Qanunvericilik › "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 06.08.2009) › Tam mətn

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 06.08.2009)

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 06.08.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718, № 12, maddə 1059; 2009-cu il, № 2, maddə 64, № 3, maddə 163) ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 17.4-cü və 17.5-ci bəndlər əlavə edilsin:

17.4. dini orta ixtisas tədris müəssisələri

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

17.5. ali dini tədris müəssisələri

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. bu fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri təsdiq etsin;

2.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver