1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddə 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718) ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 15.9-cu bənd əlavə edilsin:
3-cü nəsil (3G) mobil rabitə xidmətləri
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
2.1. bu Fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri müəyyənləşdirib təsdiq etsin;
2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2009-cu il