Qanunvericilik › Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2016) › Tam mətn

Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2016)

Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 895 nömrəli Fərmanının 2.1-ci və 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyri-yaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 2 dekabr 2016-cı il

1. İstehsal sahələri obyektləri.

2. Sosial təyinatlı obyektlər.

3. İnzibati obyektlər.

4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

№ _____ ____________________

1. Rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd: ______________________________________

2. İcazə verən orqanın adı: ______________________________________________________

3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı:__________________

_____________________________________________________________________________

4. Tikinti obyektinin istismar təyinatı: ____________________________________________

5. Tikintiyə dair icazəverici sənədlər: ____________________________________________

_____________________________________________________________________________

6. Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü: __________________________

7. Tikinti obyektinin sahibi (sifarişçisi): ___________________________________________

8. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi: ______________________

9. Tikinti obyektinin əsas texniki göstəriciləri:

Yükdaşıyan konstruksiyaların dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından aparılmış müayinəyə əsasən təyinatı üzrə istifadəsinin mümkünlüyü nəzərə alınaraq, _____________________ tarixdən tikinti obyektinin ____________________________ istismarına icazə verilsin.

______________ İcra Hakimiyyətinin başçısı ____________ _________________________

(rayon, şəhər) (imza) (adı, soyadı)

Qeyd. Bu sənəddə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver