Qanunvericilik › «Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə» (Tarif Şurasının qərarı, 05.01.2006) › Tam mətn

«Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə» (Tarif Şurasının qərarı, 05.01.2006)

«Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə» (Tarif Şurasının qərarı, 05.01.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə»

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 05 yanvar tarixli iclasının qərarına əsasən:

1. 2006-cı il 06 yanvar tarixindən bəzi neft məhsullarının topdansatış və pərakəndə satış qiymətləri Azərbaycan Respublikası ərazisində aşağıda göstərilən səviyyədə təsdiq edilsin:

Reaktiv mühərrik yanacağı

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırılsın ki, 2006-cı il 06 yanvar tarixinə neft emalı müəssisələrinin qalığında olan qiymətləri dəyişdirilmiş neft məhsullarının miqdarını müəyyənləşdirib, yenidən qiymətləndirsinlər.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qiymətləri dəyişdirilmiş neft məhsullarının yenidən qiymətləndirilməsi nəticəsində yaranan qiymət fərqini mövcud qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsinə köçürülməsini təmin etsin.

3. Yuxarıda göstərilən neft məhsulları üzrə əvvəllər qəbul edilmiş qiymətlər qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar 2006-cı il 06 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 5 yanvar 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver