"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının ərazisində yabanı dərman bitkilərindən istifadənin tənzimlənməsi və səmərəliliyinin artırılması, habelə bu sahədə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na və "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin Siyahısı"na (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2002-ci il, N 9, maddə 555; 2003-cü il, N 3, maddə 153, N 10, maddə 570; 2005-ci il, N 2, maddə 69, N 4, maddələr 301, 307, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanı) müvafiq olaraq aşağıdakı məzmunda 34-cü və 15-ci bəndlər əlavə edilsin:
Yabanı dərman bitkilərinin xammalının yığılması
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Yabanı dərman bitkilərinin xammalının yığılması
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2005-ci il