pozulmasına dair işin icraatına başlayır və ona baxılmasının nəticəsindən asılı olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarır.

14.3. Malların gömrük orqanlarının icazəsi olmadan verilməsinə, itirilməsinə və çatdırılmamasına dair hallar, bir qayda olaraq, aşağıdakı gömrük orqanları tərəfindən araşdırılır.

- mallar Azərbaycan Respublikasına gətirilərkən giriş — gömrük orqanı;

- malların Azərbaycan Respublikası ərazisindən tranziti zamanı giriş — gömrük orqanı;

- mallar Azərbaycan Respublikasından aparılarkən — göndərən gömrük orqanı;

- gömrük qaydalarının pozulmasına dair işlər Azərbaycan Respublikası ərazisi ilə gömrük nəzarəti altında daşımanın başlandığı gömrük orqanından daxil olmuş sənədlər yoxlanıldıqdan və çıxış (təyinat) gömrük orqanında malların çatdırılmaması faktı təsdiq edildikdən sonra açılırlar.

14.4. Gömrük qaydalarının pozulmasına dair protokolda və tənbeh qoyulmasına dair qərarda BYD-nın pozulması və BYD kitabçasının nömrəsi göstərilir.

14.5. Malların icazəsiz verilməsi, itirilməsi və çatdırılmaması zamanı ödənilməli olan gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq daşıyıcıdan və ya zəmanət birliyindən tutulur.

14.6. Malların gömrük orqanının icazəsi olmadan verilməsi, itirilməsi və ya çatdırılmaması kimi gömrük ödənişlərinin mübahisəsiz tutulmasına səbəb olan hər bir halına dair 14.3 bəndində göstərilmiş sənədlərdən başqa, bu Qaydaların 10 saylı Əlavəsində verilən formada akt tərtib olunur.

14.7. Mübahisəsiz qaydada tutulmalı olan gömrük ödənişlərinin məbləği “Gömrük Tarifi” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş gömrük dəyəri əsasında hesablanır.

14.8. Gömrük ödənişlərinin faktiki olaraq mübahisəsiz tutulmasına dair aktda ödənilməli olan məbləğ, onun gömrük orqanının hesabına daxil olması tarixi və bank sənədinin nömrəsi göstərilir.

14.9. BYD əməliyyatı başa çatmadığı halda, daşıyıcıdan gömrük ödənişlərinin mübahisəsiz qaydada alınması mümkün olmadıqda, BYD Konvensiyasının müvafiq maddələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük orqanları tərəfindən ödənişlərin alınması üçün müvafiq tədbirlər həyata keçirilir.

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 1 saylı əlavə

1. BYD kitabçasının üz qabığının doldurulması

Qrafalar 1 — 4 BYD kitabçası verilmiş zəmanət birliyi tərəfindən doldurulur.

Üz qabığının birinci səhifəsində dəyişikliklər yalnız BYD kitabçasını vermiş zəmanət birliyi tərəfindən edilir. Düzəlişlər zəmanət birliyinin möhürü ilə təsdiq olunmalıdır.

BYD kitabçası verilərkən, ona verilmiş nömrə əvvəlcədən çap edilir.

Qrafa 1 “ ___ dək etibarlıdır”

BYD kitabçasını rəsmiləşdirmək üçün göndərən gömrük orqanına təqdim edilə biləcəyi son tarixi göstərir.

Kitabça bu qrafada göstərilən tarixədək göndərən gömrük orqanına təqdim edilmişsə, o malların daşınması başa çatanadək etibarlıdır.

Əgər BYD kitabçası göstərilən tarixdən sonra göndərən gömrük orqanına təqdim edilirsə, o gömrük rəsmiləşdirilməsi üçün qəbul edilə bilməz.

Qrafa 2. “Verilmişdir”:

BYD kitabçasını vermiş zəmanət birliyinin adı göstərilir.

BYD kitabçası verilmiş daşıyıcının adı, identifikasiya kodu, tam poçt ünvanı göstərilir.

BYD yalnız 3-cü qrafada göstərilən daşıyıcı tərəfindən həyata keçirilə bilər.

Qrafa 4. “BYD kitabçasını verən təşkilatın imzası”

Zəmanət birliyinin vəzifəli şəxsinin, həmin birliyin möhürü ilə təsdiq olunmuş imzası qoyulur.

Qrafa 5. “Beynəlxalq təşkilatın katibinin imzası”

Beynəlxalq avtomobil nəqliyyatı İttifaqının (BANİ) katibinin imzası qoyulur.

Qrafalar 6 — 12 BYD kitabçasının sahibi tərəfindən doldurulur.

Qrafa 6. “Göndərən ölkələr”

Malların BYD-nın başladığı göndərən ölkə (lər) göstərilir

Qrafa 7. Bütün mallar və ya onların bir hissəsi üçün BYD-nın başa çatdığı ölkə(lər) göstərilir (təyinat ölkəsi).

Qeyd: (6 - 7-ci qrafalar)

BYD Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq BYD bir neçə göndərən və təyinat gömrük orqanları olduğu hallarda da həyata keçirilə bilər. Göndərən və təyinat gömrük orqanlarının ümumi sayı dörddən artıq ola bilməz.

BYD kitabçası bütün göndərən gömrük orqanları tərəfindən rəsmiləşdirildikdən sonra təyinat gömrük orqanına təqdim oluna bilər.

Qrafa 8. “Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi”

Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı göstərilir.

Qrafa 9. “Nəqliyyat vasitələrinin BYD-na buraxılış şəhadətnaməsinin nömrəsi, onun hansı tarixədək etibarlı olduğu göstərilir”.

Qrafa 10. “Konteynerin eyniləşdirmə nömrəsi”

Mallar konteynerdə daşındığı halda doldurulur. Konteynerin (tanınma) eyniləşdirmə nömrəsi göstərilir.

BYD kitabçası verilərkən, zəmanət birliyinin zəruri hesab etdiyi bütün məlumatlar və ya gömrük orqanının təkidi ilə daxil edilmiş məlumatlar göstərilir.

Qrafa 12. “BYD kitabçasının sahibinin imzası”

BYD kitabçasının verildiyi daşıyıcının müvəkkilinin imzası qoyulur.

Üz qabığının 2-ci səhifəsində mətbəə üsulu ilə fransız dilində “BYD kitabçasından istifadə qaydaları”, üz qabığının 3-cü səhifəsində mətbəə üsulu ilə ingilis dilində “BYD kitabçalarının istifadə qaydaları” çap olunmalıdır.

Üz qabığının 4-cü səhifəsində yuxarı sağ küncündə BYD kitabçasının gömrük orqanları tərəfindən götürülərkən götürülmə və tarixi barədə gömrük orqanlarının qeydiyyatı aparılaraq sahibinə qaytarılan BYD kitabçasının nömrəsi olan qoparılan talon yerləşdirilmişdir. Olunan qeyd gömrük orqanının əməkdaşının şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.

BYD kitabçasının gömrük orqanları tərəfindən götürülməsi, kitabçanın etibarlılıq müddətinin başa çatdığı, kitabçanın onu sahibi tərəfindən təqdim olunmadığı, kitabçanın düzgün doldurulmadığı halda həyata keçirilir. Götürülmüş kitabçalar Zəmanət Birliyinə təqdim etmək üçün DGK-ya göndərilir.

Qoparılmayan vərəq № 1/ № 2 BYD kitabçasının sahibi tərəfindən doldurulur

Qrafa 1. “BYD kitabçasının №...” BYD kitabçasının üz qabığının birinci vərəqində mətbəə üsulu ilə əvvəlcədən çap olunmuş nömrəsi göstərilir.

Qrafa 2. “Göndərən gömrük orqanları”

Malların daşınmasının başladığı gömrük orqan(lar)ının ad(lar)ı göstərilir.

Qrafa 3. “Verilmişdir”

BYD kitabçasını vermiş beynəlxalq təşkilatın adı “Union Internationale des Transports Routlers” (IRU) 1; 3 qrafaları əvvəlcədən mətbəə üsulu ilə çap edilir.

Nömrəsiz qrafa “Rəsmi istifadə üçün”

Mallar göndərilərkən, göndərən gömrük orqanının zəruri hesab etdiyi məlumatlar göstərilir.

Qrafa 4. “BYD kitabçasının sahibi”

BYD kitabçasının üz qabığının birinci vərəqinin 3-cü qrafasında göstərilən məlumatlar buraya köçürülür.

Qrafa 5. “Göndərən ölkə(lər)”

Göndərən gömrük orqanının (orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.

Qrafa 6. “Təyinat ölkəsi (lər)”

Təyinat gömrük orqanının (gömrük orqanlarının) yerləşdiyi ölkənin adı göstərilir.

Qrafa 7. “Yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi(lər)”

Üz qabığının birinci vərəqinin 8-ci qrafasında göstərilən məlumatlar buraya köçürülür.

Qrafa 8. “Əlavə olunan sənədlər”

BYD kitabçasına əlavə olunan sənədlər (fotoşəkillər, spesifikasiyalar və s.) göstərilir. Bu halda göstərilən sənədlərin surətləri BYD kitabçasının hər bir vərəqinə bərkidilir.

Qrafa 9. Yük bölməsi (bölmələri) və ya konteyner(lər), yük yerlərinin və ya əşyaların tanınma nişanları (işarələri)

Yük bölmələrinin və ya konteynerlərin nömrələri, yük yerlərinin ayrıca hər bir yük bölməsi və ya konteyner üzrə markalanması göstərilir.

Qrafa 10. “Yük yerlərinin sayı və görünüşü, malların təsviri”

Yük yerlərinin sayı, qablaşdırılmış növü, ayrıca hər bir yük yeri və ya konteyner üzrə malların təsviri verilir.

Qrafa 11. “Brutto çəkisi”

Hər bir yük bölməsi və ya konteyner üzrə malların brutto çəkisi (qablaşdırma, tara ilə) göstərilir.

Əgər BYD kitabçası nəqliyyat vasitələri qatarına, yaxud bir neçə konteynerə verilmişsə, hər bir nəqliyyat vasitəsinin və ya konteynerin içərisindəkilər 9 — 11 qrafalarda ayrıca göstərilir.

Daşınma marşrutu bir neçə göndərən və təyinat gömrük orqanlarından keçirsə, mallara dair məlumatlar hər bir gömrük orqanı üzrə ayrıca daxil edilir.

Qrafa 12. “Manifestdə bəyan edilən yük yerlərinin ümumi sayı”

Nəqliyyat vasitəsində daşınan və BYD kitabçasının yük manifestində göstərilən yük yerlərinin ümumi sayı göstərilir. 12-ci qrafanın 1, 2, 3-cü qrafalarında təyinat gömrük orqanlarının adları göstərilməklə hər bir üzə ayrıca yük yerlərinin sayı yazılır.

Qrafa 13, 14, 15. “Yer, tarix, BYD kitabçası sahibinin imzası”

BYD kitabçasının doldurulma yeri, tarixi göstərilir və BYD kitabçası sahibinin səlahiyyətli nümayəndəsinin imzası qoyulur.

Qoparılmayan № 1/ № 2 vərəqində digər qrafalar doldurulmur.

Qoparılan vərəq № 1-də 1 — 15 qrafaları BYD kitabçasının sahibi tərəfindən doldurulur, bu qrafalarda göstərilən məlumatlar qoparılmayan № 1/ № 2 vərəqdə bəyan edilmiş məlumatlara uyğun olmalıdır. BYD kitabçasının sahibi BYD-da istifadə ediləcək bütün qoparılan vərəqləri doldurur.

Qoparılan vərəq № 1-də 16 — 23-cü qrafalar və qoparılan № 1 vərəqin (ağ rəngli) kötüyü tranzit və təyinat dövlətlərinin göndərən və ya giriş gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 16. “Qoyulmuş plomblar və ya tanınma nişanları (sayı, təsviri)”

Hər bir yük yeri və ya konteyner üzrə qoyulmuş gömrük təminatlarına dair məlumat göstərilir.

Qrafa 17. “Göndərən gömrük orqanı, tarix, göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası, şəxsi nömrəli möhürü”

Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü, BYD kitabçasının qoparılan vərəqinin doldurulma tarixi.

Göndərən gömrük orqanı tərəfindən BYD kitabçasının bütün qoparılan vərəqlərinin 16-cı və 17-ci qrafaları doldurulur.

Qrafa 18. “Yükün gömrük rəsmiləşdirilməsi üçün qəbul edilməsinin təsdiqi” (göndərən (aralıq) gömrük orqanı)

Göndərən gömrük orqanının və ya gətirilən zaman aralıq gömrük orqanının adı göstərilir.

Qrafa 19. “Zədələnməmiş hesab edilən vurulmuş möhürlər, qoyulmuş plomblar və ya tanınma nişanları”

Bu qrafadakı kvadratda işarə qoyulur. Qoparılan vərəq göndərən gömrük orqanı tərəfindən rəsmiləşdirilərkən 19 nömrəli qrafa doldurulmur.

Qrafa 20. “Tranzit daşımasının müddəti”

Tranzit zamanı malların çıxış gömrük orqanına və ya təyinat ölkəsində təyinat gömrük orqanına çatdırılma müddəti göstərilir.

Qrafa 21. “________ nömrə altında gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır”.

Gömrük orqanının adı və BYD kitabçası istifadə edilməklə daşınmanın 7 saylı əlavədə göstərilən jurnalda qeydiyyata alındığı nömrə göstərilir.

Qrafa 22. “Sair məlumatlar”.

(Malların çatdırılma yeri, malların təqdim edilməli olduğu gömrük orqanı)

Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zəruri olduqda hərəkət marşrutu göstərilir.

Qrafa 23. “Gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü”

Tarix, gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü qoyulur.

1 №-li kötük göndərən gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 1. “Gəlib-çatma gömrük orqanı tərəfindən təsdiq edilmişdir”

Göndərən gömrük orqanının adı göstərilir.

Qrafa 2. “________ nömrə altında gömrük orqanı tərəfindən qeydiyyata alınmışdır”

21-ci qrafadakı məlumatlar buraya köçürülür.

Qrafa 3. “Qoyulmuş plomblar və ya tanınma nişanları”

Gömrük təminatlarına dair qeydlər daxil edilir.

Qrafa 4. “Eyniləşdirmə vasitələri zədələnməmişdir”

Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 5. “Sair məlumatlar” müəyyən olunmuş marşrut, yükün təqdim ediləcəyi gömrük orqanı və s.

Malların çatdırılmalı olduğu gömrük orqanının adı göstərilir. Zərurət olduqda hərəkət marşrutu təyin edilir.

Qrafa 6. “Gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü”

Göndərən gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi möhürü, tarix qoyulur.

Qoparılan vərəq № 2-də qrafalar 1 — 15 BYD kitabçasının sahibi tərəfindən, qrafalar 16 — 23 göndərən gömrük orqanı tərəfindən, qrafalar 24— 28 çıxış və ya təyinat gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 24. “Malların təqdiminə dair qeyd” Çıxış və ya təyinat gömrük orqanının adı, qeydiyyat jurnalında BYD kitabçası istifadə edilməklə daşınmanın qeydiyyata alındığı qeydiyyat nömrəsi göstərilir. (8-ci əlavəyə uyğun olaraq)

Qrafa 25. “Eyniləşdirmə vasitələri pozulmamışdır”

Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 26. “Rəsmiləşdirilmiş yük yerlərinin sayı”

Yük yerlərinin və gömrük orqanının nəzarəti altında boşaldılmış malların miqdarı göstərilir.

Boşaldılma olmamışsa, qrafa doldurulmur.

Qrafa 27. “Rəsmiləşdirmə zamanı qeyd-şərtlər”

Malların daşınmasında aşkar edilmiş qayda pozuntuları haqqında məlumat Qaydaların 3.7 bəndinə uyğun olaraq daxil edilir.

Qrafa 28. “Gömrük orqanlarının vəzifəli şəxslərinin imzası və möhürü”

Gömrük orqanının vəzifəli şəxsinin möhürü, imzası, tarix qoyulur.

2 №-li kötük təyinat gömrük orqanı tərəfindən doldurulur.

Qrafa 1. “Gəlib-çatma gömrük orqanı tərəfindən təsdiq edilmişdir”

Çıxış və ya təyinat gömrük orqanının adı, BYD kitabçasının qeydiyyat jurnalındakı qeydiyyat nömrəsi göstərilir.

Qrafa 2. “Qoyulmuş möhürlər və plomblar və ya tanınma nişanları zədələnməmiş hesab edilmişdir”

Gömrük təminatlarının pozulmadığına dair kvadratda işarə qoyulur.

Qrafa 3. “Yük yerlərinin və malların gömrük rəsmiləşdirilməsi aparılmışdır”

Yük yerlərinin və gömrük orqanının nəzarəti altında boşaldılmış malların miqdarı göstərilir.

Boşaldılma olmamışsa, qrafa doldurulmur.

Qrafa 4. “Qoyulmuş yeni möhür və plomblar”

Gömrük təminatlarına dair qeydlər daxil edilir. Yeni gömrük təminatları qoyulmamışsa, qrafa doldurulmur.

Qrafa 5. “Rəsmiləşdirmə zamanı qeyd-şərtlər”

BYD kitabçası rəsmiləşdirilərkən gömrük orqanı tərəfindən edilmiş qeyd-şərtlər göstərilir (qoparılan №-2 vərəqin 27-ci qrafası).

Gömrük orqanları edilmiş qeyd-şərtlərə dair məlumatı Zəmanət Birliyinə göndərilən məktubda aydın şərh etməli və qrafa 5 və “R” işarəsi qoymalıdırlar.

Qrafa 6. “Gömrük orqanının vəzifəli şəxsinin möhürü, imzası”

Gömrük orqanının vəzifəli şəxsinin nömrəli möhürü, imzası və tarix qoyulur.

Qrafalar 1, 2, 3 və 5 BYD kitabçasının qoparılan vərəqlərində doldurulduğu kimi doldurulur

Qrafa 4. “Yol-nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi, konteynerin eyniləşdirmə nömrəsi, konteynerin tanınma nişanı”.

YNH-nə uğramış nəqliyyat vasitələrinin və konteynerlərin nömrələrinə dair məlumatlar göstərilir.

Qrafa 6. “Gömrük plombları zədələnmişdir/ zədələnməmişdir”

Müvafiq kvadrata işarə qoyulur.

Qrafa 7. “Yük şöbəsi (şöbələri) zədələnmişdir/ zədələnməmişdir”

Malların və nəqliyyat vasitəsinin, yük bölmələrinin və ya konteynerlərin vəziyyəti barədə ümumi məlumatlar göstərilir.

Qrafa 9. “Yüklərin itməsi müəyyən edilmişdir (edilməmişdir)”

Müvafiq kvadrata işarə qoyulur.

Qrafa 10. “Yük bölməsi və ya konteyner, markalanma və ya yük yerlərinin nömrələri”

Markalanma zərurət olduqda isə YNH-nə uğramış yük bölməsinin sıra nömrəsi və ya konteynerin qeydiyyat nömrəsi göstərilmir.

Qrafa 11. “Yük yerlərinin sayı və görünüşü, malların təsviri”

Olmayan və ya məhv edilmiş malların, pozulma obyektləri olan mallara dair məlumatlar göstərilir.

Qrafa 12. “Y və ya M” (yoxdur və məhv edilmişdir) (“Y və ya M”)

Hər bir olmayan və ya məhv edilmiş mal növünün qarşısında “Y” və ya “M” hərfi göstərilir.

Hər bir olmayan, yaxud məhv edilmiş mal növünün qarşısında miqdarı göstərilir.

Qrafa 14. “Tarix və yer”

YNH-nin tarixi və yeri göstərilir.

Qrafa 15. “Görülən tədbirlər”

Malların daşımasının davam etməsi üçün kvadrata müvafiq işarə qoyulur.

Qrafa 16. Mallar digər nəqliyyat vasitəsinə boşaldılıb-yükləndikdə doldurulur.

Bu cür nəqliyyat vasitələrinə və yeni gömrük təminatlarına dair bütün məlumatlar göstərilir.

Qrafa 17. “Protokolu tərtib etmiş səlahiyyətli orqan”

YNH-nə dair protokolu tərtib etmiş dövlət orqanının (gömrük orqanından başqa) adı göstərilir.

Qrafa 18. “Növbəti gömrük orqanının qeydi”

Fəaliyyət zonasında YNH-si baş vermiş gömrük orqanı tərəfindən yol-nəqliyyat hadisəsi faktının təsdiqi üçün nəzərdə tutulmuşdur.

Əgər YNH-nə dair protokol bilavasitə gömrük orqanı tərəfindən tərtib olunarsa, 17-ci qrafanın doldurulması vacib deyil.

Yol-nəqliyyat hadisəsi faktının gömrük orqanı tərəfindən təsdiqi olmadıqda, protokol etibarsız sayılır.

Protokol BYD kitabçasında qalır.

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 2 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 3 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 4 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 5 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 6 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 7 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 8 saylı əlavə

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 9 saylı əlavə

1. Həcm üzrə tərkibində 80%-dən az təmiz spirt olmayan denaturallaşdırılmamış etil spirti

2. 80 %-dən az təmiz spirt olmayan tündlüyə malik denaturallaşdırılmamış etil spirti, tünd spirtli içkilər; likörlər və s. alkoqollu içkilər. İçkilər hazırlanması üçün istifadə olunan spirt tərkibli yarımfabrikatları

3. Siqaret (ucları kəsilmiş siqarlar daxil olmaqla) və tərkibində tütün olan siqarlar (nazik siqarlar)

4. İçərisində tütün olan siqaretlər

5. İçərisində istənilən tənasübdə tütün əvəzediciləri olan və ya olmayan çəkilən tənbəki

Beynəlxalq Yük Daşımalarında

(BYD Konvensiyası, 1975)

yüklərə gömrük nəzarəti və BYD

kitabçasının rəsmiləşdirilməsi

Qaydalarına 10 saylı əlavə

(konteynerin) qeydiyyat/identifikasiya № ____________________________________________

__________________________ gömrük orqanından ____________________ gömrük orqanına

Gömrük nəzarəti altında BYD daşınmasında BYD kitabçasının

№ _____________________________________________________________________ verilmiş

_______________________ (sahibi) _________________________________________________

(daşıyıcısının adı, ünvanı)

_______________________________________________________________________________

______________________ gömrük orqanı tərəfindən ________ saylı _____________________

tarixli protokolla rəsmiləşdirilmiş gömrük qaydalarının pozulması faktı aşkar edilmişdir.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin ___________-ci maddəsinə əsasən gömrük orqanının icazəsi olmadan

__________________ miqdarda __________________ məbləğdə ___________________ malın

malın miqdarı malın məbləği malın adı

Verilməsinə görə BYD kitabçası sahibindən __________________________________________

aşağıdakı gömrük ödəncləri və penya tutulmalıdır:

gömrük rəsmiləşdirilməsi üçün

ödənclərin yubadılmasına görə penya

Ümumi məbləği __________________________________ “___” _________ tarixli ______ saylı mübahisəsiz tutulmaq üçün ödəniş sənədi

Tutulmuş məbləğ ______________________________________________________ miqdarında gömrük orqanının _______________________________________________________________

Bankdakı __________________________________ №-li hesabına “____” ________________ il

tarixdə daxil edilmişdir.

BYD kitabçası sahibindən tələb olunan məbləğin tutulması ___________________________ _____________________________________________________ səbəbindən mümkün deyil.

____________________________________________ gömrük orqanı

Vəzifəli şəxsin imzası __________________________

1. 14 may 2010-cu il tarixli 052 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 06)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver