Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:
1. “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən Azərdövləttikintikomun 2002-ci il 14 mart tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması üzrə Müvəqqəti Təlimat” və Azərdövləttikintikomun 2001-ci il 25 iyul tarixli 92 nömrəli əmri ilə təsdiq edilmiş “Məişətdə, nəqliyyatda və ictimai yerlərdə əlillər üçün münasib həyat və fəaliyyət şəraitinin yaradılması məqsədilə əlillərin reabilitasiyası üzrə texniki vasitələrdən və memarlıq-planlaşdırma həllərindən istifadə olunması üzrə Metodiki göstərişlər”, habelə SSRİ Dövləttikintikomun 1991-ci il 4 oktyabr tarixli 134 nömrəli əmri ilə təsdiq edilmiş ВСН 62-91* “Проектирование среды жизнедеятельности с учетом потребностей инвалидов и маломобильных групп населения” normativ sənədlərinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.
3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş texniki normativ hüquqi akt Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Ümumi işlər şöbəsinə (G.B.Əliyeva) və Hüquq şöbəsinə (N.R.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət Komitənin sədr müavini D.Dövlətxanova həvalə edilsin.
1.1. Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları (bundan sonra – Qaydalar) bina və qurğuların layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidənqurulmasında əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qrupları üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması üzrə tələbləri müəyyən edir.
1.2. Qaydaların tələbləri fərdi yaşayış evlərinin layihələndirilməsinə şamil edilmir.
2. İstinad olunan normativ sənədlər
Qaydalarda aşağıdakı normativ sənədlərə istinad edilib:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2017-ci il tarixli 575 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.09.2019-cu il tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 06.02.2015-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir);
“Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli Əmri ilə təsdiq edilmişdir);
Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması;
Avtomobil dayanacaqları;
Yaşayış binaları. Layihələndirmə normaları;
İdarə və təşkilatlar üçün bina və otaqlar. Layihələndirmə normaları;
Tikinti klimatologiyası və geofizika;
İctimai bina və qurğular;
İnzibati və məişət binaları;
Təbii və süni işıqlandırma;
Bina və qurğuların yanğın təhlükəsizliyi;
Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları;
Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları;
Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları;
Yaşayış məntəqələrində səkilərə və piyada yollarına dair ümumi tələblər;
Əlilliyi olan və yaşa görə pensiyaya çıxmış şəxslərin əməyindən istifadə üçün nəzərdə tutulmuş müəssisələr (istehsalat birlikləri), sexlər və sahələr üçün vahid sanitariya qaydaları.
Qeyd: Mətn üzrə aşağıdakı işarələnmələrdən istifadə edilib:
AzDTN- Azərbaycan Dövlət Tikinti Normaları;
TNvəQ – Tikinti Norma və Qaydaları;
DTN – Dövlətlərarası Tikinti Normaları;
AZS- Azərbaycan Respublikasının Dövlət Standartı;
SQ – sanitariya qaydaları;
F1.1, …, F5 - DTN 2.02-01-ə uyğun olaraq binaların funksional yanğın təhlükəsi sinifləri.
Qaydalarda aşağıda verilmiş anlayışlardan istifadə edilmişdir:
apparel - iki ədəd bir-birindən ayrı istiqamətləndiricidən ibarət olan və təkərli vasitələrin piyada infrastrukturunda olan maneəni, o cümlədən pilləkəni keçmək üçün istifadə olunan monolit və ya yerüstü konstruksiya yolunun elementi;
ağlabatan uyğunlaşma - əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədi ilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi;
bortlar - təkərli vasitələrin təkərlərinin (təkərli oturacaq, rollator, uşaq arabası və s.) və ya ayaqların piyada yolunun sərhədindən kənara çıxmasına mane olan və pandusun və ya pilləkənin gediş hissəsi boyunca yerləşən, pilləkənin və ya pandusun konstruktiv elementləri;
bordür pandusu - piyada yolunun və ya səkinin səthini avtomobil yolunun hərəkət hissəsinin səthi ilə birləşdirən element;
məhdud şərait - əlilliyi olan şəxslər üçün əlçatan hərəkət yollarının və xidmət göstərilmə yerlərinin təşkilinə imkan verməyən ölçülərə malik (en, uzunluq və ya hündürlükdə) mövcud tikililər və ya relyef şərtləri, eləcə də bina və qurğuların konstruktiv məhdudiyyətli daxili məkanları;
əlçatanlıq - binaların, qurğuların və onlarda istifadə olunan məlumat vasitələrinin əlilliyi olan şəxslər tərəfindən istifadə etmək imkanın təmin olunma xüsusiyyətləri;
əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;
əlilliyi olan şəxslərin avtonəqliyyat vasitələri üçün xüsusiləşdirilmiş dayanacaq (parklanma) yerləri - dayanacaqda (parklanma yerlərində) əlilliyi olan şəxslərin idarə etdiyi və ya əlilliyi olan şəxsləri daşıyan nəqliyyat vasitələri üçün ayrılmış və əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslərin avtomobilə maneəsiz yaxınlaşması, minib-düşməsi üçün ümumi ölçüləri artırılmış maşın-yeri;
xidmət yerləri - ziyarətçilərə xidmət göstərmək üçün bina, qurğu, yerləşgə və ərazilərin təşkil edilmiş və təchiz olunmuş hissələri;
Qeyd. Ziyarətçilərə xidmət sahəsi və zərurət olduqda gözləmə sahəsi xidmət yerlərinə daxildir.
iş yeri - işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer;
kontrast - informasiya vasitələrinin səthlərinin və obyektin fonunun parlaqlıq səviyyələri fərqinin bu səviyyələrin ən yüksəyinə faizlə nisbəti;
köməkçi (xüsusi) qurğular - məkan-mühit maneələrinin aradan qaldırılması üçün xüsusi tələblərə cavab verən qurğu, avadanlıq və funskional element;
qabaritlər - əşyaların kənar çıxıntı hissələri üzrə onun daxili (səthlər arasında) və xarici (kənar səthlərindən) ölçüləri;
qaldırıcı platforma - istifadəçiləri qaldırmaq və endirmək üçün istifadə olunan, dövri fəaliyyət göstərən stasionar yükqaldıran qurğu;
pandus – binа vә qurğuların dахilindә vә yа хаricindә pillәkәn әvәzinә düzәldilәn müxtəlif səviyyədə olan piyada yollarının səthlərini birləşdirən hərəkət istiqamətində səthi maili və ya müəyyən hissələrdə üfüqi olan, bir və ya bir neçə marşdan ibarət hamar konstruksiya və ya qurğu;
piyada yolunun hərəkət hissəsi - piyadaların maneəsiz və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş işıqlandırma dirəkləri və yol nişanları üçün dayaq yerləri, abadlıq elementləri nəzərə alınmadan bina divarlarına, hasarlara və ya hərəkət hissəsinin kənarına təhlükəsiz ara məsafəsi nəzərə alınmaqla, piyada yollarının uzununa elementi;
sağlamlıq imkanları məhdud uşaq - xüsusi təhsil şəraitinə ehtiyacı olan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan uşaq;
universal tualet kabinəsi - ümumi hərəkət yollarından müstəqil girişi olan, ölçüləri baxımından təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs və onu müşayiət edən şəxsə və avadanlıq baxımından əlilliyi olan şəxslər üçün əlçatan olan tualet kabinəsi (kişilər və qadınlar üçün);
Qeyd. Universal tualet kabinəsinə digər tambur-şlüz bloklarından girişə yol verilmir.
universal dizayn (layihələndirmə) - əşyaların, şəraitin və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün şəxslər üçün istifadəyə yararlı dizaynı (layihələndirilmə). Universal dizayn (layihələndirmə) zəruri yerlərdə orqanizmin funksiyalarının pozulması faizindən asılı olaraq əlilliyi olan şəxslər üçün köməkçi (xüsusi) qurğularla təminatı istisna etmir.
4.1. Qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir. Qaydalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir. Qaydalar, həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da şamil edilir.
Bina və qurğuların layihələndirilməsi və tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası) zamanı Qaydalarla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin AzDTN 2.6-1*-in və şəhərsalma və tikintiyə dair digər normativ sənədlərin tələbləri yerinə yetirilməlidir.
Yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.
4.2. Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:
- xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;
- hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;
- təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;
- xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.
4.3. Bina və qurğularda əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qruplarının sərbəst və ya müşayiətçinin köməyi ilə təhlükəsiz hərəkəti, eləcə də fövqəladə hallarda təxliyə olunmaları üçün binanın bütün sahələrindən tam həcmdə istifadə etmək imkanları təmin edilməlidir.
4.4. Obyektlərin əlilliyi olan şəxslər üçün əlçatan olan layihə həlləri binada (qurğuda) olan digər əhali qruplarının imkanlarına xələl gətirməməli və həyat fəaliyyətlərini məhdudlaşdırmamalıdır.
4.5. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş layihə həlləri Qaydalara 2 nömrəli Əlavənin cədvəl 2.1-də verilmiş təsnifata uyğun olaraq bütün hərəkətlilik qruplarından əlilliyi olan şəxslərin imkanlarını nəzərə almalıdır.
5. Torpaq sahələrinə və ümumi istifadədə olan ərazilərə dair tələblər
5.1. Girişlər və hərəkət yolları
5.1.1. Bina və ya qurğunun torpaq sahəsinin minimal ölçüsünə bina ilə funksional əlaqəsi olan, əlilliyi olan şəxslər tərəfindən idarə olunan və ya onları daşıyan nəqliyyat vasitələri üçün yanaşma yolları və dayanacaqları (parklanma yerləri), əlilliyi olan şəxslərin hərəkət imkanlarına uyğunlaşdırılmış piyada yolları və istirahət yerlərini yerləşdirmək üçün zəruri sahə daxil edilməlidir.
Layihələndirilən və ya uyğunlaşdırılan obyektin torpaq sahəsinin girişlərində obyekt haqqında əlilliyi olan şəxslər üçün əlçatan olan məlumat vasitələri quraşdırılmalıdır.
5.1.2. Əlilliyi olan şəxslərin hərəkət etdiyi yollarda asma həncamalar üzərində hər iki tərəfə açılan qeyri-şəffaf, dönən (fırlanan) qapıların, fırlanan turniketlərin və əlilliyi olan şəxslərin hərəkətinə maneə yaradan digər qurğuların istifadəsinə yol verilmir.
5.1.3. Layihə sənədlərində AzDTN 2.6-1*-in tələbləri nəzərə alınmaqla, əlilliyi olan şəxslərin əlçatan sahə üzrə binanın girişinə maneəsiz, təhlükəsiz və rahat hərəkəti təmin edilməlidir. Piyada yollarının nəqliyyat və piyada şəbəkələri, ümumi istifadəli sərnişin nəqliyyatının dayanacaq məntəqələri ilə fasiləsiz əlaqəsi olmalıdır.
İş yerlərində iş vaxtı ərzində əlilliyi olan şəxslər üçün əlçatan olan bütün hərəkət yolları informasiya dəstəyi və naviqasiya vasitələri sistemi ilə təmin edilməlidir.
Mürəkkəb relyefli tikilib abadlaşdırılmış ərazilərdə layihələndirilən piyada yollarında əlilliyi olan şəxslərin hərəkəti mümkün olmadıqda, həmin şəxslərin hərəkəti üçün uyğun şəraiti olan, obyektlər arasında məsafə 300 m-dən çox olmamaqla alternativ yolların çəkilməsi nəzərdə tutulmalıdır. İxtisaslaşdırılmış yaşayış binaları və ixtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri yanğınsöndürmə məntəqələrindən 3000 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir.
5.1.4. İxtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri yaşıllaşdırılmış ərazilərdə, sənaye müəssisələrindən, nəqliyyatın sıx olduğu küçə və yollardan və dəmir yollarından, eləcə də digər səs-küy, hava və torpağın çirklənməsi mənbələrindən azı 3000 m məsafədə yerləşdirilməlidir.
Görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün internat tipli ümumi təhsil müəssisələri radiostansiyalardan, radiorele qurğularından və pultlarından yerləşdirmə məsafəsi müəyyən edilərkən “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələbləri nəzərə alınmalıdır.
5.1.5. Əlilliyi olan şəxslər və ahıllar üçün sosial xidmət müəssisələrinin torpaq sahələrinin hesablama sahəsi cədvəl 1-ə uyğun olaraq qəbul edilməlidir.
Əlilliyi olan şəxslər və ahıllar üçün internat evləri
Digər sosial xidmət müəssisələri
Qeyd. Şəhərətrafı zonada, parkların və meşəlik ərazilərin yaxınlığında, eləcə də mövcud tikinti şəraitində yerləşdirilən internat evlərinin ərazilərinin sahəsi 20 faizdən çox olmamaqla azaldılmasına yol verilir.
5.1.6. Məktəbəqədər xüsusi təhsil müəssisəsinin ərazisinin sahəsinin hesablanma göstəricisi bir yerə azı 60 m qəbul edilməlidir.
5.1.7. İxtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələrinin, əlilliyi olan şəxslər və ahıllar üçün internat evlərinin torpaq sahələrinin hündürlüyü 1,6 m-dən, psixo-nevroloji internat tipli ümumi təhsil müəssisələrinin və əqli və (və ya) psixi ləngimələri olan uşaqlar üçün internat tipli ümumi təhsil müəssisələrinin isə hündürlüyü 2 m-dən az olmayan hasarları olmalıdır.
5.1.8. Ərazidə layihələndirilən obyektlərə doğru piyada yollarının hərəkət hissəsinin parametrlərinə dair şəhərsalma tələbləri, eləcə də bu yolları yol nişanlamaları ilə ayırmaqla yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi şərtləri nəzərə alınmaqla hərəkət hissəsi ilə eyni səviyyədə yerləşdirilməsinə yol verilir.
5.1.9. Nəqliyyat və piyada yollarının kəsişməsində hündürlük fərqi 0,2 m-dən çox olmadıqda piyada yolları bordür pandusları və (və ya) süni maneələrlə təmin edilməlidir.
Bordür pandusları yolun hər iki tərəfindən səki və ya piyada yolunda, toplaşma meydançası olduqda isə onun üzərində yerləşdirilməlidir. Onlar eyni şərti xətt üzərində, yolun hərəkət hissəsinin oxuna perpendikulyar və ya piyada keçidinin oxuna paralel olmalıdır.
Süni qeyri-bərabərlik texniki vasitələri AZS 943-ə və AZS 955-ə uyğun olaraq piyada yolunun yolun hərəkət hissəsi ilə kəsişməsinin bütün uzunluğu və eni boyunca aparılmalıdır.
5.1.10. Əlilliyi olan şəxslər üçün tənzimlənən piyada keçidini təşkil etmək qeyri-mümkündürsə, torpaq sahəsində olan yeraltı və yerüstü keçidlərə panduslar və ya liftlər quraşdırılmalıdır.
Əlilliyi olan şəxslər üçün yerüstü və yeraltı piyada keçidlərinin əlçatanlığı Qaydaların 5.1.11-ci, 5.1.21-ci və 5.1.27-ci yarımbəndlərinə uyğun olaraq təmin edilir.
5.1.11. Əlilliyi olan şəxslər üçün piyada yolunun hərəkət hissəsinin eni azı 2 m olmalıdır.
Məhdud şəraitdə bu tələblər təmin olunmadıqda piyada yolunun keçid hissəsinin eni azı 1,2 m qəbul edilə bilər, lakin belə piyada yolunun hər 25 m-dən bir birbaşa görünüş zonasında, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin rahat hərəkət etməsi üçün uzunluğu piyada yolunun istiqamətində ən azı 2,5 m, ümumi eni isə keçid hissəsi ilə birlikdə azı 2,0 m olan keçid “cibləri” nəzərdə tutulmalıdır.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin hərəkət etdiyi piyada yollarında birtərəfli hərəkət üçün zolağın eni 1,2 m-dən, iki tərəfli hərəkət üçün isə 2 m-dən az olmamalı, təkərli oturacağın geri dönməsi üçün 1,8x1,8 m ölçüdə meydança nəzərdə tutulmalıdır.
TNvəQ 2.01.01-ə uyğun olaraq piyada yollarının uzununa mailliyi (pilləkənlər və panduslardan başqa) 50‰-dən (1:20) çox olmamaqla qəbul edilir.
Piyada yollarının eninə mailliyi 5‰-dən 20‰-ə qədər (1:200-dən 1:50-yə qədər) təşkil etməlidir.
Məhdud şəraitdə piyada yollarının uzununa mailliyi hər 300 m üçün ümumi uzunluğu 50 m-dən çox olmayan hissəsində 80‰-yə (1:12.5) qədər artırıla bilər.
Aşırımlı qurğularda (körpülər, yol ötürücüləri, estakadalar, tunellər və s.) piyada yollarının uzununa mailliyi 30‰-dən (1:33), məhdud şəraitdə isə - 40‰-dən (1:25) çox olmamalıdır. Eninə maillik isə 10-dan 15‰-ə (1:100-dən 1:67-ə) qədər qəbul edilməlidir.
Uzununa mailliyi 40‰-dən (1:25) çox olan piyada yollarında, hər 0,5 m səviyyə fərqi üçün mailliyi 10‰-dən (1:100) çox olmayan, uzunluğu isə azı 1,5 m olan sahələr, hər 1,5 m səviyyə fərqi üçün isə uzunluğu azı 5,0 m olan sahələr nəzərdə tutulmalıdır.
Piyada yollarının kəsişdiyi və ya istiqamətini dəyişdiyi yerlərdə uzununa və eninə maillik 20‰-dən (1:50) çox olmamalıdır.
5.1.12. Piyada yollarının səthlərinin hündürlüyünün dəyişdiyi yerlərdə onlara 50‰-dən (1:20) çox olmayan mailliklə hamar eniş verilir və ya bu Qaydaların 5.4-cü bəndinə uyğun olaraq bordür pandusları ilə təchiz edilir.
5.1.13. Piyada keçidlərinin küçə və yolların hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə səki daşlarının hündürlüyü küçə və yolların hərəkət hissəsinin səthinin hündürlüyündən çox olmamalıdır.
Böyük və mürəkkəb nəqliyyat qovşaqlarındakı keçidlər qoruyucu məhəccərlərlə təchiz edilməlidir.
5.1.14. Küçələrin hərəkət hissələrindən keçid yerlərində təhlükəsizlik adacığından keçən piyada yolunun eni azı 3 m, uzunluğu isə azı 2 m olmalıdır.
5.1.15. Əlilliyi olan şəxslər üçün təhlükəli olan sahələr və məkanlar azı 5 sm hündürlüyündə yan daşlarla əhatələnməlidir.
5.1.16. Beton tavalardan olan örtüklər hamar olmalı və tavalar arasındakı tikişlərin eni 1,5 sm-dən çox olmamalıdır. Xovlu xalça örtüyün qalınlığı xovun hündürlüyü nəzərə alınmaqla 1,3 sm-dən çox olmamalıdır.
5.1.17. İdman zallarında görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin məşğuliyyəti üçün nəzərdə tutulmuş oyun meydançalarının və zonalarının döşəmə örtüyünün səthi düz və hamar olmalı, eləcə də təhlükəsiz hərəkət üçün kontrastlı döşəmə işarələri çəkilməlidir.
5.1.18. Yaşıllıqlar boyunca olan ərazilərdə piyada yollarının kənarları üzrə bordürlərin hündürlüyü 0,05 m-dən az olmamalıdır.
Piyadaların hərəkəti yollarına bitişik, istirahət üçün istifadə olunan qazon və yaşıllıq meydançaları boyunca bordürlərin hündürlük fərqi 0,015 m-dən çox olmamalıdır.
5.1.19. Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərə onların yüksək təhlükə zonalarına (ayrı dayanan dirəklər, dayaqlar və digər maneələr, pilləkənlər, piyada keçidləri və s.) yaxınlaşmaları barədə məlumat vermək üçün taktil kontrastlı səthli yer işarələri quraşdırılmalıdır.
Piyada yolunun hərəkət hissəsində yerləşən ağac gövdələrini işarələmək üçün taktil kontrastlı göstəricilər əvəzinə qəfəsin dəliklərinə (gözlərinə) qoyulan Qaydaların 5.1.27-ci yarımbəndinin tələblərini nəzərə almaqla, ağac kökü ətrafında quraşdırılan barmaqlıqların istifadəsinə yol verilir.
5.1.20. Piyada yolları, səkilər, enişlər, panduslar və pilləkənlərin hərəkət hissəsinin örtüyü bərk materiallardan olmalı, səthi hamar və üzərində hərəkət edərkən vibrasiya (titrəmə) yaratmamalıdır. Onların səthi 0,6-0,75 kN/kN boyuna ilişmə əmsalını təmin etməli, rütubətli hava şəraitində və mənfi temperaturda isə bu əmsal ən azı 0,4 kN/kN olmalıdır.
Beton plitələrdən və ya səki daşlarından döşənmiş örtüklərdə örtük elementləri arasında birləşmə yerinin (tikişin) qalınlığı 0,01 m-dən çox olmamalıdır. Qum və çınqıl da daxil olmaqla ovulan materiallardan olan örtüklərin istifadəsinə yol verilmir.
5.1.21. Layihələndirilən bina və qurğuların sahələrində xarici pilləkən marşlarının eni azı 1,35 m olmalıdır. Belə pilləkənlər üçün relyefdə hündürlük fərqi olduqda pillələrin ayaq qoyulan yerinin (tapdağının) eni 0,35 m-dən 0,4 m-ə qədər, pillələrin hündürlüyü isə 0,12 m-dən 0,15 m-ə qədər qəbul edilməlidir. Bir pilləkən marşı daxilində bütün pillələrin plan forması pillələrin ayaq qoyulan yerinin (tapdağının) eni və hündürlüyü eyni olmalıdır. Pillələrin eninə mailliyi 20‰-dən çox olmamalıdır.
Əlilliyi olan şəxslərin hərəkət yollarında pilləaltlığı olmayan pillələrdən istifadə edilməməlidir.
Səkini və ya piyada yolunu davam etdirən pilləkən marşlarında pillələrin sayı 3-12-yə qədər olmalıdır və pilləkən marşları arasında üfüqi meydança nəzərdə tutulmalıdır.
Qeyd. Məhdud şəraitdə Qaydaların 5.1.11-ci, 5.1.19-cu və 5.1.23-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla xarici pilləkənlərdə pillələrin sayını 15-ə qədər artırmağa yol verilir.
Pilləkənlərin ölçüləri aşağıdakı kimi qəbul edilməlidir:
- pillələrin ayaq qoyulan yerinin (tapdağının) çıxıntısı eninə profildə 0,015 m-ə qədər (pilləkənlərin pillələrinin ayaq qoyulan yeri (tapdağı) çıxıntısız ola bilər);
- pillələrin ayaq qoyulan yerinin (tapdağın) kənarının dəyirmiləşdirilmə radiusu - 0,025 m-dən çox olmayan;
- pillələrin uzununa mailliyi - 10‰-dən çox olmayan;
- pillələrin eninə mailliyi - 20‰-dən çox olmayan;
- pillələrin ayaq qoyulan yerinin üfüqi (tapdağın) səthində ilişmə əmsalı - 0,45-dən az olmamalıdır.
5.1.22. Bir və çox marşlı xarici pilləkənlərin hər iki tərəfindən bütün uzunluğu boyunca məhəccərlər və tutacaqlar nəzərdə tutulmalıdır.
Tutacaqların hündürlüyü onun yuxarı hissəsindən pillələrin ayaqqoyulan yerinin (tapdağının) səthinə qədər olan məsafə 0,9 m qəbul edilməlidir. Piyada yolları tərəfdən tutacaqların kənarları xarici pilləkənin hərəkət hissəsinin sərhədləri ilə eyni şaquli müstəvidə yerləşməlidir.
Xarici pilləkənin hərəkət hissəsinin hesablama eni 4 m və ya daha çox olduqda iki tərəfli mərkəzi tutacaqlar nəzərdə tutulmalıdır. Onlar üfüqi meydançalarda planda fasiləli yerinə yetirilə bilər.
Xarici pilləkənin aşağı və yuxarı marşlarının qarşısında tutacaqların qurtaracaq hissələri üfüqi nəzərdə tutulmalı və pilləkənlərin hüdudlarından 0,3 m kənara çıxmalıdır. Məhdud şəraitdə tutacaqların qurtaracaq hissələrinin xaricə tərəf 90º bucaq altında əyilməsinə yol verilir.
Tutacaqların qurtaracaq hissələrinin forması zədələnməyə səbəb olmamalı, aşağıya məhəccərə və ya divara doğru hamar şəkildə tamamlanmalıdır.
Hər hansı bir yaxın səthin tutacaqlara qədər olan məsafəsi azı 0,06 m olmalıdır.
Tutacaqlar məhəccər konstruksiyalarının altında yerləşdirildikdə, tutacaqdan məhəccər konstruksiyasının altına qədər məsafə 0,45 m olmalı və bu konstruksiyaların xarici sərhəddi tutacaqların daxili tərəfi ilə eyni şaquli proyeksiya boyunca layihələndirilməlidir.
Yerin səthindən pilləkən konstruksiyalarının aşağı hissəsinə qədər olan boş məsafənin hündürlüyü 2,1 m-dən az olan yerlərdə məhəccərlər və ya yaşıllıqlar (kolluqlar) nəzərdə tutulmalıdır.
5.1.23. Əlilliyi olan və hərəkət imkanları məhdud digər şəxslərin qalxması üçün xarici pilləkənlərin yanında hündürlük fərqinin 0,14 m-dən 6,0 m-ə qədər olduğu hər bir halda pandus quraşdırılması nəzərdə tutulmalıdır.
Əlavə olaraq, hündürlük fərqi:
- 3,0 m-ə qədər olduqda şaquli hərəkətli qaldırıcı platforma və ya lift;
- 3,0 m və ya daha çox olduqda, lift quraşdırılmalıdır.
Qeyd. Ərazinin iqlim göstəriciləri nəzərə alınaraq, şaxtadan dona bilən qızdırılmayan şaquli hərəkətli qaldırıcı platformaların istifadəsinə yol verilmir.
Uzununa maillik nəzərə alınmaqla pandusun bir marşının yol verilən uzunluğu cədvəl 2-yə uyğun olaraq qəbul edilir.
1. Uzununa mailliyi 80‰-dən çox olan pandus marşlarına yol verilmir.
2. Məhdud şəraitdə maili səthinin uzunluğu 5,0 m-ə qədər olan pandusların marşının mailliyinin 100‰-ə qədər artırılmasına yol verilir, bu zaman təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin hərəkəti onları müşayiət edən şəxslərin köməyi ilə aparılmalıdır.
5.1.24. İki istiqamətli piyada hərəkətinin maksimum hesablama intensivliyi 2400 nəfər/st-a qədər olan piyada yollarının hissələrində pilləkənlərlə birlikdə istifadə olunan pandusun hərəkət hissəsinin eni AzDTN 2.6-1* və TNvəQ 2.05.03-ə uyğun hesablamalara əsasən 0,9 m-dən az olmamaqla, piyadaların hərəkətinin intensivliyi 2400 nəfər/st-dan çox olduqda isə 1,8 m-dən az olmamaqla qəbul edilməlidir.
5.1.25. Pandusun başlanğıc hissəsindən əvvəl və başa çatdıqdan sonrakı üfüqi meydançaların hərəkət hissələrinin ölçüləri aşağıdakılardan az olmamalıdır:
- nəqliyyatın əks istiqamətli hərəkət etdiyi yollarda eni - 1,8 m, uzunluğu - 1,5 m, pandusun istiqamətində hər dəyişiklik zamanı - 1,8x1,8 m;
- hərəkət bir istiqamətli olduqda eni - 1,5 m, uzunluğu - 1,5 m, pandusun istiqamətində hər dəyişiklik zamanı - 1,5x1,5 m.
Qeyd. Pandusların üfüqi meydançalarından suyun kənarlaşdırılması üçün 5‰-dən 10‰-ə qədər uzununa və ya eni istiqamətində maillik nəzərdə tutulmalıdır.
Pandus marşının uzununa kənarlarında hündürlüyü azı 0,05 m olan qoruyucu bortlar quraşdırılmalıdır.
Pandusların 0,9 m və 0,7 m hündürlüyündə tutacaqları olan ikitərəfli məhəccəri olmalıdır. Pandusun yuxarı və aşağı tutacaqları pandusun hərəkət hissəsinin sərhədləri (bortun kənarı) ilə eyni şaquli müstəvidə yerləşməlidir. Tutacaqlar ilə yan lövhədən azı 0,04 m içəri tərəfdə olmalıdır. Hərəkəti bir istiqamətdə olan pandus marşının eni (pandusun məhəccərlərinin tutacaqları arasındakı məsafə) 0,9 m ilə 1,0 m aralığında olmalıdır.
5.1.26. Pandusun səthi Qaydaların 5.1.20-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla sürüşkən olmamalıdır.
Pandusun səthi üçün metal barmaqlıqlardan istifadə edilməsinə yol verilir. Barmaqlıqların boşluqlarının ölçüləri bu Qaydaların 5.1.27-ci yarımbəndinin tələblərinə uyğun olmalıdır. Bu halda, 5 mm-dən çox olmayan əyilmə olmaqla pandusun konstruksiyası ən azı 250 kq/m yükə davam gətirməlidir.
Panduslar üçün dəlinib-dartılmış metal təbəqədən torlar istifadə edildikdə, hərəkət istiqamətində boşluqların ölçüsünün ən çoxu 20 mm olmasına yol verilir. Pandusun səthi sürüşməməli və bitişik səthdən fərqlənən bir rəngə və ya teksturaya malik olmalıdır.
Mailliyin dəyişdiyi yerlərdə piyada yolunun səthi səviyyəsində azı 100 lk süni işıqlandırma quraşdırmaq lazımdır.
5.1.27. Mailliklərin, pilləkənlərin və pandusların qarşısında su axıdıcı novların, yağış suyu qəbuledicilərinin, çirkab su kanallarının drenaj barmaqlıqları, yaşıllıq əraziləri üçün ağac dibi barmaqlıqları, hər növ kommunikasiya lükləri və örtükləri piyada yollarının keçid hissəsinin qabaritlərindən kənarda yerləşdirilməlidir. Yağış suqəbuledicilərin barmaqlıqlarının piyada yollarına perpendikulyar qurulmasına yol verilir.
Barmaqlıqlardakı ara boşluqların eni 13 mm-dən çox olmamalıdır. Barmaqlıqlardakı dairəvi ara boşluqların diametri 18 mm-dən çox olmamalıdır.
Lyük örtüklərinin sərtlik qabırğalarının və onların səthindəki digər konstruktiv elementlərin hündürlüyü 5 mm-dən çox olmamalıdır.
5.2. Dayanacaq (parklanma) yerləri
5.2.1. Yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış işarələnmiş və təchiz edilmiş dayanacaqlarda (parklanma yerlərində) əlilliyi olan şəxslər üçün ən azı 5% (bir parklanma yerindən az olmayaraq) maşın yeri ayrılmalıdır. Bura, eləcə də əlillərin nəqliyyat vasitələri (ölçüləri bu Qaydaların 5.2.4-cü yarımbəndinə uyğun olan), o cümlədən təkərli oturacaq təyin edilmiş şəxslər üçün ixtisaslaşdırılmış maşın yerlərinin sayı da daxildir və bu say ümumi yerlərin sayından asılı olaraq hesablama yolu ilə müəyyən edilir:
- 5%, bir yerdən az olmamaq şərtilə;
101-dən 200-ə qədər olduqda
- 5 yer və əlavə olaraq 100-dən çox yerin 3%-i;
201-dən 500-ə qədər olduqda
- 8 yer və əlavə olaraq 200-dən çox yerin 2%-i;
501- dən artıq olduqda
- 14 yer və əlavə olaraq 500-dən çox yerin 1%-i.
Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün ayrılmış hər bir maşın yeri AZS 943-ə uyğun olaraq xüsusi yol nişanlanması ilə qeyd edilməli və əlavə olaraq binanın torpaq sahəsində yol nişanları qoyulmalı, binaların daxilində isə AZS 943-ə uyğun olaraq əlçatanlıq işarəsi piyada yollarının hərəkət hissəsindən kənarda 1,5-2,0 m hündürlükdə şaquli səthdə (divar, dayaq və s.), digər hallarda isə nişanın aşağı hissəsinə qədər 2,1 m hündürlükdə yerləşdirilməlidir.
5.2.2. Dayanacaq (parklanma) yerləri əlilliyi olan şəxslər üçün əlçatan olan iş və ya xidmət yerlərinin yerləşdiyi binaların girişinin yaxınlığından 50 m-dən, yaşayış binasının girişindən isə 100 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir.
Yenidənqurma zamanı, həmçinin torpaq sahəsi mürəkkəb relyefli tikilib abadlaşdırılmış olduqda, binalardan dayanacaqlara (parklanma yerlərinə) qədər olan məsafənin 150 m-dən çox olmamaq şərti ilə artırılmasına yol verilir.
Məhdud şəraitdə, binanın hər bir əlçatan girişinin yaxınlığında, əlilliyi olan şəxslərin minmə-düşməsi məqsədilə onları daşıyan nəqliyyat vasitələrinin qısamüddətli dayanması üçün ayrıca yerlər nəzərdə tutulmalıdır.
Qeyd. Operativ xidmətlərin (təcili yardım və s.) avtomobilləri və xüsusi texnikası istisna olmaqla, torpaq sahəsinə avtonəqliyyat vasitələrinin girişi qadağan edilən yaşayış binaları üçün, yaşayış binalarının girişindən əlilliyi olan şəxslərin idarə etdiyi və ya əlilliyi olan şəxsləri daşıyan nəqliyyat vasitələrinin dayanacağına (parklanma yerinə) kimi olan məsafənin 200 m-dək artırılmasına yol verilir.
5.2.3. Əlilliyi olan şəxslərin nəqliyyat vasitəsindən düşdüyü yerlərin uzununa və eninə mailliyi 20‰-dən (1:50) çox olmamalı və hamar, sürüşməyən örtüyü olmalıdır.
Əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslərin nəqliyyat vasitələrinin dayanması (parklanması) üçün nəzərdə tutulmuş hər bir avtomobil yerinin Qaydaların 5.1. və 5.4-cü bəndlərinə uyğun olaraq təchiz edilmiş əsas piyada yolları ilə (səki, piyada yolu və s.) birləşdirən ən azı bir piyada keçidi olmalıdır. Bordür pandusu sürüşməyən örtüklü olmalı və dayanacaq meydançasından səkiyə rahat keçidi təmin etməlidir.
Bordürə paralel yerləşmiş parklanma yerlərinin ölçüləri pandus və ya qaldırıcı qurğudan istifadə üçün avtomobilin arxa hissəsinə keçidi təmin etməlidir.
5.2.4. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün maşın yeri ayrılmış dayanacaq (parklanma) yerlərinin, eləcə də avtomobillər saxlanan yerlərin, avtodayanacaqdakı pandusların və keçidlərin parametrləri, saxlanma yerində avtomobillər arasındakı, həmçinin avtomobillərlə binanın konstruksiyaları arasındakı məsafələr, saxlanma yerlərinin minimal ölçülərini AzDTN 2.7-1-in tələbləri nəzərə alınmaqla müəyyən edilir. Parklanma yeri yolun kənarında yerləşirsə, onun uzunluğu 6,8 m olmalıdır.
Dayanacağın (parklanma yerinin) kənarında məhdud şəraiti olan piyada yolları üçün bu piyada yollarının ölçüləri daxilində nəqliyyat vasitələrinin hərəkət etməsi, qismən və ya tamamilə yerləşdirilməsi ehtimalının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır.
Qeyd. Məhdud şəraitdə və şəhər ərazisinin tarixi hissələrində təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin iki qonşu maşın yerinin arasındakı keçid hissəsinin ümumi eni 1,2 m qəbul edilə bilər.
5.2.5. Nəqliyyat vasitələri üçün binadaxili, o cümlədən yeraltı dayanacaqlar təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin onları müşayiət edən şəxslərlə hərəkətini təmin etmək üçün binanın funksional mərtəbələri ilə uyğunlaşdırılmış liftlər vasitəsilə əlaqəli olmalıdır. Bina və qurğularda əlilliyi olan şəxslər üçün maşın yeri ayrılmış dayanacaq (parklanma) yerlərinin ölçüləri Qaydaların 5.2.4-cü yarımbəndinin tələbinə uyğun qəbul edilməlidir.
5.3. Abadlıq və istirahət zonaları
5.3.1. Obyektin ərazisində piyada hərəkətin əsas yollarında azı 100-150 m-dən bir olmaqla əlilliyi olan şəxslərin istirahəti üçün talvarlar, söykənəcəyi və qoltuqaltı/dirsəkaltısı olan skamyalar (oturacaqlar), göstərici lövhələr, çıraqlar və sair ilə təchiz edilmiş əlçatan yerlər nəzərdə tutulmalıdır. Elementlərin dəsti layihə tapşırığında müəyyən edilməlidir.
İstirahət zonalarında minimum işıqlandırma səviyyəsi 20 lk qəbul edilməlidir.
5.3.2. Bina və qurğuların divarlarında və ya ayrıca konstruksiyalarında yerləşdirilən qurğu və avadanlıqlar (poçt qutuları, taksofon sığınacaqları, məlumat lövhələri və s.), eləcə də bina və qurğuların çıxıntılı elementləri və hissələri keçid yollarını, eləcə də təkərli oturacaqların hərəkəti və manevr etməsi üçün normalaşdırılmış sahəni məhdudlaşdırmamalıdır.
Ön səthi piyada yolu səviyyəsindən 0,3 m hündürlükdə yerləşən obyektlər şaquli konstruksiyanın səthindən 0,1 m-dən, ayrıca dayanan dirəyə (dayağa) yerləşdirildikdə isə 0,3 m-dən artıq çıxıntılı olmamalıdır. Bu cür səthlərin forma və kənarlarının iti küncləri olmamalıdır.
Çıxıntı elementləri yuxarıdakı ölçülərdən artıq olduqda (piyada yolunun səviyyəsindən aşağı kənarı 2,1 m-dən az hündürlükdə olduqda), onların altındakı sahədə hündürlüyü 0,3 m-ə qədər olan çəpərlər vasitəsi ilə ayrılmalıdır.
Asma avadanlıqların formaları və kənarları iti künclərə malik olmamalı və azı 0,05 m radiusda dəyirmiləşdirilmiş olmalıdır.
5.3.3. Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün taksofon və digər xüsusi avadanlıqlar taktil yerüstü göstəricilərindən istifadə etməklə üfüqi müstəvi üzərində quraşdırılmalıdır.
Avadanlıq üçün əsas kimi tavalardan istifadə edildikdə, tavaların ölçüləri və piyada keçidi ilə münasibətdə yol verilən hündürlük fərqi nəzərə alınaraq, zərurət olduqda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin tavanın səthinə çıxma imkanları təmin edilməlidir.
5.4. Avtomobil yollarında piyada keçidləri
5.4.1. Əlilliyi olan şəxslər üçün əlçatan olan yerüstü piyada keçidləri, məsafənin 30%-dən çox olmayaraq artırılması imkanı nəzərə alınmaqla, getmə yerlərinə ən qısa məsafə təmin edilməklə AzDTN 2.6-1*-ə və AZS 980-ə uyğun olaraq yerləşdirilməlidir.
5.4.2. Səkilərdə və piyada keçidlərinin qarşısında hərəkət hissəsinin eni piyada keçidinin eninə bərabər, uzunluğu isə azı 1,5 m olan üfüqi meydançanın nəzərdə tutulması tövsiyə olunur.
Qeyd. Piyada keçidinin bütün eni boyunca bordür pandusu olduqda üfüqi meydançanın uzunluğu bordür pandusunun uzunluğu qədər artırılmalıdır.
Məhdud şəraitdə üfüqi meydançanın avtomobil yolu ilə birləşməsi eyni səviyyədə olmalı və Qaydaların 5.1.9-cu və 5.1.11-ci yarımbəndlərinin tələblərinə uyğun olaraq yaxındakı avtomobil yolları ilə piyada yollarının kəsişməsi qaydalarına əməl edilmə şərti ilə onun uzunluğu səkinin və ya piyada yolunun ölçüləri ilə məhdudlaşdırılmalıdır.
5.4.3. Piyada yollarının küçənin (və ya yolun) hərəkət hissəsi ilə kəsişən hissələrində uzununa və eninə mailliyi 30‰-dən (1:33) çox olmamalıdır.
5.4.4. Əlilliyi olan şəxslərin hərəkət etdiyi yolun hər iki tərəfində boş sahə olduqda bordür pandusu üç tərəfli maili hazırlanır: biri mərkəzi və iki yan tərəfdən ona bitişik. Əgər maneələr (yaşıllıqlar, divarlar, hasarlar) varsa, yan tərəfdəki maili bitişik səthlər, şaquli divarcıqlarla əvəz edilə və ya olmaya bilər.
5.4.5. Bordür panduslarının mərkəzi maili səthinin eni 1,5 m-dən az, lakin yolun hərəkət hissəsini kəsən piyada yolunun gediş hissəsinin enindən çox olmamaqla yerinə yetirilməli və bu səthin eninə mailliyi 10‰-dən (1:100), uzununa mailliyi 60‰-dən (1:17) çox, məhdud şəraitdə isə 80‰-dən çox olmamalıdır.
Bordür panduslarının maili yan səthlərinin mailliyi 180‰-dən (1:5,5) çox olmamalıdır.
Bordür panduslarının mailli səthləri xətti formaya malik olmalıdır.
5.4.6. Bordür panduslarının mərkəzi maili səthinin bordür daşının və yolun hərəkət hissəsinin səthləri ilə birləşdirilməsi eyni səviyyədə həyata keçirilir.
Qeyd. Yolun hərəkət hissəsinin bitişik səthinin səviyyəsinin 5 mm aşağı qəbul edilməsinə yol verilir.
Bordür panduslarının yan maili səthləri ilə bordür daşlarının birləşməsi eyni səviyyədə yerinə yetirilir.
Monolit konstruksiyalı bordür panduslarından istifadə edildikdə bordür daşları tələb olunmur.
5.4.7. Piyada yollarının nəqliyyat yolları ilə kəsişməsindən əvvəl taktil-kontrastlı yer göstəriciləri və ya piyada yolunun səthinin fakturasının dəyişdirilməsi nəzərdə tutulmalıdır.
Taktil-kontrastlı yer göstəriciləri və ya piyada yolunun səthinin fakturasının dəyişdirilməsi piyada yollarının nəqliyyat yolları ilə kəsişən hissəsinin bütün eni boyunca quraşdırılan bordür pandusları istisna olmaqla, bordür pandusunın üzərində və ondan əvvəl istifadə edilmir.
5.4.8. Təhlükəsizlik adacıqlarında piyada keçid hissəsi piyada keçidinin yol nişanlanmasının eni üzrə avtonəqliyyat vasitələrinin hərəkət hissəsi ilə eyni səviyyədə yerinə yetirilməlidir.
5.4.9. Yerüstü piyada keçidlərində və onların əvvəlində olan üfüqi meydançada aşağıdakılar istisna edilməlidir:
-bordür daşlarının bordür pandusu kimi istifadəsi;
-yolun hərəkət hissəsində bordür pandusunun və ya onun hissələrinin yerləşdirilməsi.
5.4.10. Bütün uzunluğu və eni boyunca yerüstü piyada keçidlərinin, eləcə də azı 10 m onlara yaxın məsafədə səkilərin (piyada yollarının) eni boyunca səthlərinin piyada keçidinin yolun qalan hissəsi ilə müqayisədə 1:3-dən 1:4-ə qədər işıqlandırma səviyyəsinin fərqi və DTN 2.04-05-ə uyğun olan rəng kontrastı təmin edilməklə azı 50 lk orta üfüqi işıqlandırma yaradan süni işıqlandırması olmalıdır.
5.4.11. Avtomobil yollarında eyni səviyyəli piyada keçidləri arasında məsafə və yeraltı və ya yerüstü piyada keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1-ci maddəsi ilə, eləcə də AzDTN 2.6-1*-ə əsasən tənzimlənir.
6. Otaqlar, sahələr və onların elementlərinə dair tələblər
6.1.1. İctimai və ya istehsalat binasında (qurğusunda) yerin səthindən və həmin binalara bitişik hər bir yeraltı və ya yerüstü səviyyəsindən əlilliyi olan şəxslərə əlçatan olan azı bir giriş olmalıdır. Çoxmənzilli yaşayış binalarının bütün girişləri əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.
İctimai binaların girişlərində xarici çağırış qurğuları və ya personal ilə əlaqə vasitələri, ziyarətçilərə göstərilən xidmətlər nəzərə alınmaqla layihə tapşırığına əsasən tətbiq edilməlidir. Belə qurğuların çağırış panellərinin hündürlüyü bu Qaydaların 8.1.7-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.
Giriş zonaları ərazisinə evin girəcəyindəki meydança, tambur, pilləkənlər, lift, evin dəhlizi, eləcə də şəxsi nəqliyyatın - avtomaşının, təkərli oturacağın saxlanması və təmiri üçün yer daxildir.
Giriş qapısının qarşısındakı meydançanın, həmçinin tamburun ölçüləri təkərli oturacağın dönməsi üçün kifayət etməlidir və əlilliyi olan şəxsin müstəqil olaraq qapını açıb-bağlamaq imkanı təmin edilməlidir.
Meydança səviyyəsində (əgər girişdə pilləkən varsa) yoxuşun dikliyi 8%-dən yuxarı olmayan pandus qurulmalıdır. Girişdəki panduslar (pilləkən qəfəsindəki) açılıb-yığılan da ola bilər. Qapı boşluqlarının eninin 0,9 m-dək genişləndirilməsi zəruridir.
Ümumi xidmət üçün lift olduğu halda dönmək üçün meydança düzəldilməlidir, fərdi qaldırıcıdan istifadə edilməsinə yol verilir.
6.1.2. Binanın (qurğunun) əlçatan girişlərində səki və dəhliz arasındakı hündürlük fərqi minimuma endirilməlidir. Binanın giriş sahəsində hündürlük fərqi olduqda pilləkənlərdən başqa pandus da olmalıdır. Binanın əsas girişlərində pilləkənlərin eni 4,0 m və ya daha çox olduqda, əlavə olaraq ikitərəfli ayırıcı tutacaqlar nəzərdə tutulmalıdır.
Xarici pilləkənlərin ölçüləri Qaydaların 5.1.21-ci və 5.1.22-ci yarımbəndlərinin tələblərinə uyğun olaraq qəbul edilməlidir. Əlilliyi olan şəxslər üçün pandusların əvəzinə appareldən istifadəyə yol verilmir.
Binanın (qurğunun) giriş hissəsində xarici pandusun ölçüləri Qaydaların 5.1.23 - 5.1. 25-ci yarımbəndlərinin tələblərinə uyğun olaraq qəbul edilməlidir.
Giriş sahəsinin səviyyəsi ilə səkinin səthi arasındakı hündürlük fərqi 0,2 m-dən çox olmadıqda, giriş sahəsinin azı bir tərəfində mailliyi 100‰-dən çox olmayan tutacaqsız pandusun quraşdırılmasına yol verilir.
Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş bina və qurğulara girişlər atmosfer yağıntılardan mühafizə olunmalı və girişin qarşısında planda ölçüləri azı 1 x 2,5 m-dən az olmayaraq drenajı olan meydança nəzərdə tutulmalıdır.
6.1.3. Memarlıq abidələrində və yaxud əlilliyi olan şəxslərin əlçatanlığı üçün binalarda müvəqqəti uyğunlaşma aparıldıqda inventar pandusların tətbiqinə yol verilir. İnventar panduslarının ölçüləri Qaydaların 6.2.9-cu yarımbəndinin tələblərinə uyğun olmalıdır.
6.1.4. Giriş meydançasının ölçüləri pandus ilə birlikdə (eni × dərinliyi) azı 2,2×2,2 m olmalıdır.
Giriş meydançasında pandus qoyulmadıqda, onun sahəsi (eni × dərinliyi) aşağıda qeyd olunan ölçülərdən az olmamalıdır:
- yeni tikililərdə - 1,6×2,2 m;
- yenidənqurma zamanı və “ağlabatan uyğunlaşdırılma” çərçivəsində -1,4×1,8 m (qapı dəstəkləri Qaydaların 6.4.2-cü yarımbəndinə uyğun yerləşdirildikdə);
- avtomatik siyirmə qapılardan istifadə edildikdə – 1,9×1,2 m.
6.1.5. Yenidən layihələndirilən və yenidən qurulan bina və qurğularda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan olan qapı boşluqlarının təmiz eni azı 0,9 m nəzərdə tutulmalıdır. Yenidənqurma zamanı əgər qapı boşluqları yükdaşıyan konstruksiyalarda yerləşirsə, bu zaman qapı boşluğunun eninin 0,8 m-ə qədər azaldılmasına yol verilir. İkilaylı giriş qapılarının hər bir layının eni 0,9 m olmalıdır. Avtomatik qapanmanı azı 5 saniyə gecikdirən qapılar tətbiq edilməlidir.
Giriş və yanğından mühafizə qapıları avtomatik qapını örtən qurğularla təchiz olunmalıdır. Qapının açılması üçün qüvvə 50 Nm-dən çox olmamalıdır.
Əlçatan girişlər üçün geriyə qayıtmayan inersiya ilə yellənən qapılardan istifadəyə böyük buraxılış qabiliyyətinə malik yerlərdə (metro, vağzal kompleksləri, nəqliyyat mübadilə mərkəzləri, sərgilər və s.) yol verilir.
Qeyd. M2 - M4 hərəkətlilik qrupuna aid əlilliyi olan şəxslərin sayı 15-dən çox olduğu hallarda, binadan və otaqlardan təxliyə üçün giriş qapısından istifadə edilərsə, giriş qapısının eni Qaydaların 6.2.21-ci yarımbəndinin tələblərinə uyğun qəbul edilməlidir. Qapı boşluğunun eni onun 90º açıq vəziyyətində ölçülür.
6.1.6. Binaların daxilində və girişlərində qoyulan şəffaf qapılar, eləcə də şəffaf qoruyucu səthlər və arakəsmələr zərbəyə davamlı təhlükəsiz şüşədən hazırlanmalıdır. Şəffaf qapı taylarında və qoruyucu səthlərdə (arakəsmələrdə) hündürlüyü azı 0,1 m və eni 0,2 m olan düzbucaqlı və ya diametri 0,1-0,2 m olan dairə formasında parlaq kontrastlı nişanlama nəzərdə tutulmalıdır. Kontrastlı nişanlamanın yerləşdirilməsi iki səviyyədə: 0,9-1,0 m və 1,3-1,4 m hündürlüklərində təmin edilməlidir.
Qeyd. Kontrastlı nişanlama eyni parlaqlığa malik dekorativ təsvirlər, loqotiplər, naxışlar və s. ilə əvəz edilə bilər.
Nişanlama qapı taylarının hər iki tərəfinə vurulmalıdır.
Şüşəli qapı səthinin nişanlanması aşağıdakı hallarda nəzərdə tutulmur:
- şəffaf səthin eni 0,3 m-dən az olduqda;
- şəffaf səthin aşağı kənarı döşəmə səviyyəsindən azı 0,85 m hündürlükdə yerləşdikdə;
- şüşə üzərində - döşəmədən 0,85-1,4 m hündürlükdə qapıların bütün eni üzrə hündürlüyü azı 0,1 m olan qeyri-şəffaf elementlər mövcud olduqda.
6.1.7. Əlçatan girişlərdə təxliyə yollarına dair tələblərə riayət edilməsi şərti ilə, açılan və ya siyirmə avtomatik qapıların istifadəsi məqsədəuyğundur. Təxliyə yollarında siyirmə avtomatik qapıların tətbiqi şərtləri Qaydaların 1 nömrəli Əlavəsinin və F1.1 funksional yanğın təhlükəli binalar üçün təxliyə və qəza çıxışları isə DTN 2.02-01-in tələblərinə müvafiq nəzərə alınmalıdır.
6.1.8. Düzxətli hərəkət zamanı və qapıların birtərəfli açılması şəraitində tambur və tambur-şlüzlərin dərinliyi ən azı 2,45 m, eni isə ən azı 1,6 m olmalıdır.
Yenidənqurma zamanı Qaydaların 6.2.1-ci yarımbəndinə uyğun olaraq təkərli oturacağı qapılar arasında döndərmək üçün tamburda qapının açılışının hərəkət sahəsi ilə kəsişməyən minimum sərbəst boş sahə təmin olunmalıdır.
Qapının əl tutan tərəfindən sərbəst boş sahə olmalıdır: öz tərəfindən açıldıqda - azı 0,3 m; özünə tərəf açıldıqda - azı 0,6 m. Tamburlarda, pilləkənlərdə və təxliyə çıxışlarında güzgülü divarlardan (səthlərdən), qapılarda isə güzgülü şüşələrdən istifadə etməyə yol verilmir.
Tamburlarda, giriş meydançalarında çirk toplayıcı barmaqlıqlar ölçüləri və yerləşdirilməsi baxımından taktil əsaslı işarələrin ölçüləri və yerləşdirilməsi ilə uyğun gəlirsə, bu halda taktil işarələri nəzərdə tutulmur.
Qeyd. Xarici giriş meydançalarında və təxliyə çıxışlarının tamburlarında taktil əsaslı işarələr nəzərdə tutulmur.
6.1.9. Girişdə nəzarət olduqda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin keçməsi üçün uyğunlaşdırılmış eni azı 0,95 m olan girişə nəzarət qurğuları və turniketləri tətbiq edilməlidir. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin təxliyəsini təmin etmək üçün turniketlərə əlavə yan keçidlər nəzərdə tutulmalıdır.
6.2. Binalarda hərəkət yolları
Üfüqi kommunikasiyalar
6.2.1. Bina daxilində otaqlara, xidmət zonalarına və məntəqələrinə gedən hərəkət yolları təxliyə çıxışlarına dair normativ tələblərə uyğun, o cümlədən DTN 2.02-01 nəzərə alınmaqla layihələndirilməlidir.
Hərəkət yollarının eni (dəhlizlərdə, qalereyalarda və s.) azı 1,8 m olmalıdır, təkərli oturacaq təyin edilmiş əliliyi olan şəxslər üçün növbəti yolayırıcının bilavasitə görmə hüdudunda uzunluğu 2 m-dən, dəhlizlə birlikdə ümumi eni 1,8 m-dən az olmayan yolayrıcılar (ciblər) təşkil edilməklə dəhlizin eninin 1,5 -1,2 m olmasına yol verilir.
Digər binaya keçidin eni azı 2,0 m olmalıdır.
Dəhlizlə hərəkət edərkən təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunan ölçüdə minimum yerlər təmin edilməlidir:
- 90º dönmə üçün -1,2×1,2 m;
- 180º dönmə üçün - diametri 1,4 m.
Dalan tipli dəhlizlərdə təkərli oturacağın 180º dönmə imkanı təmin edilməlidir.
Keçidlərin hündürlüyü bütün uzunluğu və eni boyunca 2,1 m-dən az olmamalıdır.
6.2.2. Müxtəlif avadanlıq və mebellərə yanaşmaların eni azı 0,9 m, təkərli oturacağı 90º döndərmək lazım olduqda isə azı 1,2 m olmalıdır. Əlilliyi olan şəxslərin təkərli oturacaqda 180º dönməsi üçün sahənin diametri azı 1,4 m olmalıdır.
Təkərli oturacağın qapının qarşısında manevr etməsi üçün qapını qarşı tərəfə açarkən sahənin dərinliyi azı 1,2 m, özünə tərəf açarkən azı 1,5 m, eni isə azı 1,5 m olmalıdır.
Avadanlıq və mebel olan bir otaqda keçidin eni ən azı 1,2 m olmalıdır.
6.2.3. İctimai binalarda ziyarətçi sayı 50-dən çox olan mərtəbələrdə, əsas hərəkət yollarında, hərəkət istiqamətində otaqlara aparan qapı boşluqlarından, pilləkən qəfəslərinə açıq girişlərdən, açıq pilləkən marşlarından əvvəl xəbərdaredici taktil döşəmə göstəriciləri nəzərdə tutulmalıdır.
Memarlıq, mədəni və tarixi irs abidələrində, muzeylərdə, teatr, əyləncə və bunlara oxşar binaların döşəmələrində toxunulmaqla hiss olunan yer işarələrinin istifadəsi layihə tapşırığı ilə müəyyən edilir.
Qeyd. Yaşayış binalarında, internat evlərində, herontoloji mərkəzlərdə, hospislərdə, elecə də ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin binalarında taktil döşəmə nişanlarının tətbiqi nəzərdə tutulmur.
6.2.4. Qapı taylarının və boşluqlarının, eləcə də otaqlardan, dəhlizlərdən pilləkən qəfəslərinə çıxışların eni 0,9 m-dən az olmamalıdır. Divardakı açıq qapı boşluğunun enişinin dərinliyi 1,0 m-dən çox olduqda, qapı boşluğunun eni 1,2 m-dən az olmamaq şərtilə kommunikasiya keçidinin eninə uyğun qəbul edilməlidir.
Qapı boşluqlarında kandar və döşəmə səviyyəsində hündürlük fərqləri olmamalıdır. Qapı kandarının quraşdırılması zəruri olduqda (yaşayış binasının, yataqxananın, internat evlərinin girişində, balkona çıxışda, lociyada və s.), onların hündürlüyü və ya hündürlük fərqi 0,014 m-dən çox olmamalıdır.
6.2.5. Ziyarətçilərin gözlənildiyi hər mərtəbədə əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslər üçün iki-üç yerlik istirahət zonaları nəzərdə tutulmalıdır. Mərtəbənin uzunluğu böyük olduqda istirahət yerləri 25-30 m-dən bir təmin edilməlidir.
6.2.6. Binanın daxilindəki konstruktiv elementlər və qurğuların, eləcə də divarlarda və digər şaquli səthlərdə hərəkət yollarının ölçüləri daxilində yerləşdirilən dekorativ elementlərin (divardan 0,20 m-dən çox çıxmayan yanğın avadanlığı istisna olmaqla) kənarları dəyirmiləşdirilmiş olmalı və onlar döşəmə səviyyəsindən 0,7 m-dən 2,1 m-ə qədər olan hündürlüklərdə 0,1 m-dən çox kənara çıxmamalıdırlar. Ayrıca dayaqda yerləşdirilən qurğu və işarələr dayaqdan 0,3 m-dən çox çıxıntılı olmamalıdırlar.
Binanın daxilində açıq pilləkən marşının və iç (təmiz) hündürlüyü 2,1 m-dən az olan digər asılı elementlərin altındakı zonaya əlilliyi olan şəxslərin girişinə maneə yaradan baryerlər, çəpərlər və ya digər qurğular quraşdırılmalıdır.
6.2.7. Əlilliyi olan şəxslər üçün əlçatan otaqlarda xovunun hündürlüyü 0,013 m-dən çox olan xovlu xalçaların istifadəsinə yol verilmir.
Hərəkət yollarında, xüsusən xalçaların birləşmələrində və müxtəlif örtüklərin sərhədi boyunca xalçalar möhkəm bağlanmalıdır.
Şaquli kommunikasiyalar
Pilləkənlər və panduslar
6.2.8. Bina və qurğuların döşəmələrində hündürlük fərqi olduqda əlilliyi olan şəxslər üçün əlçatan olan pilləkənlər, panduslar və ya qaldırıcı qurğular nəzərdə tutulmalıdır.
Döşəmə səviyyələrində fərq olan otaqlar və sahələrdə yıxılmaqdan qorunmaq üçün hündürlüyü TNvəQ 2.08.02-nin tələblərinə uyğun şaquli məhdudiyyətlər təmin edilməlidir.
Pilləkən pillələri hamar, çıxıntısız və ilişgənli səthə malik olmalıdır. Pillənin kənarı 0,02 m-dən çox olmayan əyrilik radiuslu olmalıdır. Divarlara bitişik olmayan pillələrin yan kənarlarında əsanın və ya ayağın sürüşməsinin qarşısını almaq üçün kənarlar və ya digər qurğular azı 0,02 m hündürlükdə olmalıdır.
Bina və qurğuların daxili piyada yolları və ya döşəmələrinin üfüqi hissələri arasında hündürlük fərqi 4 sm-dən çox olduqda, panduslar və pilləkənlər nəzərdə tutulmalıdır. Pandusların konstruksiyaları və onların məhəccərləri yanğına qarşı azı 2 saat odadavamlılıq həddi olan yanmayan materiallardan hazırlanmalıdır.
Pandusun hər bir yoxuşunun başlanğıcında və sonunda üfüqi platformalar pandusun eni qədər azı 1,5 m uzunluğunda quraşdırılmalıdır. Pandusun istiqaməti dəyişdikdə üfüqi platformanın eni təkərli oturacağın fırlanmasına imkan verməlidir.
Pandusun və platformaların xarici yan kənarları boyunca tərəflər azı 5 sm hündürlüklə təmin edilməlidir.
Pillələrin tapdağının eni olmalıdır: xarici pilləkənlər üçün - azı 40 sm, bina və qurğularda daxili pilləkənlər üçün - azı 30 sm; pilləkənlərin hündürlüyü: xarici pilləkənlər üçün - 12 sm-dən çox olmayan, daxili pilləkənlər üçün - 15 sm-dən çox olmayan.
Pillələrin tapdağı 0,3 m enində və üfüqi olmalıdır (0,28-0,35 m arasında olmasına yol verilir). Pillələrin hündürlüyü 0,15 m olmalıdır (0,13 ilə 0,17 m arasında olmasına yol verilir).
Pilləkən marşlarının kənar pillələrinin tapdaqlarında bir və ya daha çox sürüşməyə qarşı zolaq vurulmalı, onlar sarı rəngdə, ümumi eni 0,08-0,1 m olmalı və pillənin səthi ilə kontrastlıq təşkil etməlidir.
Layihə tapşırığı ilə müəyyən edildiyi təqdirdə fotoluminessent örtüklü kontrastlı sürüşməyə qarşı zolaqlardan istifadəyə yol verilir. Kontrastlı zolaqların kənarı ilə pillələrin tapdağının kənarı arasındakı məsafə 0,04 m-dən çox olmamalıdır. Pilləkənin bir neçə marşı varsa, xəbərdarlıq taktil zolağı yalnız yuxarı marşın yuxarı pilləsindən və aşağı marşın aşağı pilləsindən əvvəl qoyulur.
Pilləkənlərin marşının hesablama eni 4,0 m və daha çox olarsa əlavə olaraq mərkəzi ikitərəfli ayırıcı tutacaqlarla təmin edilməlidir.
Hasarlama və tutacaqların ölçülərində (hündürlüyü, onları tamamlayan üfüqi hissələrin uzunluğu) ± 0,03 m həddində kənarlaşmaya yol verilir.
Qeyd: Eyni pilləkən marşında fərqli hündürlük və enə malik pillələrə yol verilmir.
Şəffaf və cilalanmış materiallardan hazırlanmış pillələrin istifadəsinə yol verilmir.
6.2.9. Pandusun üfüqi hissəsində hərəkət istiqamətindəki meydançanın ölçüsü düz yolda və ya döngədə ən azı 1,5 m olmalıdır.
Pandusda düz hərəkət yolunda hər 0,5 m yoxuşdan sonra hərəkət istiqamətində üfüqi meydançanın ölçüsü 1,5 m-dən az olmamalıdır.
Pandusun dönmə bucağı 45º-dən çox olan dönmə hissələrində, diametri azı 1,5 m olan çevrə daxilində yerləşən sahəyə uyğun üfüqi sahələr nəzərdə tutulmalıdır. Pandusun yuxarı və aşağı hissələrində hazırlanan üfüqi meydançaların ölçüləri 1,5×1,5 m-dən az olmamalıdır.
Pandusun yuxarı və aşağı hissələrində ölçüləri 1,5×1,5 m-dən az olmayan boş sahə olmalıdır.
Bir istiqamətli hərəkət üçün pandus marşının eni (pandus məhəccərlərinin tutacaqları arasında məsafə) 0,9 m ilə 1,2 m aralığında qəbul edilməlidir.
Ümumi hərəkət yollarında pandus marşının eni Qaydaların 6.2.1 yarımbəndinə uyğun qəbul edilməlidir, tutacaqlar arasındakı məsafə pandusun eninə görə, maillik isə 1:20 (5%)-dən çox olmamalıdır.
Daxili radiusu minimum 3,0 m olan vintli pandusun eni 1,2 m-dən az, maillik isə 1:20 (5%)-dən çox olmamalıdır.
İnventar pandusu aşağıdakı parametrlərə uyğun olmalıdır: eni 0,8 m-dən az, uzununa maillik 1:12 (80‰)-dən çox, maksimal yük götürmə qabiliyyəti 250 kq/m-dən az olmamalıdır.
Qeyd. Binanın yenidən qurulması, uyğunlaşdırılması zamanı və mədəni irs obyektlərində istifadəsinə yol verilir: inventar pandusa, şaquli hərəkətli qaldırıcı platformaya, sıxlıq şəraitində mailli hərəkətli qaldırıcı platformaya.
6.2.10. Əsaların, qoltuqaltı/dirsəkaltı ağacların və ya ayağın sürüşməsinin qarşısını almaq üçün pandus marşının uzununa kənarları boyunca hündürlüyü azı 0,05 m olan sədlər nəzərdə tutulmalıdır.
Pandus marşının səthi onun əvvəlində və sonunda olan üfüqi səthlə vizual olaraq kontrast təşkil etməlidir. Sərhəd səthlərini müəyyənləşdirmək üçün işıq mayaklarının və ya işıq lentlərinin istifadəsinə yol verilir.
Pandusların qarşısında taktil-konstrastlı döşəmə göstəriciləri nəzərdə tutulmur.
6.2.11. Bütün pandusların və açıq pilləkənlərin hər iki tərəfi boyunca tutacaqları olan məhəccərlər quraşdırılmalıdır (Əlavə 4, şəkil 5, 6). Tutacaqlar 0,9 m yüksəklikdə, panduslarda əlavə olaraq 0,7 m yüksəklikdə yerləşdirilməlidir. Pandusların tutacaqlarının yuxarı və aşağı kənarları pandusun hərəkət hissəsinin sərhədləri ilə eyni şaquli müstəvidə olmalıdır.
Pilləkənlərin daxili tərəfindəki məhəccərin tutacağı pilləkənin bütün hündürlüyü boyunca kəsilməz olmalıdır. Tutacağın son üfüqi hissələri Qaydaların 5.1.22 bəndinin tələbinə uyğun hazırlanmalı və təhlükəsiz olmalıdır.
Pandusun və pilləkənlərin tutacaqları deformasiyaya uğramadan istənilən istiqamətdə ən azı 0,5 kN/m yükə tab gətirməlidir.
6.2.12. Əl tutmaq üçün ən əlverişli variant diametri 0,04 m ilə 0,05 m (uşaqlar üçün 0,03 m) olan dairəvi en kəsikli tutacaqlardır. Tutacaqla divar arasındakı məsafə azı 0,045 m olmalıdır (Əlavə 4, şəkil 1). Divar tutacaq boyunca hamar olmalıdır.
İctimai binalarda tutacaqların marşa nəzərən xarici yan səthlərində mərtəbələrin relyefli işarələri nəzərdə tutulmalıdır.
Liftlər, qaldırıcı platformalar və eskalatorlar
6.2.13. Binalar əlilliyi olan şəxslər üçün əlçatan olan sərnişin liftləri ilə təchiz edilməlidir. Əsaslı təmir və yenidənqurma zamanı binanın əsas girişindən (birinci mərtəbədən) yuxarı və ya aşağı mərtəbələrə əlilliyi olan şəxslərin hərəkətini təmin etmək üçün şaquli hərəkət edən qaldırıcı platformalardan, sıxlıq şəraitində isə maili hərəkət edən qaldırıcı platformalardan istifadə edilməsinə yol verilir.
Əlilliyi olan şəxslərin daşınması üçün vasitələrin seçimi və bu vasitələrin birgə istifadəsinə zərurət layihə tapşırığı ilə müəyyən edilir.
Əlilliyi olan şəxlərin daşınması üçün liftlərin sayının, parametrlərinin və xüsusiyyətlərinin seçimi Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə uyğun olaraq, liftlərin nomenklaturasına əsasən binada əlilliyi olan şəxslərin maksimal sayı nəzərə alınmaqla hesablama ilə həyata keçirilir.
Yeni tikilən ictimai və istehsalat binalarında qapı boşluğunun eni 0,9 m və ya daha çox olan liftlərdən istifadə edilməlidir.
Əlilliyi olan şəxslər üçün əlçatan olan sərnişin liftlərinin və qaldırıcı platformaların mərtəbə səviyyəsində dayanma dəqiqliyi ± 0,01 m həddində olmalıdır.
Lift foyesində əlilliyi olan şəxslərin əlçatanlığı üçün hər mərtəbədə liftdə ayrıca çağırış paneli quraşdırılmalıdır.
6.2.14. Sərnişin liftlərində təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxsin müşayiət edən şəxslə birlikdə yerləşməsini təmin etmək üçün kabinəsinin ölçüləri 1100×1400 mm-dən (en × dərinlik) az olmayan liftlərdən istifadə edilməlidir.
Liftlərin işinə nəzarəti və sərnişin-dispetçer (operator) əlaqəsini təmin etmək üçün liftlər dispetçer nəzarəti sistemi ilə təchiz olunur.
6.2.15. Çoxmənzilli yaşayış binaları üçün liftlərin yükdaşıma qabiliyyətinin və sürətinin seçimi AzDTN 2.7-2-nin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Bu halda, yükgötürmə qabiliyyəti 630 kq və 1000 kq və kabinəsinin ölçüləri 1100×2100 mm (en × dərinlik) və ya 2100×1100 mm olan liftlərdən istifadə edilməsi tövsiyə olunur.
Bədən tərbiyəsi, idman və bədən tərbiyəsi-istirahət təyinatlı obyektlərdə təkərli oturacaqdan istifadə edən əlilliyi olan idmançıların hərəkət yollarında kabinəsinin ölçüləri azı 2000×1400 mm (eni × dərinlik) və qapı boşluğunun eni 1,2 m olan liftlərdən istifadə edilməlidir. Tamaşaçıların hərəkət yollarında liftlərin ölçüləri və sayı 1 nömrəli Əlavədə qeyd olunanlara müvafiq olaraq hesablanır.
6.2.16. Lift çıxışlarındakı qapı boşluğunun yan səthlərində, əgər onlar yoxdursa və ya kifayət qədər enə malik deyillərsə, lift çıxışlarına bitişik divarlarda, döşəmədən 1,5 m hündürlükdə mərtəbə nömrəsi relyefli rəqəmlərlə, Brayl əlifbası ilə təkrarlanaraq göstərilməlidir. İşarənin hündürlük ölçüsü 50 mm və relyef qalınlığı azı 1,0 mm olmalıdır. Hər bir lift kabinəsinin qarşısındakı divarda 1,5 m hündürlükdə, divar səthininin rənginə nəzərən kontrastlı rəngdə, rəqəmlərinin hündürlüyü 0,1 m-dən az və 0,2 m-dən çox olmamaqla mərtəbə nömrələrinin işarəsi olmalıdır.
Yeni tikinti və liftin dəyişdirilməsi (yenidənqurmada və əsaslı təmirdə) zamanı liftin kabinəsində aşağıdakılar təmin edilməlidir:
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün – liftin dayandığı mərtəbədə, liftin hərəkət istiqamətini və kabinənin dayandığı mərtəbənin nömrəsini elan edən səsli avtomatik xəbərdaredici haqqında məlumat lift holunda yerləşdirilir (Qaydaların 6.5.10-cu yarımbəndinin tələblərinə uyğun olaraq);
- eşitmə/nitq pozuntusu olanlar üçün - vizual məlumat ekranı olan interkom cihazı;
- nitq-eşitmə və ya eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - vizual məlumatları əks etdirən görüntülü danışma qurğusu (interkom cihazı);
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün – mərtəbəni səsli elan edən sistem.
Yanğın baş verdikdə tüstünün şaxtadan xaric edilməsini təmin etmək və hava təzyiqi yaratmaq üçün lift şaxtasının yuxarı zonasına müstəqil kanal vasitəsilə xarici havanın verilməsi təmin edilməlidir. Şaxtada izafi hava təzyiqi azı 20 Pa olmalıdır.
Liftlər yanğın zamanı işləyərkən onların bütün sistemlərinin birinci etibarlılıq dərəcəsinə uyğun olaraq ən azı 2 saat fasiləsiz enerji təchizatı təmin edilməlidir.
Birinci mərtəbədəki liftdən çıxış digər otaqlardan 1-ci tip yanğın əleyhinə arakəsmələr və bağlayıcılarla təchiz olunmuş qapılarla ayrılmış dəhliz və ya vestibülə nəzərdə tutulmalıdır. Əlilliyi olan şəxslərin ziyarət olunması və ya yaşaması üçün nəzərdə tutulmuş binalarda lift hollarının və ya meydançalarının pilləkənlərinin ara meydançaları səviyyəsində yerləşdirilməsinə yol verilmir.
Lift kabinəsinin döşəməsi ilə lift holunun meydançası arasındakı səviyyə fərqi 0,025 m-dən çox olmamalıdır. Lift kabinəsinin idarəetmə panelləri Brayl işarələri və kontrastlı düymələrlə təchiz olunmalıdır.
Lift şaxtaları, bir qayda olaraq, zirzəmi və kürsü mərtəbələri ilə əlaqələndirilməməlidir. Liftlərdən birinin zirzəmi və ya kürsü mərtəbəsinə enməsi nəzərdə tutulur. Həmin liftdən çıxışda tambur-şlüzun qurulması tələb olunur.
Şaquli, maili və ya pilləkən marşı boyunca hərəkət edən platforma şəklində qaldırıcılar tətbiq olunduqda, belə bir platformanın eni azı 0,9 m, dərinliyi azı 1,2 m olmalıdır.
6.2.17. Əlilliyi olan şəxslər üçün qaldırıcı şaquli hərəkət platformalarının quraşdırılması təmin edilməlidir.
Maili hərəkətli qaldırıcı platformalar düz xətli və ya əyri xətli hərəkət trayektoriyalı yükdaşıyan qurğulu tətbiq olunur.
Qaldırıcı platformanın qarşısındakı boş sahə azı 1,6×1,6 m olmalıdır; yaşayış binasında əsaslı təmir zamanı məhdud şəraitdə sahənin ölçüsünün 1,2×1,2 m-ə qədər azaldılmasına yol verilir.
Qaldırıcı platformalar müvafiq texniki tələblərə uyğun olaraq quraşdırılmalıdır.
6.2.18. Qaldırıcı platformaya və istifadəçinin hərəkətlərinə nəzarəti təmin etmək üçün qaldırıcı platformalar məlumatı operatorun məsafədə yerləşən avtomatlaşdırılmış iş yerinə ötürən dispetçer və görüntulü idarəetmə vasitələri ilə təchiz edilməlidir.
6.2.19. Bina və qurğuların layihə həlləri müxtəlif kateqoriyalardan əlilliyi olan şəxslərin informasiyanın qavranılmasının üsulu və sürəti, hərəkət sürətinin məhdudluğu və s. ilə əlaqədar psixofizioloji imkanlarını, bina və ya qurğuda onların sayı və yerləşməsini nəzərə almaqla, ziyarətçilərin təhlükəsizliyini DTN 2.02-01-in tələblərinə uyğun olaraq təmin etməlidir.
6.2.20. Əlilliyi olan şəxslərə xidmət göstərilən və onların daimi yerləşdiyi yerlər binaların otaqlarından çölə aparan təxliyə çıxışlarından mümkün olan qədər yaxın məsafədə yerləşdirilməlidir.
M2-M4 hərəkətlilik qruplarına aid əlilliyi olan şəxslərə xidmət göstərilən yerlər otaqların çıxışından 15 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir.
6.2.21. Otaqlardan təxliyə üçün çıxış qapılarının eni azı 1,2 m qəbul edilməlidir:
- Qaydaların 2 nömrəli Əlavəsinin 2.1-ci cədvəli üzrə M2, M4 hərəkətlilik qrupuna aid təxliyə edilən əlilliyi olan şəxslərin sayı 15 nəfərdən çox olduqda;
- otaqda NM və NT hərəkətlilik qrupuna aid əlilliyi olan şəxslərin sayı 5 nəfərdən çox olduqda.
Otaqda M4 hərəkətlilik qrupuna aid şəxslər olduqda, F1.3 sinifli binalar istisna olmaqla, təxliyə çıxışlarının eni azı 0,9 m nəzərdə tutulmalıdır.
Təxliyə yollarının üfüqi hissələrinin, həmçinin pandusların mailliyi maksimum 5% olduqda onların eni azı 1,2 m qəbul edilməlidir:
- Qaydaların 2 nömrəli Əlavəsinin 2.1-ci cədvəli üzrə M2, M3 hərəkətlilik qrupuna aid sayı 15-dən çox əlilliyi olan şəxslərin təxliyə oluna biləcəyi yollar üçün;
- M4 hərəkətlilik qrupuna aid əlilliyi olan şəxslərin təxliyə edilə biləcəyi yollar üçün.
6.2.22. İkinci və yuxarı mərtəbələrdən təxliyə vasitəsi kimi xidmət edən pandusun binadan xaricə yaxın əraziyə çıxışı olmalıdır.
6.2.23. Təxliyə yollarında qapı taylarının rəngi qapı səthinin xüsusiyyəti, qəza işıqlandırmasından istifadə edərkən işıqlanma və s. nəzərə alınmaqla divarın rənginə nisbətən azı 0,7 (70%) kontrastı təmin etməlidir.
6.2.24. Pilləkən marşının eni aşağıdakı kimi qəbul edilməlidir:
a) 1,35 m – F1.1, F2.1, F2.2, F3.4, F4.1 sinfinə aid binalara ziyarətçilərin təxliyəsi nəzərdə tutulmuş pilləkənlər, eləcə də birinci mərtəbədən başqa hər hansı bir mərtəbədə 200 və daha çox nəfərin olduğu binalar üçün;
b) 1,6 m – birinci mərtəbədən başqa hər hansı bir mərtəbədə 600 və daha çox nəfərin olduğu binalar üçün;
c) 1,2 m – F1.3, F1.4, F5 sinfinə aid binalar istisna olmaqla, digər binalar üçün;
d) 1,05 m – F1.3 sinfinə aid binalar üçün.
6.2.25. Təxliyə yollarında müstəqil təxliyə oluna bilməyən əlilliyi olan şəxslərin sığınması üçün bir yanğın bölməsinə daxil olan otaqlar hüdudunda hər mərtəbədə birdən az olmamaqla yanğın təhlükəsizliyi zonası nəzərdə tutulmalıdır. M1-M3 hərəkətlilik qruplarına aid şəxslərin birinci mərtəbədən yuxarıda yerləşən mərtəbələrdən təxliyəsi pilləkənlər vasitəsilə həyata keçirilə bilər.
Qeyd. M4 və ya NT hərəkətlilik qruplarının əlilliyi olan şəxsləri üçün sərbəst girişi olmayan mərtəbələrdə, eləcə də birbaşa xaricə təxliyə çıxışları olan mərtəbələrdə (mərtəbələrin hissələrində) yanğın təhlükəsizliyi zonaları tələb olunmur.
Lift foyesində yanğın təhlükəsizliyi zonası yerləşdirərkən liftlər yanğınsöndürmə bölmələrinin daşınması üçün nəzərdə tutulan liftlərə qoyulan tələblərə cavab verməlidir. Müvafiq liftlərin sayı hesablamalara əsasən 1 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilir.
Yanğın təhlükəsizliyi zonası ayrı bir otaqda yerləşdikdə bu otaqdan çıxış təmin edilməlidir:
- bu bəndin tələblərinə cavab verən lift foyesinə;
- dəhliz vasitəsilə və ya birbaşa tüstülənməyən pilləkən qəfəsinə;
- 3-cü tip yanğın əleyhinə pilləkənə - hava zonası vasitəsilə.
Ən uzaqda yerləşən otaqların qapılarından həmin mərtəbənin təxliyə çıxışına (o cümlədən yanğına qarşı təhlükəsiz zonaya) qədər olan təxliyə yollarının maksimum məsafəsi DTN 2.02-01-in müvafiq tələblərinə uyğun olaraq müəyyən edilməlidir.
6.2.26. Yanğın təhlükəsizliyi zonasının sahəsi Qaydaların 2 nömrəli Əlavəsinin cədvəl 2.2-yə uyğun olaraq, pilləkənlərdə özünü müstəqil təxliyə edə bilməyən əlilliyi olan şəxslərin sayına əsasən hesablanmalıdır. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxsin manevr etmə sahəsi Qaydaların 6.2.1 bəndinin tələbinə uyğun olaraq, onun dönməsi üçün tələb oluna biləcək qabaritə əsasən hesablanmalıdır.
6.2.27. Yanğın təhlükəsizliyi zonasının sahəsi digər otaq və sahələrdən, dəhlizlərdən 2-ci tip yanğına davamlı divarlarla (1-ci tip arakəsmələrlə), boşluqlarının (qapı, pəncərə) yanğın əleyhinə 2-ci tipdən az olmayaraq doldurulması ilə 3-cü tip yanğın əleyhinə örtüklərlə ayrılmalıdır. Belə bir sahə tüstülənməyən olmalıdır.
6.2.28. İctimai binaların pilləkənə çıxışı olan hər bir yanğın təhlükəsizliyi sahəsində təxliyə vasitələrinin yerləşdirməsi üçün yer olmalıdır (yanğın təhlükəsizliyi ərazisində yerləşən hər 10 nəfər üçün azı bir xərək və iki təxliyə arabası). Əlilliyi olan şəxslərin qalması üçün yanğın təhlükəsizliyi sahəsinin avadanlıqları Qaydaların 6.5.8-ci yarımbəndinin tələbinə uyğun olmalı və həmin sahəyə gedən yollar Qaydaların 6.5.1-ci yarımbəndinin tələbinə uyğun olaraq məlumat nişanları ilə işarələnməlidir.
6.2.29. Əlilliyi olan şəxslər üçün əlçatan olan ictimai və sənaye bina və qurğularındakı təxliyə pilləkənlərinin hər bir marşının yuxarı və aşağı pillələrinin tapdaqlarında Qaydaların 6.2.8-ci yarımbəndinin tələbinə uyğun olaraq kontrastlı və ya kontrastlı fotolüminisent zolaqlar tətbiq olunmalıdır.
İctimai bina və qurğuların təxliyə yollarındakı pilləkənlərin tutacaqları ətraf mühitlə müqayisədə kontrastlı olmalıdır. Qaranlıq şəraitdə onlar fotolüminisent materiallardan və ya süni işıqlandırma mənbələrindən istifadə etmək hesabına parlaq, kontrastlı olmalıdırlar.
6.2.30. Beşinci mərtəbədən yuxarıda yerləşməyən yanğın təhlükəsizliyi zonasından yanğınsöndürmə bölmələrinin köməyi ilə əlilliyi olan şəxslərin təxliyə edilməsi üçün eni azı 1,5 m olan xarici təxliyə pilləkənlərin (3-cü tip pilləkənlərin) nəzərdə tutulmasına yol verilir. Tutacaqları Qaydaların 5.1.22-ci yarımbəndinin tələbinə uyğun olan pilləkənlərin məhəccərinin hündürlüyü 1,2 m olmalıdır.
Qeyd. Xəstəxana binaları və F4.1 sinif binaları istisna olmaqla, təxliyə üçün tələblərə cavab verən xarici açıq pilləkənlərin TNvəQ 2.01.01 nəzərə alınmaqla tikintisinə yol verilir.
6.2.31. Əlilliyi olan şəxslərin daimi yaşadığı və ya müvəqqəti qaldığı obyektlərdə qapıların açıq vəziyyətdə işləməsi nəzərdə tutulduğu dəhlizlərdə, lift foyelərində, pilləkən qəfəsələrində qapıların bağlanmasının aşağıdakı üsullarından biri layihələndirilməlidir:
- avtomatik yanğın siqnalizasiyası və (və ya) avtomatik yanğınsöndürmə qurğusu işə düşdükdə bu qapıların avtomatik bağlanması;
- yanğınsöndürmə postundan qapıların məsafədən bağlanması (mühafizə postundan);
- qapıların mexaniki olaraq yerində açılması.
6.2.32. İctimai binaların əlilliyi olan şəxslər üçün əlçatan olan giriş meydançalarında, açıq pilləkənlərdə, universal hamam və sanitar qovşaqlarında, təxliyə yollarında, panduslarda və yanğın təhlükəsizliyi zonasında azı 100 lk işıqlandırma təmin edilməlidir. DTN 2.04-05 tələblərinə uyğun olaraq təxliyə yollarında qəza işıqlandırması təmin edilməlidir.
Yanaşı otaqlar və zonalar arasındakı işıqlandırma fərqi 1:4-dən çox olmamalıdır.
6.3. Sanitar – məişət otaqları
6.3.1. Ziyarətçilər üçün sanitar-məişət otaqları nəzərdə tutulan bütün binalarda əlilliyi olan şəxslər üçün xüsusi təchiz edilmiş universal və əlçatan vanna və sanitar qovşaqları və duş kabinələrinin soyunub-geyinmə otaqlarında yerlər nəzərdə tutulmalıdır. Eyni zamanda görmə qabiliyyəti və dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün ümumi sanitar qovşaqdan istifadə imkanları təmin edilməlidir.
6.3.2. Əlilliyi olan şəxslər üçün tualetlər tualet bloklarının içərisində - əlçatan kabinələr, eləcə də müstəqil girişli - universal kabinələr şəklində yerləşdirilir. Əlilliyi olan şəxslər üçün əlçatan olan hər bina və qurğuda ziyarətçilər üçün tualet kabinələri olduqda, orada azı bir universal tualet kabinəsi olmalıdır. Universal tualet kabinəsi ailə kabinəsi kimi də layihələndirilə bilər (uşaqlı valideynlər üçün). Universal tualet kabinələrinə əlavə olaraq tualet bloklarında kabinələrin ümumi sayının 5%-i əlçatan kabinələr olmalıdır. Qadın və ya kişi tualetlərinin blokundakı kabinələrin sayı 4-dən az olduqda, binada universal tualet kabinəsi varsa, əlavə əlçatan bir kabinə nəzərdə tutulmaya bilər.
Vağzallar, poliklinikalar (ultra səs kabineti olan), ticarət-əyləncə mərkəzləri və s., binalarda universal kabinələrdən biri əlilliyi olan şəxsin uzanmış vəziyyətdə geyinib-soyuna bilməsi üçün stasionar və ya qatlanan skamya ilə təchiz edilməli, həmçinin uşaq bezini dəyişmək üçün masası olan geyinib-soyunma yeri olan universal kabinə nəzərdə tutulmalıdır.
İş yerlərinin yerləşdiyi binalardakı tualetlərin tərkibində əlilliyi olan şəxslər üçün kabinələrin sayı layihə tapşırığı ilə müəyyən edilir.
Universal tualet kabinələri obyektdəki əsas xidmət sahəsindən və ya əlilliyi olan şəxslərin iş yerlərindən 40 m-dən çox olmayan məsafədə nəzərdə tutulmalıdır.
İctimai tualetlərdə təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxs üçün ən azı 1 kabinə nəzərdə tutulmalıdır.
Mövcud ictimai tualetlərdə əlilliyi olan şəxslər üçün kabinələr qurarkən təkərli oturacağın hərəkəti üçün hər cürə maneələr ləğv edilməlidir: kandarlar götürülməli, qapı boşluqları genişləndirilməli (0,90 m-ə qədər) və s.
Əlilliyi olan şəxs üçün tualet kabinəsi zəruri yerdəyişmələr üçün kifayət qədər geniş olmalıdır. Buna görə müvafiq qurğulu iki adi kabinə birləşdirilə bilər.
Avadanlıqlar dəstində: konstruksiyalar üzrə stasionar, açılan, dönən ola bilən tutacaq-dayaqlar, tutacaq-qoruyucular (təkərli oturacaq ilə zədələnməkdən qorumaq üçün), dartılmaq və yerdəyişmə üçün, bilavasitə təkərli oturacaqdan yerdəyişmə üçün qurğular (ştanq şəklində, pissuarlar üzərində və ya monorelsli “pillələr”) nəzərdə tutulur.
Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş kabinəni kanalizasiya trapı və isti soyuq su qarışdırıcısı olan elastik şlanqla, eləcə də duş başlığı ilə təchiz etmək lazımdır.
Kabinədə unitazın yanında zəng düyməsinin qurulması nəzərdə tutulmalıdır. Zəng düyməsi sonunda halqa olan ip ilə döşəmədən 20-40 sm məsafəyə kimi endirilir. Elektrik zəngi ictimai tualetin nəzdindəki növbətçi otaqda yerləşdirilməlidir. Tualet əlüzyuyanlarından biri (və yaxud kabinədəki) döşəmədən 0,8 m çox olmayan məsafədə, yan divardan isə 0,2 m məsafədə quraşdırılmalıdır.
Mailliyi idarə olunan güzgü bərkidilir. Güzgünün, elektrik dəsmalının və yaxud əl üçün dəsmalın aşağı qırağı döşəmə səviyyəsindən 0,8 m-dən çox olmayan hündürlükdə olmalıdır.
Kabinə divarında döşəmədən 1,2 m hündürlükdə unitazın yanında paltar, əsa (çəlik) və s. ləvazimatlar üçün qarmaqlar nəzərdə tutulmalıdır.
Təhsilin variativ formalarının (uşaqlara valideynləri ilə birgə dərsin keçirilməsi, oyun yardımı mərkəzləri, erkən yardım xidməti və s.) təhsil proqramlarını həyata keçirən məktəbəqədər təhsil müəssisələrinin binalarında tualet kabinələri blokunda uşaq unitazı ilə təchiz olunmuş əlçatan bir kabinə nəzərdə tutulmalıdır.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi təchiz olunmuş əlçatan kabinələr nəzərdə tutulmalıdır.
6.3.3. Sanitar-məişət otaqlarında kabinələrin plan ölçüləri Qaydaların cədvəl 3-ün tələblərinə uyğun olmalıdır. Kabinədə unitazın yan tərəfində təkərli oturacağı yerləşdirmək üçün azı 0,8 m enində yer, həmçinin paltar, qoltuqağacı və digər ləvazimatlar üçün qarmaqlar nəzərdə tutulmalıdır. Təkərli oturacağı döndərmək üçün kabinədə diametri 1,4 m olan boş sahə olmalıdır. Qapılar xaricə açılmalıdır.
Qeyd. Universal (məxsusiləşdirilmiş) və əlçatan kabinələrin ölçüləri istifadə olunan avadanlıqların düzülüşündən və ölçülərindən asılı olaraq dəyişə bilər.
Bütün kateqoriyalı vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş universal kabinədə və digər sanitar-məişət otaqlarında stasionar və qatlanan dəstək- tutacaqların, həmçinin Qaydaların 6.3.5-ci yarımbəndinin tələblərinə uyğun portativ və ya divara bərkidilmiş qatlanan oturacaqların quraşdırılması nəzərdə tutulmalıdır.
Əlilliyi olan şəxslər üçün əlçatan olan sanitar-məişət otaqlarında kürəyi söykəmək üçün yeri olan unitazdan istifadə edilməlidir: hündürlüyü 0,45-0,5 m (döşəmə səviyyəsindən oturacaq səthinə qədər), uzunluğu 0,7 m. Pisuarlardan biri döşəmədən 0,4 m-dən çox olmayan hündürlükdə yerləşdirilməlidir. Əlüzyuyan çanağın quraşdırılması üçün tələblər (çanağın yuxarı kənarına qədər hündürlüyü və ayaq üçün boş sahə) Qaydaların 8.1.7-ci bəndinin tələbinə uyğun olmalıdır.
6.3.4. Əlçatan duş otaqlarında təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün təchiz edilmiş azı bir kabinə nəzərdə tutulmalıdır.
6.3.5. Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları qismən və görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün sürüşməyən döşəməli, kandarsız altlıqlı, qapısı çölə açılan və bilavasitə soyunub-geyinmə otağından daxil oluna bilən qapalı duş kabinəsi nəzərdə tutulmalıdır.
Əlilliyi olan şəxslər üçün əlçatan duş kabinəsinin altlıq səviyyəsindən 0,48 m-dən çox olmayan hündürlükdə yerləşən portativ və ya divara bərkidilmiş qatlanan oturacaq, əl duşu və divar tutacaqları ilə təchiz olunmalıdır. Oturacağın eni və uzunluğu ən azı 0,5 m olmalıdır.
6.3.6. Əlçatan kabinələrin (tualet, duş, hamam və s.) daxil olduğu sanitar-məişət otaqları bloklarının və universal tualet kabinəsinin qapılarının yanında, qapının dəstəyi tərəfində, döşəmə səviyyəsindən 1,2-1,6 m yüksəklikdə və qapının kənarından 0,1-0,5 m məsafədə otaqlar barədə məlumat lövhəcikləri (relyefli-qrafiki və Brayl şriftli) yerləşdirilməlidir.
Əlçatan və universal (müxtəlif təyinatlı) kabinələr həyacan siqnalizasiyası sistemi ilə və ya ikitərəfli ucadan danışıq rabitə sistemi ilə təchiz edilməlidir. Tətbiq ediləcək sistemin növü layihə tapşırığında müəyyən edilməlidir.
Yenidənqurma zamanı əlçatan kabinənin ölçüləri 1,5x1,5 m-dən az olmayaraq qəbul edilməlidir və 1,5x1,5 m kabinənin yan tərəfindəki boş sahənin enini ən azı 0,75 m ölçüdə saxladıqda (bu ölçülərdə təkərli oturacaqların tam dönməsi nəzərdə tutulmur) kabinənin qapısı avtomatik bağlanan olmalı və unitaza oturma zonasının yaxınlığında yerləşən düymə ilə uzaqdan idarə olunmalıdır. Hər bir tualet blokundakı standart kabinələrdən biri divar tutacaqları ilə təchiz olunmalıdır.
6.3.7. Əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslərin ictimai və istehsalat binalarının sanitar-məişət otaqlarında istifadə etdikləri zonaların həndəsi parametrləri cədvəl 3-ə uyğun olaraq qəbul edilməlidir.
Tualet bloklarında əlçatan tualet kabinələri
Universal tualet kabinələri:
- unitazın mərkəzdə yerləşməsi ilə;
- unitazın sağ və ya sol tərəfdə yerləşməsi ilə.
- açıq və iki tərəfli keçidi olan.
Sanitar qovşağı (duş, unitaz, əl-üz yuyan çanağı)
Duş və paltardəyişmə sahəsi olan sanitar qovşağı
Qadınların şəxsi gigiyena otağı
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün kabinə
1. Qabarit ölçülər istifadə olunan avadanlıqlardan və onların yerləşdirilməsindən asılı olaraq layihələndirmə zamanı dəqiqləşdirilə bilər.
2. Əlilliyi olan şəxsləri tualetdə unitaza sağdan, eləcə də soldan oturtmaq mümkündür.
3. Bir neçə universal tualet kabinəsi olduqda, onların qabarit ölçülərinin (unitazı divarın yanında yerləşdirməklə) 1,7×2,2 m-dən (en × dərinliyi) az olmayaraq qəbul edilməsinə yol verilir. Eyni zamanda müxtəlif kabinələrdə əlilliyi olan şəxslərin unitaza sağdan, eləcədə soldan oturmasının mümkünlüyü təmin edilməlidir.
4. Duşlarda ayaqaltı (suyun axıb getməsi üçün dəlik) ölçüləri azı 0,9×1,5 m, boş sahə azı 0,9×1,5 m olmalıdır.
5. Ana və körpələr otağı TNvəQ 2.08.02-nin tələbləri nəzərə alınmaqla təmin edilir.
6. Palatalardakı vanna otaqlarının, duşların və tualetlərin minimum ölçüləri: TNvəQ 2.08.02-nin və “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”ın tələblərinə uyğun olaraq təmin edilməlidir.
6.3.8. Cərgələr arasında keçidlərin eni aşağıdakılardan az olmayaraq qəbul edilməlidir:
- qapalı və açıq duş kabinələri, qrup və tək halda əlüzyuyanlar, tualetlər, pissuarlar üçün - 1,8 m;
- skamyalı qarderob dolabları (skamyalar nəzərə alınmaqla) üçün - 2,4 m;
- skamyasız qarderob dolabları üçün - 1,8 m.
6.3.9. Əlilliyi olan şəxslər üçün əlçatan kabinələrdə (duş, vanna) ümumi yuyunma yerlərindəki çanaqlarda və universal tualet kabinələrində termostatlı və dəstəklə idarə olunan su kranlarından, mümkün olduqda isə avtomatik və sensorlu təmassız kranlardan istifadə edilməlidir. İsti və soyuq su ayrıca idarə olunan kranlardan istifadə edilməsinə yol verilmir.
Suyu avtomatik özü boşaldan və ya əl düyməsi ilə idarə olunan unitaz və pissuarlardan istifadə edilməlidir. Elektriklə işləyən və ya hidravlik şaquli yerdəyişmə mexanizmli unitaz və əlüzyuyan çanaqlarının istifadəsinə yol verilir.
Əlçatan və universal kabinələrin qapılarında yardım üçün fövqəladə hallarda çöl tərəfdən açıla bilən kilidləmə qurğusu və “məşğul/boş” indikator işarəsi nəzərdə tutulmalıdır.
6.3.10. Sanitar-məişət otaqlarının əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alaraq xüsusi təchiz edilməsi zamanı bu hissənin tələblərinə əlavə olaraq SQ 2672 və TNvəQ 2.09.04 normativ sənədlərinin “sanitar-məişət otaqları” hissəsinin tələblərinə də riayət olunmalıdır.
Sanitar-məişət otaqlarında DTN 2.04-05 nəzərə alınmaqla kontrastlı və təbii işıqlandırma təmin olunmalıdır.
Tualet və duş kabinələrində təcili çağırış düyməsi səsli və işıqlı siqnalla təchiz edilməlidir.
6.4. Avadanlıq və qurğular
6.4.1. İstifadə olunan avadanlıqlarda kontrast rəng birləşmələrindən (qapı-divar, dəstək, sanitariya ləvazimatı, döşəmə, divar, divar-elektrik açarları, vizual informasiya (məlumat) vasitələri və s.) istifadə edilməlidir.
Kontrastlıq əmsalının qiyməti (Kk) 40%-dən, potensial təhlükə haqqında məlumat üçün onun yerləşdirildiyi səthə nisbətən 70%-dən az olmayaraq təmin edilməlidir.
6.4.2. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin istifadə etdiyi müxtəlif cihazların dəstəkləri, qolları, kranları və düymələri, havalandırma üçün pəncərə tayları (ən azı bir tay), satış aparatlarının dəlikləri, bank kartları üçün dəliklər, çip kartları, əsginaz (banknot) və sikkə qəbul edən terminalların əsginaz və sikkə girişləri, məlumat ekranları və s. (qurğular) döşəmə səviyyəsindən 0,85-1,1 m hündürlükdə, otağın yan divarından ən azı 0,6 m məsafədə yerləşdirilməlidir.
Mənzillərdə elektrik rozetkaları (taxıc yuvaları) döşəmə səviyyəsindən 0,4-0,8 m hündürlükdə nəzərdə tutulmalıdır. Layihə tapşırığına müvafiq olaraq elektrik işıqlandırmasını, pərdələməni, elektron cihazları və digər avadanlıqları uzaqdan idarə etmək üçün elektrik açarlarının istifadəsinə yol verilir.
Avadanlıqlarda səsli siqnal funksiyası əlavə olunmalı, avadanlıqlar əlilliyi olan, o cümlədən görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin istifadəsi üçün təhlükəsiz olmalıdır.
İctimai yerlərdə istifadə olunan terminallar və ödəniş aparatları taktil düymələrlə və səsli menyu ilə təmin edilməlidir.
6.4.3. İctimai binalarda qapı dəstəkləri, qıfıllar, siyirtmələr və qapıların açılması və bağlanması üçün nəzərdə tutulmuş digər cihazların forması universal dizayn (layihələndirmə) prinsiplərinə uyğun olaraq nəzərdə tutulmalı, əlilliyi olan şəxslər tərəfindən onları bir əl ilə idarə etmək mümkün olmalı və həddindən artıq güc və ya əlin biləkdə həddən artıq dönməsini tələb etməməlidir. Asanlıqla idarə olunan cihaz və mexanizmlərin, həmçinin “C” və “П” formalı dəstəklərin istifadəsi tövsiyə olunur.
Siyirmə qapılarda dəstəklər qapılar tam açıq olduqda, qapının hər iki tərəfindən asanlıqla əlçatan olaraq quraşdırılmalıdır.
Qapıların açılması və bağlanması üçün cihazlar, üfüqi qapı tutacaqları 0,8-1,1 m hündürlükdə yerləşdirilməlidir. Qapıların dəhlizin və ya otağın küncündə yerləşən dəstəkləri Qaydaların 6.1.8-ci yarımbəndinin tələbi nəzərə alınmaqla yerləşdirilməlidir.
6.4.4. Dayanacaqlarda əlilliyi olan şəxslər üçün düşüb-minmə meydançalarında və istirahət yerlərindəki skamyaların parametrləri aşağıdakı kimi qəbul edilir:
- oturacaq dərinliyi 0,43-0,45 m, söykənəcək tərəfə 5°-dən çox olmayan maillik ilə;
- oturacaq səthinin gözləmə sahəsinin səthindən hündürlüyü - 0,42-0,48 m;
- oturacaqların söykənəcəklərindən oturacaq səthlərinə qədər olan məsafə - 0,13-0,15 m;
- oturacaqların söykənəcəklərinin hündürlüyü - oturacaqlardan əks tərəfə 5°-10°-yə qədər olan şaquli mailliklə 0,16-0,21 m-ə qədər.
Əlilliyi olan şəxslər üçün skamyaların (oturacaqların) qoltuqaltı/dirsəkaltılarının radiusu 30-50 mm, dairəvi və ya oval formada olmalıdır. Onların üst (yuxarı) səthi oturacaqların səthlərindən 0,20 m-dən 0,23 m-ə qədər olan hündürlükdə, ön səthi isə oturacaqların ön səthlərindən 0,05 m-dən 0,10 m-ə qədər olan məsafədə yerləşdirilməlidir.
Skamyanın (oturacağın) konstruksiya elementlərində kəskin künclər (bucaqlar), çıxıntılar, oksidləşmə və korroziya izləri olmamalıdır.
Oturacaqların və arxa söykənəcəklərin xarici kənarları 0,01 m-dən 0,05 m-ə qədər əyrilik radiusu ilə yerinə yetirilir.
Skamyanın oturacaqlarının, söykənəcəklərinin və qoltuqluqlarının materialı mənfi temperaturda 0,3 Vt/(m·dərəcə)-dən az istilikkeçirmə əmsalına malik olmalıdır, materialın nəmliyi isə 20%-dən az olmalıdır. Onların səthinin ətrafdakı obyektlərə nisbətən kontrastı 0,3-dən az olmamalıdır.
6.4.5. Yanacaq və elektrik doldurma məntəqələrində əlçatanlığın təmin olunması üçün aşağıdakıların yerləşdirilmə hündürlüyü nəzərə alınmalıdır:
- yanacaq dispenserinin tutacağının (dəstəyinin) və ya enerji doldurma stansiyasının elektrik kabelinin çəngəlinin normal yerləşdirilməsi - 0,7 m-dən 0,8 m-ə qədər;
- yanacağın (elektrik enerjisinin) həcminin onun dəyərinin göstəricilərini ekranda göstərən rəqəmlər-1,45 m-dən 1,75 m-ə qədər;
- özünəxidmət terminallarının iş zonaları Qaydaların 6.4.2-ci bəndinin tələbinə müvafiq olaraq;
- personalın telefon nömrəsi və əlçatanlıq işarəsi olan məlumat lövhəsi -1,2 m-dən 1,8 m-ə qədər.
Ekranın rəqəmlərinin şrifti və rəngi əsas fonla müqayisədə kontrast təşkil etməli və aydın görünməli, ekranın şüşəsi işıq ləkəsinə qarşı örtüyə malik olmalıdır.
Qeyd. Məlumat ekranlarının və idarəetmə panellərinin yerləşdirilməsinə dair tələblər şlaqbaumlu və ödəniş və ya kart qəbulu terminalları olan avtomatik giriş və çıxışlar layihələndirilməsinə də şamil edilir.
6.5. Əlçatan olan texniki rabitə, məlumat və siqnalizasiya vasitələri
6.5.1. Əlilliyi olan şəxslər üçün əlçatanlıq nişanlarında aşağıdakılar göstərilməlidir:
- nəqliyyat vasitələrinin parklanma yerləri;
- xidmət göstərmə zonaları;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan giriş və çıxışlar;
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxsləri məlumatlandırmaq üçün ictimai tualetlərə girişlər;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan sanitar-məişət otaqları;
- əlçatan qarderoblar, soyunub-geyinmə, geyinib-baxma otaqları;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan liftlər və digər qaldırıcı qurğular;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan təxliyə yolları;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün xüsusi istirahət və gözləmə zonaları;
- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin (platformalarda, perronlarda və s.) minib-düşmə zonaları;
- fövqəladə hallar zamanı əlilliyi olan şəxsləri ümumi toplanma yerlərinə aparan yollar;
- əlilliyi olan şəxslərin ümumi toplanma yerləri və təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin toplanması üçün orada əlçatan yerlər.
Bina elementlərinin təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatmaz olduğu yerlərdə (giriş və çıxışlar, pilləkənlər, liftlər, sanitar-məişət otaqları (qovşaqları) və s.) zəruri hallarda ən yaxın əlçatan elementə gedən yolu göstərən istiqamət nişanları quraşdırılır.
Səsli (audio) məlumatların başa düşülməsini təmin etmək üçün stasionar sistemlə təchiz edilmiş otaqlar və xidmət məntəqələri, eləcə də texniki rabitə vasitələri nişanlanır.
Metal detektor çərçivələri ilə təchiz olunmuş keçidlər ürək fəaliyyəti stimulyatorları (kardiostimulyatorları) olan şəxslərə hərəkətin qadağan edilməsi haqqında xəbərdarlıq edən nişanlarla və bu kateqoriyalı ziyarətçilər üçün əlçatan olan ən yaxın keçidə gedən yol haqqında məlumat nişanı ilə təchiz edilir.
6.5.2. Müxtəlif hərəkətlilik qruplarından olan əlilliyi olan şəxslərin qalması üçün nəzərdə tutulmuş otaqlarda və onların hərəkət yollarında yerləşdirilən texniki məlumat və siqnalizasiya vasitələri vizual, səsli (audio) və taktil məlumatları təmin etməlidir.
Eyni torpaq sahəsində yerləşdirilən bina və ya bina və qurğular kompleksi daxilində tətbiq edilən informasiya vasitələri identik olmalıdır.
6.5.3. Kütləvi ziyarət yerlərindəki məlumatlandırma və siqnalizasiya texniki vasitələri obyektə gələn ziyarətçilərə obyektləri və ziyarət yerlərini birmənalı şəkildə müəyyən etmək, funksional elementlərin yerləşməsi və təyinatı haqqında, həmçinin göstərilən xidmətlərin çeşidi və xarakteri haqqında məlumatlar almaq, məkanlarda etibarlı oriyentasiya etmək, ekstremal hallarda təhlükə haqqında vaxtında xəbərdarlıqlar almaq, təxliyə yollarının yerləşməsi haqqında məlumatlar almaq və s. imkanlarını verməlidir.
Tələb olunan hallarda, görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin naviqasiyasını təmin etmək üçün layihə tapşırığına müvafiq olaraq bina və ya qurğu əlavə olaraq səsli oriyentasiya və məlumatlandırma cihazları ilə təchiz olunmalıdır.
6.5.4. Vizual məlumatlar döşəmə səviyyəsindən 1,5 m-dən az olmayan və 4,5 m-dən çox olmayan hündürlükdə tanınma (müəyyən etmə) məsafəsinə uyğun gələn nişanların ölçüləri ilə kontrast fonda yerləşdirilməlidir.
Vizual informasiya elementlərini əlilliyi olan şəxslərin hərəkət yollarının üzərində yerləşdirərkən, hərəkət yollarının səthindən vizual məlumatın asma elementinin aşağı kənarına qədər olan sərbəst məkanın hündürlüyünün ən azı 2,2 m olması təmin edilməlidir.
Vizual informasiyaları (məlumatları) göstərmək üçün işıqlanma dərəcəsinin səviyyəsi 100-dən 300 lk-ə qədər təmin edilməlidir.
6.5.5. Yanğın, eləcə də təbii fəlakət zamanı təxliyə üçün xəbərdarlıq və idarəetmə sisteminə qoşulmuş işıq siqnalları, hərəkət istiqamətini göstərən təxliyə nişanları əlilliyi olan şəxslərin iş yerlərində, ziyarət etdikləri ictimai bina və qurğuların zonalarında və otaqlarında quraşdırılmalıdır. Məktəbəqədər təhsil müəssisələrində bu siqnallar və nişanlar yalnız təxliyə yollarında quraşdırılmalıdır.
6.5.6. Bina və qurğularda yanğın zamanı təxliyənin idarə edilməsi və xəbərdarlıq sisteminin səs və işıq siqnallarının parametrləri, eşitmə və/və ya görmə qabiliyyəti tam və qismən məhdud olan əlilliyi olan şəxslərin qavrayış xüsusiyyətlərini nəzərə almalıdır.
6.5.7. İctimai binaların vestibüllərində, onların funksional təyinatını nəzərə almaqla informasiya (məlumat) terminallarının/köşklərinin, “qaçan sətir” tipli informasiya (məlumat) tablolarının, taktil-vizual sxemlərin quraşdırılması nəzərdə tutulmalıdır.
6.5.8. Əlilliyi olan şəxslərin tək qala biləcəyi binaların qapalı məkanları (müxtəlif funksional təyinatlı əlçatan otaqlar: əlçatan və universal tualet kabinələri, duş kabinələri, liftlər, soyunub-geyinmə kabinələri və s.), eləcə də yanğın təhlükəsizliyi zonaları üçün uyğunlaşdırılmış lift holları və yanğın təhlükəsizliyi zonaları ikitərəfli rabitə sistemi ilə təchiz edilməlidir. İkitərəfli rabitə sistemi səsli və vizual qəza siqnalizasiya cihazları ilə təchiz edilməli və Qaydaların 6.5.10-cu yarımbəndinin tələblərinə müvafiq olmalıdır. Belə bir otaqdan kənarda, qapının üzərində kombinəli səsli və vizual (fasiləli işıq) qəza siqnalizasiya cihazı nəzərdə tutulmalıdır. Kömək çağırma (təcili çağırış) cihazından siqnalın getdiyi yer (otaq) layihə tapşırığı ilə müəyyən edilir.
6.5.9. Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin otaqlarını müəyyən etmək üçün relyefli-xətti şriftdən və relyefli-nöqtəli Brayl şriftindən istifadə edərək hazırlanan məlumatlandırıcı taktil lövhəcikləri (o cümlədən taktil-səs lövhəcikləri), döşəmə səviyyəsindən 1,2 m-dən 1,6 m-ə qədər olan hündürlükdə, qapı (dəstəyinin) tərəfdə, qapının yanında və lövhəciyin kənarından qapı boşluğunun kənarına qədər 0,1 m məsafədə yerləşdirilməlidir:
- xidmətlərin göstərildiyi daxili otaqların girişlərinin qarşısında, otaqların təyinatı göstərilməklə;
- universal tualet kabinələrinin və ictimai tualet bloklarının girişlərinin qarşısında ( Qaydaların 6.3.6-cı yarımbəndi);
- universal və əlçatan kabinələr də daxil olmaqla, yardım çağırma (təcili çağırış) cihazlarının yanında.
6.5.10. Təcili çağırış cihazının işə düşməsinin təsdiqi vizual, səs və (və ya) vibrasiya (indikasiyası) ilə həyata keçirilir.
Əlilliyi olan şəxslər üçün duş kabinələrində kömək çağırma (təcili çağırış) cihazı tavanın altında yerləşdirilməli və döşəmə səviyyəsindən 0,8 - 0,1 m hündürlükdə yerləşən, diametri azı 0,05 m olan iki qırmızı tutacaqlı qırmızı rəngli köməyə çağırma (təcili çağırış) kabeli ilə və bayır tərəfdən otağın girişinin üzərində quraşdırılmış işıq-səs siqnalizatoru ilə təchiz edilməlidir. Köməyə çağırma (təcili çağırış) cihazından siqnalın getdiyi yer (otaq) layihə tapşırığı ilə müəyyən edilir.
6.5.11. Sanitar-məişət otaqlarının girişlərində quraşdırılan məlumatverici indikator cihazları (kilidin mexaniki indikatorlarının məlumat sahələri "məşğul/boş", elektron tablolar və s.) rəng qavrayışı pozulmuş şəxslər üçün əlçatan olmalıdır. İnformasiya sahəsinin rənginin mənası müvafiq işarə və ya yazı ilə izah edilməlidir.
Bina və qurğuların mədəni-asudə fəaliyyətlərin keçirilməsi üçün tamaşa, iclas zallarında və tribunalarında sıra (cərgə) və oturacaq nömrələri fona nisbətən kontrast rəngli şrift ilə həyata keçirilməlidir. Kresloların nömrələnməsi Brayl və relyefli şriftləri ilə söykənəcəyin yuxarı üfüqi hissəsində təkrarlana bilər.
6.5.12. Mühazirə və tamaşa zalları, gözləmə zalları və s. yerlər eşitmə qabiliyyəti qismən məhdud şəxslər üçün səsli informasiyanın aydın qavranılmasını təmin edən sistemlərlə təchiz edilməlidir.
İnsanların kütləvi olduğu binalarda (bütün növ nəqliyyat vasitələri vağzallarının sərnişin binaları, sosial xidmət müəssisələri, inzibati məqsədli ictimai binalar, çoxfunksiyalı komplekslər və s.) görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün binadakı otaqların yerləşdikləri yerləri və təyinatı haqqında məlumatları əks etdirən taktil və ya taktil-səs sxemləri quraşdırılmalı, onlar üçün ayrılan yerlərin səsli naviqasiya cihazları ilə dəstəklənməsi təmin olunmalıdır. Onlar girişin yaxınlığındakı vestibüldə, mümkün olduqda, hərəkət istiqamətinin sağ tərəfində, binanın girişindən 4 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir.
Görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün başqa istiqamətləndirici oriyentirlər (divarların arasıkəsilməyən xətləri, tutacaqlar, hasarlar) olmadıqda, istiqamətləndirici taktil döşəmə işarələri layihə tapşırığına müvafiq olaraq xidmət yerlərinə doğru istiqamətlənən eni 4 m-dən və uzunluğu 70 m-dən çox olan əsas təhlükəsiz hərəkət yollarını göstərmək üçün nəzərdə tutulur.
6.5.13. Görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslərin telefon vasitəsilə səsli istiqamət almaq imkanları üçün naviqasiya sistemlərinə mobil tətbiqin inteqrasiyası nəzərdə tutulmalıdır.
Fövqəladə hallarda siqnalizasiya ilə yanaşı, vibrasiya funksiyalı bildirişlər də tətbiq edilməlidir.
7. Əlilliyi olan şəxslərin yaşayış yerlərinə dair xüsusi tələblər
7.1.1. Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi zamanı Qaydaların tələblərinə əlavə olaraq AzDTN 2.7-2-nin tələbləri nəzərə alınmalıdır.
Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan əlilliyi olan şəxslərə optimal yaşayış və həyat fəaliyyəti şəraiti yaradılması üzrə tövsiyələr erqonomik tədqiqatların məlumatlarına əsaslanmalıdır.
Yaşayış və ictimai yerləri layihələndirərkən, həmçinin avadanlığın quraşdırılması üçün zəruri olan vasitələri yerləşdirərkən kişi və qadın fiqurlarının orta antropometrik göstəriciləri və təkərli oturacağın qabaritləri nəzərə alınmalıdır. Təkərli oturacağın dönməsinə və hərəkətinə kifayət edəcək döşəmə sahəsi, hərəkətsiz vəziyyətdə olan əlilliyi olan şəxsin “əl çata biləcək” funksional zonaları və yaxud bu və ya digər funksional fəaliyyəti nəzərə alınır (Əlavə 4, şəkil 3, 4).
Mehmanxanalarda (və ya mehmanxana tipli obyektlərdə) və yataqxanalarda (mənzil tipli yataqxanalar istisna olmaqla) Qaydaların 2 nömrəli Əlavəsinin 2.1-ci cədvəli üzrə M4, M2 və M3 hərəkətlilik qruplarından olan əlilliyi olan şəxslər üçün əlçatan otaqlar və qonaq otaqları təmin edilməli, onların hesablama sayı Qaydaların 2 nömrəli Əlavəsinin cədvəl 2.2-yə müvafiq olaraq qəbul edilməli, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün isə bir otaqdan az olmamalıdır. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün mehmanxana otaqlarının və yataqxanaların yaşayış otaqlarının planlaşdırma həlləri giriş qapısının qarşısında, sanitar qovşağının girişinin qarşısında, bilavasitə sanitar qovşağında, çarpayının yanında, şkafların və pəncərələrin qarşısında diametri 1,2 m-dən az olmayan sərbəst məkanlar nəzərdə tutmalıdır. Şkaflar hündürlüyü tənzim oluna bilən asılqanla təmin olunmalı və orqonometrik ölçülərə uyğun olmalıdır. Köməkçi otaqların əlçatanlığı layihə tapşırığına müvafiq olaraq müəyyən edilir.
Qeyd. Mehmanxana tipli obyektlər “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”na müvafiq olaraq qəbul edilir.
Otaqların sayı 20-dən az olduqda, əlilliyi olan şəxslər üçün otaqların əlçatanlığının təmin edilməsi tələbləri layihə tapşırığına müvafiq olaraq müəyyən edilir. M2-M4 hərəkətlilik qruplarına aid olan şəxslərin yaşaya biləcəyi azı bir universal əlçatan otaq olmalıdır.
Müvəqqəti yerləşdirilmə binasının ictimai zonasında Qaydaların 6.3-cü bəndinin tələblərinə müvafiq olaraq birinci mərtəbədəki holl və ya dəhliz universal tualet kabinəsi ilə təchiz edilməlidir.
7.1.2. Çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazilərin torpaq sahələrində əlilliyi olan şəxslər üçün piyadaların hərəkət yolları, dayanacaqlar (parklanma yerləri), meydançalar (böyüklərin istirahəti və uşaqlar üçün oyun, bədən tərbiyəsi) əlçatan olmalıdır.
1. Mənzillərdə işıqlandırma sistemləri səsli idarəetmə funksiyası ilə təchiz olunmalıdır.
2. Həyət və oyun meydançalarında istiqamətverici taktil döşəmə işarələri quraşdırılmalıdır.
7.1.3. Çoxmənzilli yaşayış binaları və ictimai binalardakı yaşayış yerləri əlilliyi olan şəxslərin ehtiyaclarını, o cümlədən aşağıdakıların əlçatanlığını təmin etməklə layihələndirilməlidir:
- lift holunun və ya lifti olmayan binalarda binanın girişinin qarşısında yer səviyyəsindən birinci mərtəbənin;
- ictimai binalarda əlilliyi olan şəxslər üçün yaşayış yerlərinin (binanın girişinin qarşısındakı yer səviyyəsindən);
- sakinlərə və ya ziyarətçilərə xidmət göstərən bütün yerləşgələrin;
- bütün giriş qruplarının;
- daxili pilləkənlərin;
- mərtəbələr üzrə mənzildən kənar dəhlizlərin;
- M1 hərəkətlilik qrupundan olan əlilliyi olan şəxslər üçün yeraltı avtomobil dayanacaqlarının (layihə tapşırığına müvafiq olaraq);
- əlilliyi olan şəxslərin tələbatlarını ödəyən avadanlıqların istifadəsi;
- avadanlıq və cihazlardan istifadənin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi.
7.1.4. Xarici divardan balkona və ya lociyaya qədər olan məsafə azı 1,4 m, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün mənzillərdə olan məhəccərlərin hündürlüyü onun bəzi hissələri şəffaf materialdan olmaqla 1,15-1,2 m-ə qədər olmalıdır. Balkona və ya lociyaya açılan qapının kandarının hər bir konstruksiya elementi 0,014 m-dən hündür olmamalıdır.
7.1.5. Yaşayış binalarında fərdi istifadə üçün sanitar-gigiyena otaqlarının planda ölçüləri Qaydaların 7.1.1-ci yarımbəndinin tələblərinə müvafiq olmalıdır və sahəsi aşağıdakı göstəricilərdən az olmamalıdır:
- vanna, unitaz və əlüzyuyanı olan sanitar qovşağı - 5,5 m;
- duşxana, unitaz və əlüzyuyanı olan sanitar qovşağı - 3,65 m;
- əlüzyuyan ilə tualet otağı - 3,5 m;
- əlüzyuyansız tualet otağı - 3 m.
Qeyd. Sahələr daxilindəki ölçülər tətbiq olunan avadanlıqlardan və onların yerləşdirilməsindən asılı olaraq layihə zamanı dəqiqləşdirilə bilər.
Planlaşdırma təkərli oturacağı döndərmək üçün diametri 1,4 m olan sərbəst məkanı nəzərdə tutmalıdır.
7.1.6. Mənzilin giriş qapısının tayının eni ən azı 0,9 m qəbul edilməlidir.
Sanitar-gigiyena otaqlarının, otaqlararası və balkon qapı boşluqlarının eni azı 0,80 m qəbul edilməlidir.
7.1.7. Bütün növ təxliyə idarəetmələri və xəbərdarlıq ediciləri əlilliyi olan şəxslər tərəfindən qavranılması nəzərə alınmaqla layihələndirilməlidir. Yanğın detektorlarının yerləşdirilməsi və təyinatı layihə tapşırığı ilə müəyyən edilir.
Əlilliyi olan şəxslər üçün mənzillərdə səs, vibrasiya və işıq siqnalizasiyaları olan qapı telefonları və ya video qapı telefonları tətbiq edilməlidir.
7.2. Sosial təyinatlı mənzil fondunun binaları
7.2.1. Əlilliyi olan şəxslərin və ahılların yaşamaları üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binaları II odadavamlılıq dərəcəsindən az olmamaqla layihələndirilməlidir.
7.2.2. Dövlət və bələdiyyələrin sosial təyinatlı mənzil fondunun binalarında əlilliyi olan şəxslərin ayrı-ayrı kateqoriyaları üzrə mənzillərin sayı və məxsusiləşdirilməsi layihə tapşırığı ilə müəyyən edilməlidir.
Yaşayış binalarını layihələndirərkən digər kateqoriyalardan olan sakinlərin ehtiyaclarını nəzərə almaqla, tələb olunan hallarda, onların sonradan yenidən təchiz edilməsinin mümkünlüyünü təmin etmək lazımdır.
Çoxmənzilli yaşayış binalarının mənzillərində (onların ümumi sayının 10%-dən az olmayaraq) bitişik otaqlar hesabına tualet otağının genişləndirilməsini yerinə yetirmək və ya birləşdirilmiş sanitar qovşağının quraşdırılması ilə tualet və vanna otaqlarının yenidən planlaşdırılması tövsiyə olunur.
7.2.3. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin ailələri üçün mənzillərin layihələndirilməsi zamanı birinci mərtəbə səviyyəsində mənzilyanı sahə mövcud olarsa, həmin sahəyə bilavasitə çıxış imkanları təmin edilməlidir. Mənzilyanı tambur və qaldırıcı qurğu vasitəsilə ayrıca giriş üçün mənzilin sahəsi 12 martırılmalıdır.
7.2.4. Əlilliyi olan şəxslərin yaşayışı üçün yaşayış zonasında yaşayış otağı, əlçatan birləşdirilmiş sanitar qovşağı, sahəsi 4 m-dən az olmayan ön holl və eni azı 1,2 m olan mənzildaxili dəhliz olmalıdır.
7.2.5. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs üçün yaşayış otağının ölçüsü azı 16 m təşkil etməlidir.
7.2.6. Ümumi otağın (qonaq otağının) sahəsi aşağıdakılardan az olmayaraq qəbul edilir:
- 18 m- bir-iki otaqlı mənzillərdə;
- 20 - 22 m- üç-dörd otaqlı mənzillərdə.
7.2.7. Sosial təyinatlı mənzil fondunun yaşayış binalarında təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin ailələri üçün mənzillərdə mətbəxlərin sahələri 9 m-dən az olmamalıdır. Mətbəxlər elektrik pilətələri ilə təchiz olunmalıdır.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin ailələri üçün mənzillərdə unitazla təchiz olunmuş otağa girişin mətbəxdən və ya yaşayış otağından layihələndirilməsinə və siyirməli qapı ilə təchiz edilməsinə yol verilir.
7.2.8. Ailələrində əlilliyi olan (o cümlədən təkərli oturacaq təyin edilmiş) şəxslər üçün mənzillərdəki köməkçi otaqların eni aşağıdakılardan az olmamalıdır:
- ön (təkərli oturacağı saxlamaq mümkünlüyü ilə) - 1,4 m;
- mənzildaxili dəhlizlər - 1,2 m.
7.2.9. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün mənzilin tərkibində açıq məkanda istifadə edilən təkərli oturacağın və digər reabilitasiya vasitələrinin saxlanması üçün sahəsi azı 2 molan quraşdırılmış şkaf (və ya anbar) nəzərdə tutulmalıdır.
8. İctimai bina və qurğularda əlilliyi olan şəxslərə xidmət göstərilən yerlərə dair tələblər
8.1.1. İctimai binaların layihələndirilməsi zamanı TNvəQ 2.08.02 və AzDTN 2.7-4* normativ sənədlərindən əlavə Qaydaların tələbləri də nəzərə alınmalıdır.
Əlilliyi olan şəxslər üçün əlçatan olan bina və qurğuların elementlərinin (otaqlar, zonalar və yerlər) siyahısı, əlilliyi olan şəxslərin hesablama sayı və kateqoriyaları tələb olunan hallarda layihə tapşırığı ilə müəyyən edilir.
8.1.2. Mövcud bina və qurğuların yenidən qurulması və uyğunlaşdırılması zamanı Qaydaların 6.1.4-cü yarımbəndinin tələbi nəzərə alınmaqla, ağlabatan uyğunlaşma çərçivəsində layihə həlləri həyata keçirilərkən, bütün binanın əlçatanlığını təmin etmək mümkün olmadıqda, əlilliyi olan şəxsləri binada (qurğuda) göstərilən əsas xidmətlərlə təmin etmək üçün giriş səviyyəsində xüsusi otaqlar, zonalar və ya bloklar ayrılmalıdır.
8.1.3. İctimai binaların və qurğuların birinci mərtəbəsindən yuxarıda yerləşən ziyarətçilər üçün xidmət zonasında və ya odadavamlı zonaların təşkili tələb olunduqda Qaydaların 2 nömrəli Əlavəsinin 2.1-ci cədvəli üzrə M2-M4 hərəkətlilik qruplarına aid olan şəxslərin hesablama sayı layihə tapşırığında başqa hal göstərilməyibsə, Qaydaların 2 nömrəli Əlavəsinin 2.2-ci cədvəlinə müvafiq olaraq müəyyən edilməlidir.
8.1.4. Ziyarətçilərə xidmət göstərən bir neçə oxşar yerlər (cihazlar, qurğular və s.) olduqda, belə yerlərin ümumi sayının 5%-i, lakin 1-dən az olmamaqla, layihə tapşırığında başqa hal nəzərdə tutulmayıbsa əlilliyi olan şəxslərin istifadə edə biləcəyi şəkildə layihələndirilməlidir.
8.1.5. Stasionar yerləri olan tamaşa zallarında odadavamlı zonalar olduqda, əlilliyi olan şəxslər üçün yerlər nəzərdə tutulmalıdır və onların sayı Qaydaların 2 nömrəli Əlavəsinin 2.2-ci cədvəlinə müvafiq olaraq müəyyən edilməlidir. Əlilliyi olan şəxslərin bilavasitə binadan xaricə təxliyəsi təşkil edilərkən yerlərin sayı tamaşaçıların ümumi sayının azı 5%-dən, o cümlədən təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün 0,75%-dən, sərbəst girişi və rahatlığı artırılmış olan yerlər üçün 0,25%-dən (yerin eni 0,5 m, sıralar arası keçidin eni 0,65 m-dən), rahatlığı artırılmış sərbəst girişləri olan yerlər üçün 0,75% və 0,25%-dən (yerin eni 0,5 m, sıralar arası keçidin eni 0,65 m-dən) az olmayaraq müəyyən edilir. Yerlərin qalan 4%-i səs (audio) məlumatlarının aydınlığını təmin etmə sisteminin və audio təsvir sisteminin fəaliyyət zonasında, həmçinin layihə tapşırığına müvafiq olaraq “elektron lövhənin (hərəkət edən sətirlərin)” görünmə zonasında, televiziya monitorunda və ya surdotərcüməçinin olduğu zonalarda yerləşdirilməlidir.
8.1.6. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan tamaşaçılar üçün ayrılmış meydança 1,5%-dən çox olmayan üfüqi mailliyə malik olmalıdır. Hər bir yerin plan ölçüləri 0,9×1,4 m-dən az olmamalı və müşayiət edən şəxs üçün qonşu yerə malik olmalıdır.
İkinci mərtəbədə və ya aralıq səviyyədə yerləşən, yerləri 25%-dən çox olmayan və oturacaqları 300-dən çox olmayan ictimai binaların çoxsəviyyəli tamaşa yerlərində təkərli oturacaqlar üçün bütün yerlər əsas səviyyədə yerləşdirilə bilər.
Zalda qaranlıqlaşmadan istifadə edildikdə, tamaşaçı yerlərinin zonasında olan panduslar və pillələr altdan işıqlanmaya və ya fotolüminessent nişanlara malik olmalıdır.
8.1.7. İnteryerlərin layihələndirilməsi, cihaz və qurğuların, texnoloji və digər avadanlıqların seçilməsi və yerləşdirilməsi zamanı təkərli oturacaq təyin edilmiş əlilliyi olan ziyarətçi üçün əlçatan zonanın aşağıdakı hüdudlarında olması nəzərə alınmalıdır:
- ziyarətçinin yan tərəfində yerləşdikdə - döşəmə səviyyəsindən 1,4 m-dən yüksək və 0,3 m-dən aşağı olmayan;
- frontal yaxınlaşma ilə - döşəmə səviyyəsindən 1,2 m-dən yüksək və 0,4 m-dən aşağı olmayan.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan ziyarətçilər tərəfindən istifadə olunan fərdi istifadə üçün stolların, piştaxtaların, kassa pəncərələrinin alt hissələri, məlumat mərkəzlərinin və digər xidmət yerlərinin səthləri döşəmə səviyyəsindən 0,80-0,85 m-dən çox olmayan hündürlükdə olmalıdır. Ayaqlar üçün boşluğun eni və hündürlüyü ən azı 0,75 m, dərinliyi - ən azı 0,5 m olmalıdır.
Xidmət baryer-stendlərin, piştaxtanın bir hissəsi döşəmə səviyyəsindən 0,85 m hündürlükdə nəzərdə tutulmalıdır.
Xidmətin göstərildiyi yerdəki piştaxtanın, stolun, stendin və ya başqa maneənin işlək ön tərəfinin eni 1,0 m-dən az olmamalıdır.
Birdən az olmamaqla ziyarətçi xidməti piştaxtası səs (audio) məlumatlarının aydınlığını təmin edən sistemlə təchiz edilməlidir.
8.1.8. Amfiteatr tipli auditoriyalarda, tamaşa və mühazirə zallarında, təkərli oturacaq təyin edilmiş əlilliyi olan tamaşaçılar üçün yerlərdə və ya zonalarda təhlükəsizlik tədbirləri (sədd, bufer zolağı və s.) nəzərdə tutulmalıdır.
8.1.9. Auditoriyalarda, tamaşa və mühazirə zallarında M2-M4 hərəkətlilik qruplarına aid olan şəxslərin hesablama sayı, layihə tapşırığında başqa hal göstərilməyibsə, Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə müvafiq olaraq müəyyən edilməlidir.
Səs məlumatlarının aydınlığını təmin etmək üçün gücləndirmə sistemi ilə təchiz edilmiş zallarda səs yaxşılaşdırma qurğularının fərdi və kollektiv istifadəsi təmin edilməlidir.
1. Tamaşa və mühazirə zallarında Brayl proqram kitabçaları və audio təsvir xidmətləri təmin olunmalıdır.
2. Konfrans və seminar zallarında görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün xüsusi texniki dəstək məntəqələri nəzərdə tutulmalıdır.
8.1.10. Fərdi xidmətlər göstərilərkən, eşitmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün yerlər xidmət göstərən şəxsin yerləşdiyi yerdən və ya səs mənbəyindən 2 m-dən çox olmayan məsafədə yerləşdirilməlidir (fiziki maneə olmadıqda - aydın ekran, sədd və s.) və ya səs məlumatlarının aydınlığını təmin edən sistemlə təchiz edilməlidir.
Səs məlumatlarının və ya digər fərdi simsiz cihazların dəqiqliyini təmin edən sistemlə təchiz edilmiş auditoriyalarda və tamaşa zallarında yerlər səhnəyə və surdotərcüməçinin yerləşdiyi yerə yaxın görünmə zonasında yerləşdirilməlidir.
8.1.11. Ziyarətçilərin, eləcə də əlilliyi olan şəxslərin fərdi qəbulu üçün əlçatan olan yerlərin (otaqların) sahələri 12 m, iki iş yerindən ibarət olan yerlərin (otaqların) sahəsi isə 18 molmalıdır. Əlilliyi olan şəxslər üçün əlçatan otaqlarda və ya zonalarda ziyarətçilərin bir neçə yerdə qəbulu və ya onlara xidmət edilməsi məqsədilə ümumi zonada bir və ya bir neçə yer təşkil edilməlidir.
8.2. Təlim-tərbiyə təyinatlı binalar və otaqlar
8.2.1. Ümumi təhsil müəssisələrinin binaları və otaqları tədris prosesinin xüsusiyyəti və ümumi təhsil müəssisəsinin növü nəzərə alınmaqla, sağlamlıq imkanları məhdud olan şəxslərin əlçatanlığı təmin edilməklə layihələndirilməlidir. Sağlamlıq imkanları məhdud olan təhsilalanların sayı və onların orqanizminin funksiyalarının pozulması faizindən asılı olaraq bölgüsü Qaydalara 2 nömrəli Əlavə nəzərə alınmaqla layihə tapşırığı ilə müəyyən edilir.
Peşə təhsili verən ümumi təhsil müəssisələrinin binalarının layihələndirilərkən layihə tapşırığına müvafiq olaraq sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil alma imkanları nəzərə alınmalı və layihə tapşırığında təhsil alan sağlamlıq imkanları məhdud olan şəxslərin hesablama sayı və hərəkətlilik qrupları üzrə bölgüsü müəyyən edilməlidir.
Tədrisi müəyyən xəstəlik növü üzrə inkişaf qüsurlarının korreksiyası və kompensasiyası ilə birləşdirən xüsusi reabilitasiya təhsil təşkilatlarının binaları, tədrisin xüsusiyyətləri nəzərə alınmaqla, sahələrin və otaqların siyahısını, ixtisaslaşdırılmış avadanlığı, həmçinin tədris və reabilitasiya proseslərinin təşkilini özündə əks etdirən layihə tapşırığına uyğun olaraq layihələndirilir.
Məktəbəqədər təhsil müəssisələrinin binalarının əsas və əlavə otaqları, torpaq sahəsində qrup və bədən tərbiyəsi meydançaları, eləcə də onlara gedən yollar sağlamlıq imkanları məhdud uşaqların əlçatanlığı üçün layihələndirilməlidir.
Məktəbəqədər təhsil müəssisələrinin tutumu 120 nəfərdən çox olduqda, sağlamlıq imkanları məhdud uşaqların hesablama sayı və məhdudiyyətlərin növləri dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan bir uşaqdan az olmayaraq layihə tapşırığı ilə müəyyən edilir.
Məktəbəqədər təhsil müəssisələrinin binalarında əlilliyi olan valideynlər üçün əlçatan yollar layihə tapşırığı ilə müəyyən edilir.
8.2.2. Təhsil alan sağlamlıq imkanları məhdud olan şəxslər üçün yerlər bir təhsil müəssisəsi daxilindəki oxşar tədris otaqlarında identik şəkildə yerləşdirilməlidir.
Sinif otağında pəncərənin yanındakı və orta sıradakı birinci stollar görmə və eşitmə qabiliyyəti qismən məhdud şagirdlər üçün nəzərdə tutulmalı, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şagirdlər üçün isə qapının yanındakı sırada bir-iki stol ayrılmalıdır.
İnternat tipli təhsil müəssisəsinin kitabxana fondu Brayl şriftli kitablar və audio kitablarla təmin edilməli, eləcə də görmə qabiliyyəti tam və qismən məhdud olan şagirdlər üçün sinif otaqlarında əlavə işıqlandırma və kontrastlı yazı lövhələri nəzərdə tutulmalıdır.
8.2.3. Tamaşaçılar üçün yerləri olan təhsil müəssisələrinin binalarındakı zallarda M4 hərəkətlilik qruplarından olan şəxslər üçün yerlər nəzərdə tutulmalıdır; zal birinci mərtəbədən yuxarıda yerləşdikdə yerlərin sayı Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə müvafiq olaraq müəyyən edilir.
Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan təhsil alan şəxslər üçün yerlər döşəmənin üfüqi hissələrində, keçidlərə bilavasitə bitişik sıralarda və zalın girişi ilə eyni səviyyədə nəzərdə tutulmalıdır.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin estradaya, səhnəyə əlçatanlığı təmin edilməlidir.
İnternat məktəblərində nəzərdə tutulmalıdır:
- bir şagirdə düşən hesablama sahəsi azı 2,5 m qəbul edilməklə əqli ləngimələri olan uşaqlar üçün sinif otaqları;
- bir şagirdə düşən hesablama sahəsi azı 3 mqəbul edilməklə görmə qabiliyyəti məhdud, poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sinif otaqları;
- tədris laboratoriyaları - eşitmə qabiliyyəti məhdud və əqli ləngimələri olan uşaqlar üçün bir şagirdə düşən hesablama sahəsi azı 3 m və görmə qabiliyyəti məhdud, poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün isə azı 3,5 m olmaqla;
- görmə qabiliyyəti məhdud olan uşaqlar üçün modelləşdirmə və relyefli rəsm üçün sinif otağı, bir şagirdə düşən hesablama sahəsi ən azı 4 molmaqla.
Hər bir tədris kabineti və laboratoriyalar sahəsi azı 18 m olan laborant otağı ilə təmin edilməlidir.
Orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş rekreasiya otaqlarının ölçüləri hər uşaq üçün azı 1,2 m² hesabı ilə müəyyən edilməlidir. İbtidai təhsil yaşlı uşaqlar üçün tədris-yaşayış bölmələrində rekreasiya otaqları kimi gündüz qalma otaqlarından istifadə edilməsinə yol verilir.
İnternat tipli ümumi təhsil müəssisələrində ayrıca blokda yerləşdirilməli və tədris və yaşayış otaqları ilə rahat əlaqə, eləcə də sahəyə çıxış ilə təmin edilməli olan tədris-istehsalat emalatxanaları tərkibində aşağıdakılar nəzərdə tutulmalıdır:
- aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuş emalatxanalar, hesablama sahəsi, hər bir yer üçün, eşitmə qabiliyyəti məhdud və əqli ləngimələri olan sağlamlıq imkanları məhdud uşaqlar üçün azı 2 m² və görmə qabiliyyəti məhdud, poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün azı 2,5 m² olmaqla;
- orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş emalatxanalar, hesablama sahəsi hər bir yer üçün, eşitmə qabiliyyəti məhdud və əqli ləngimələri olan uşaqlar üçün - azı 5 m²; görmə qabiliyyəti məhdud və poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün - azı 5,5 m² olmaqla;
- anbar otaqları və işlərin təşkilatçısı üçün kabineti olan və yerinə yetiriləcək işlərə aid texnoloji tələblərə uyğun layihələndirilən istehsalat əməyi üçün emalatxana.
Məktəbəqədər təhsil müəssisələrində uşaqların fənn üzrə praktiki məşğələləri üçün sahəsi azı 24 molan otaq və yaşayış və ya təhsil-yaşayış bölmələrinin hər 4 qrupu üçün azı 12 m sahəsi olan bir loqoped otağı ayrılmalıdır.
8.2.4. Təhsil müəssisələrində (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) təhsil alan sağlamlıq imkanları məhdud olan şəxslər üçün bədən tərbiyəsi zalının və üzgüçülük hovuzunun soyunub-geyinmə otaqlarında, soyunub-geyinmə otaqlarının hər bir blokunda duş və unitazı olan, ölçüləri 2,5x2,5 m-dən az olmayan qapalı soyunub-geyinmə otağı nəzərdə tutulmalıdır.
8.2.5. Eşitmə qabiliyyəti məhdud, təhsil alan əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış əsas ümumtəhsil proqramlarına müvafiq olaraq, təhsil müəssisələrində məktəb zəngi işıq siqnalizatorunun, eləcə də şagirdin tək qala biləcəyi bütün otaqlarda (yerlərdə) fövqəladə hallar zamanı təxliyə üçün işıq siqnalizatorunun quraşdırılması nəzərdə tutulmalıdır.
8.2.6. Məktəbəqədər təhsil müəssisələrinin binalarının təxliyə yollarında avtomatik siyirmə qapıların tətbiqinə yol verilmir.
8.3. Əhaliyə tibb və sosial xidmət göstərən müəssisələrin bina və otaqları
8.3.1. Stasionar və yarımstasionar (günərzi) sosial xidmət müəssisələrinin (hospislər, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicəsi olmayan xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün tibb müəssisələri, internat evləri və s.) və xəstələrin, o cümlədən əlilliyi olan şəxslər və digər sağlamlıq imkanları məhdud şəxslərin stasionar müalicəsi üçün nəzərdə tutulmuş (xəstəxanalar və müxtəlif səviyyələrdə xidmət göstərən dispsnserlər, psixiatrik, kardioloji, bərpa müalicəsi və s. fərqli təyinatlı) binaların layihələndirilməsi üçün layihə tapşırığında əlavə tibb texnoloji tələblər təyin edilməlidir.
8.3.2. Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan müəssisələrə gələn pasiyent və ziyarətçilər üçün nəqliyyat vasitələrinin müvəqqəti duracaqlarında maşın yerlərinin azı 10%-i (bir yerdən az olmamaqla) təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün ayrılmalıdır.
8.3.3. Tibb müəssisələrinin girişlərində pasiyent və ziyarətçilərin şöbə və otaqlara daxil olması üçün onların yerini göstərən məlumatların vizual, taktil, radio və ya səsli verilməsi təmin olunmalıdır.
Həkim və prosedur kabinetlərinə girişlər çağırış işıq siqnal cihazları ilə təchiz olunmalıdır.
Qeyd. Tibb müəssisələrinin qeydiyyat və informasiya masalarında görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün səsli növbə çağırış sistemi quraşdırılmalı, palatalarında təcili çağırış düymələri səsli və işıqlı siqnallarla təchiz edilməlidir.
Məktəbəqədər təhsil müəssisələrində uşaqlara tibbi yardım göstərmək üçün həkim kabinetləri, fizioterapiya, masaj, prosedur otaqları, eləcə də izolyator nəzərdə tutulmalıdır.
İnternat tipli ümumi təhsil müəssisələrində tibb xidməti otaqlarının tərkibinə qəbul və karantin şöbəsi, izolyator, həkim və həkim-konsultant kabinetləri, baş tibb bacısı otağı, fizioterapiya otağı, ümumi klinik laboratoriya və aptek otağı daxil olmalıdır.
Karantin şöbəsi müəssisədəki hər 30 uşağa 1 yer hesabı ilə layihələndirilməlidir.
Karantin şöbəsinin otağı və izolyator ayrıca girişə malik olmalı və birinci mərtəbədə yerləşməli, eləcə də sanitar nəzarət məntəqəsi kimi layihələndirilməlidir.
Xəstə uşaqların izolyasiyası üçün palatanın tutumu məktəbəqədər təhsil müəssisəsində hər 50 uşağa 1 yer, internat tipli ümumi təhsil müəssisələrində isə hər 20 uşağa 1 yer hesabı ilə qəbul edilməlidir.
Hər birinin hesablama sahəsi azı 6 molan bir və ya iki yerlik izolyasiya otağı nəzərdə tutulmalıdır.
Məktəbəqədər təhsil müəssisələrində izolyasiya otağının nəzdində olan tibb otağı dəhlizdən ayrıca girişə malik olmalı və izolyasiya palatalarından birinə bitişik olmalıdır.
8.3.4. Tibb müəssisələrində dəhlizlərin eni TNvəQ 2.08.02-nin tələblərinə uyğun qəbul edilməlidlir.
8.4. Əhaliyə servis xidməti göstərilən binalar, qurğular və sahələr
8.4.1. Ticarət müəssisələrində əlilliyi olan şəxslərə əlçatan avadanlıqların yerləşdirilməsi və komplektləşdirilməsi təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin müstəqil və müşayiətçi ilə hərəkət etməsinə, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan ziyarətçilərə, həmçinin görmə qabiliyyəti məhdud olan şəxslərə uyğun hesablanmalıdır.
8.4.2. Hesablama kassaları zonasında nəzarət-kassa aparatlarından bir və daha çoxu əlilliyi olan şəxslərin əlçatanlığı üçün uyğunlaşdırılmalıdır. Əlilliyi olan şəxslər üçün əlçatan olan nəzarət-kassa aparatının yanındakı keçidin eni azı 1,2 m olmalıdır. Əlçatan keçidlərin sayı cədvəl -ə uyğun qəbul edilməlidir.
Hesablama kassalarından bir neçəsi görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün səsli ödəniş terminalı ilə təmin olunmalıdır.
8.4.3. Görmə qabiliyyəti qismən məhdud olan müştərilərin diqqətini lazımi məlumatlara yönəltmək üçün taktil və işıq göstəricilərindən, tablo və piktoqramlardan, həmçinin interyer elementlərinin təzadlı rənglərindən fəal şəkildə istifadə edilməlidir.
8.4.4. Görmə qabiliyyəti qismən məhdud olan müştərilər üçün ticarət zallarının və bölmələrinin yerləşməsi, malların çeşidi və qiymət etiketləri, həmçinin müdiriyyət ilə əlaqə vasitələri haqqında məlumatlar onlara məxsus rahat və əlçatan formada yerləşdirilməlidir.
İctimai iaşə müəssisələri
8.4.5. İctimai iaşə müəssisələrinin naharetmə zallarında (və ya əlilliyi olan şəxslərin xidmətləri üçün nəzərdə tutulmuş xüsusi zonalarda) sahə təkərli oturacaq təyin edilmiş hər bir əlilliyi olan şəxs üçün 3 m-dən az olmayan norma hesabı ilə müəyyən edilməlidir.
8.4.6. İctimai iaşə müəssisələrində Qaydalara 2 nömrəli Əlavənin 2.1-ci cədvəli üzrə M2-M4 hərəkətlilik qruplarına aid edilən əlilliyi olan şəxslərin hesablama sayı Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə uyğun olaraq müəyyən edilməlidir.
8.4.7. Yeməkxanaların yemək qəbulu zallarında masaların, inventarlar və avadanlıqların yerləşdirilməsi əlilliyi olan şəxslərin maneəsiz hərəkətini təmin etməlidir.
Özünəxidmət ictimai iaşə müəssisələrində yeməklərin paylanması üçün piştaxtaların yanında keçidin eni azı 1,2 m, masa və stullar arasında məsafə azı 0,9 m olmalıdır.
İctimai iaşə müəssisələrinin yemək qəbulu zallarında Qaydaların 8.1.7-ci yarımbəndi nəzərə alınmaqla əlilliyi olan şəxslər üçün azı bir masa olmalıdır. Bu masaların yanındakı oturacaqlar bərkidilməməlidir.
İnternat tipli ümumi təhsil müəssisələrinin iaşə bloku tərkibində uşaqlar və işçilər üçün ayrıca yeməkxanalar, istehsalat, inzibati-məişət və anbar otaqları nəzərdə tutulmalıdır.
İnternat məktəblərində yeməkxanalar bir oturacaq üçün hesablama sahəsi azı aşağıdakı kimi olmaqla, iki oturumda şagirdlərin ümumi sayının ən azı 70%-nin yeməklə təmin edilməsi nəzərə alınmaqla müəyyən edilməlidir:
- görmə qabiliyyəti məhdud, poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün -1,6 m;
- eşitmə qabiliyyəti məhdud və əqli ləngimələri olan uşaqlar üçün -1,3 m.
Poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat tipli ümumi təhsil müəssisələrində yeməkxanalar yalnız müstəqil hərəkət edən şagirdlər üçün bir növbədə yemək təşkil edilməklə nəzərdə tutulmalıdır.
Məişət xidməti müəssisələri
8.4.8. Məişət xidməti müəssisələrində, özünə xidmət müəssisələrinin qarderob, geyinib - baxma, soyunub-geyinmə otaqlarında və buna oxşar sahələrdə Qaydalara 2 nömrəli Əlavənin 2.1-ci cədvəli üzrə M2-M4 hərəkətlilik qruplarına aid olan əlilliyi olan şəxslərin hesablama sayı, bütün kateqoriyalardan olan əlilliyi olan şəxslər üçün bir universal yerdən az olmamaq şərti ilə, Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə uyğun olaraq müəyyən edilir.
Paltar geyinib-baxma otağı olan hazır geyim satış mağazalarında, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin təkərli oturacaqlarının dönmə imkanı olan, həmçinin tutacaqlarla, alt hissəsi döşəmə səviyyəsindən 0,35-0,45 m hündürlükdə olan güzgü və köməyə çağırma qurğusu ilə təchiz edilmiş bir xüsusi geyinib-baxma otağı olmalıdır (kişilər və qadınlar üçün eyni otaq ayrılmasına yol verilir). Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün geyinib-baxma otağının ölçüləri azı 2,3×2,5 m olmalıdır.
8.4.9. Müxtəlif növ sərnişin nəqliyyatı (dəmir yolu, avtomobil, hava, çay və dəniz) vağzallarının binalarının sahələri, keçidlər, platformalar və sərnişinlərə xidmət göstərən digər qurğular əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.
Qeyd. Vağzallarda və avtobus dayanacaqlarında marşrut məlumatları həm audio, həm də Brayl şriftli lövhəciklərdə nəzərdə tutulur.
Vağzal binalarında aşağıdakılar əlçatan layihələndirilməlidir:
- vağzal binalarına maneəsiz daxil olma, bilet kassaları (hər qrupda kassaların 5%-i əlilliyi olan şəxslərə xidmət göstərilməklə), sorğu və məlumat xidmətləri, gözləmə zalları, uzunmüddətli istirahət otaqları, köməkçi xidmət zonaları, ana və uşaq otaqları, saxlama kameraları, rəsmi şəxslər və nümayəndə heyətləri üçün zallar, sanitariya-gigiyena otaqları, tibb məntəqələri;
- ictimai iaşə müəssisələri (restoranlar, kafelər, bufetlər, qəlyanaltılar və s.);
- ticarət, aptek və digər köşklər, bərbərxanalar, ticarət və digər avtomatlar, rabitə müəssisələrinin məntəqələri, taksofonlar;
- xidməti otaqlar – növbətçi müdiriyyət, inzibatçı otağı və s.
8.4.10. Vağzal binalarında əlilliyi olan şəxslər üçün istirahət və gözləmə yerlərinin sahəsi nəzərdə tutulduqda, bir oturacaq yeri 2,1 m qəbul edilməklə müəyyən edilir. Kürək söykənmə yeri olan divanların və ya skamyaların bir hissəsinin zallarda qarşı-qarşıya ara məsafəsi 2,7 m olmaqla yerləşdirilməlidir.
8.4.11. Vağzallarda sərnişinlərin platformalara (minik yerlərinə) çıxışı üçün yeraltı (yerüstü) keçidlər, əlilliyi olar şəxslər üçün əlçatan olan liftlər və ya panduslar ilə təchiz edilməlidir.
Vağzalların həcmi-planlaşdırılmasında bir neçə səviyyədə və ya mərtəbələrdə sərnişin xidmətləri nəzərdə tutulduğu halda əlilliyi olan şəxslər də nəzərə alınmaqla eskalator və sərnişin liftləri quraşdırılmalıdır.
Vağzal binalarında insanların, o cümlədən əlilliyi olan şəxslərin yanğın zamanı xəbərdar olunması və təxliyəsinin idarə edilməsi sistemi yaradılmalıdır.
Vağzal kompleksinin yerləşdirmə ərazisinin planlaşdırılmasında təxliyə zamanı bir nəfərə 0,25 m-dən az olmamaqla, təkərli oturacaqda əlilliyi olan şəxslər üçün 2,25 m az olmaması hesabı ilə (eyni zamanda ziyarətçilərin sayının 1%-dən az olmamaqla) insanların paylanması imkanı nəzərə alınmalıdır.
Fəaliyyətdə olan və sərnişinlərinin platformalardan vağzalyanı meydana və ya ona əks tərəfdəki əraziyə çıxışı intensivliyi gündə 50 cüt və sürəti 120 km/st-a qədər olan qatarların hərəkət etdiyi dəmiryol xətləri ilə kəsişən dəmiryolu vağzallarında təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin dəmiryol xətlərini keçməsi üçün relslər səviyyəsində, avtomatik işə düşən siqnal sistemi və işıq göstəriciləri ilə təchiz edilmiş keçidlərin istifadə olunmasına yol verilir. Keçidlər hündürlüyü 0,9 m-dən kiçik olmamaqla və tutacaqlarının səviyyəsi yerdən 0,7-0,9 m hündürlükdə olan qoruyucu məhəccərlərlə təmin edilməlidir.
Platformaya qalxan pandus və pilləkənlər Qaydaların 5.1-ci bəndinin tələblərinə uyğun olmalıdır.
Uzunluğu 100 m-dən çox olan vağzal komplekslərinin əsas piyada yollarında əlillərin, eləcə də uşaqlı sərnişinlərin hərəkətini asanlaşdırmaq məqsədilə sərnişin konveyerləri və eskalatorları nəzərdə tutulmalıdır.
Əsas axın yollarında eskalator və sərnişin konveyerinin eni 1,1 m-dən az olmamalıdır.
Piyada kommunikasiyalarında pilləkən enişlərindən buraxılış qabiliyyətini artırmaq məqsədilə əlilliyi olan şəxslər və yükü olan sərnişinlərin əlçatanlığının təmin edilməsi üçün (tələb olunan planlaşdırma parametrlərini təmin etmək mümkün olmadıqda), yerüstü keçidin 15 m-dən çox hündürlükdə tikintisi zamanı eskalatorların və ya liftlərin quraşdırılması nəzərdə tutulmalıdır.
Əlilliyi olan şəxslər üçün turniketsiz keçid məntəqəsi təmin edilməlidir.
Əlilliyi olan səxslərin və iri qabaritli əl yüklü, velosipedli sərnişinlərin keçməsi üçün taylarından biri 0,9 m-dən az olmamaqla, eni 1,5-1,8 m olan bir və ya bir neçə iki taylı qapı nəzərdə tutulmalıdır.
8.4.12. Dəmiryolu tərəfdən platformanın kənarında təhlükəli zonanın sərhədi görmə qabiliyyəti qismən məhdud şəxslər üçün taktil nişanlarla işarələnməlidir.
Platformalarda və gözləmə zallarında vizual görüntü və səs (danışıq) vasitələri ilə verilən məlumatların yazılı məlumat ilə təkrarlanması nəzərdə tutulmalıdır.
Abadlıq elementləri (kiçik memarlıq formaları, yaşıllıqlar) platformanın eni boyunca lazımi sərbəst keçid saxlamaqla dayaqlar arasında və ya hasarların yaxınlığında yerləşdirilməlidir.
Qeyd. Platformalarda talvarın dirəklərinin, piyada körpülərinin, işıqlandırma dirəklərinin, eləcə də kiçik memarlıq formalarının dayaqlarının yanlarında taktil işarələr nəzərdə tutulmur.
8.4.13. Dəmiryolunun alçaq platformaları təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin minib-düşməsi üçün stasionar və ya yerini dəyişən qaldırıcı qurğulardan istifadə üçün uyğunlaşdırılmalıdır.
Ortaillik sutkalıq sərnişin axını 1000 və ya daha az olan mövcud stansiyaların yenidən qurulması və ya modernləşdirilməsi zamanı, eyni xətt üzrə 50 km məsafə hüdudlarında əlilliyi olan şəxslərin əlçatanlığı üçün tam şərait təmin olunan stansiyalar olduqda, qaldırıcı qurğular quraşdırılmamasına yol verilir. Eyni zamanda stansiya layihələndirilərkən onun istismarı dövründə əlilliyi olan şəxslər üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaldırıcı qurğuların və (və ya) rampaların quraşdırılması mümkünlüyü nəzərə alınmalıdır.
8.4.14. Hər bir giriş və çıxış turniketlərinin və metal detektor çərçivələrinin sırasında Qaydaların 6.1.9-cu yarımbəndinə uyğun olaraq, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatanlıq nişanı ilə işarələnmiş bir və daha çox keçid nəzərdə tutulmalıdır.
8.4.15. Hava limanlarının bina və qurğuları, dəmir yolu vağzalları, avtovağzallar, çay və dəniz terminalları, həmçinin nəqliyyat qovşaqları layihələndirilərkən əlilliyi olan şəxslər üçün təhlükəsizlik yollarını təmin etmək məqsədilə aşağıdakı planlaşdırma həlləri nəzərdə tutulmalıdr:
- yüksək sürətli şəhər nəqliyyatı obyektlərinin vestibüllərinin giriş və çıxışlara yaxınlaşdırılması;
- piyada körpülərinin və tunellərin, yolun üzərindəki körpülərin gözləmə və xidmət otaqlarına yaxın yerləşdirilməsi;
- əlilliyi olan şəxslərə xidmət göstərən yerlərinin (gözləmə zalı, tualet və s.) bir qayda olaraq birinci mərtəbələrdə yerləşdirilməsi;
- ümumi istifadəli şəhər sərnişin nəqliyyatının dayanacaq məntəqələrinin vağzal komplekslərinin girişlərindən 200 m-dən çox olmayan məsafədə yerləşdirilməsi.
Ümumi istifadəli yerüstü sərnişin nəqliyyatının dayanacaq məntəqələri
8.4.16. Ümumi istifadəli yerüstü sərnişin nəqliyyatının dayanacaq məntəqələri (bundan sonra - dayanacaq məntəqələri) sosial xidmət müəssisələrinə, iri ticarət obyektlərinə, əlilliyi olan şəxslər üçün ictimai təşkilatların müəssisələrinə yaxın məsafədə olmalıdır.
Dayanacaq məntəqələrinə gedən piyada yolları və dayanacaq məntəqəsinə bitişik piyada yollarının səthi Qaydaların 5.1-ci bəndinə uyğun olaraq minib-düşmə meydançası ilə birləşdirilməlidir.
8.4.17. Məhdud şəraitlərdə əlilliyi olan şəxslərin dayanacaq meydançasına getməsi üçün uzunluğu azı 100 m (müxtəlif səviyyələrdə piyada keçidləri istisna olmaqla), mailliyi 60‰-dən çox olan piyada yollarının və ya mailliyi 80-100‰ olan və eyni vaxtda aşağıdakı şərtlər yerinə yetirildikdə istənilən uzunluqda yolların istifadəsinə yol verilir:
- obyektlə dayanacaq meydançaları arasında və eniş mailliyi 20‰-i aşmayan və uzunluğu 300 m-dən çox olmayan azı bir piyada yolunun olması;
- obyektlə başqa dayanacaq meydançaları arasında uzunluğu 300 m-dən və yoxuşu 20‰-dən çox olmayan azı bir piyada yolunun olması.
8.4.18. Səki infrastrukturu yaradılan zaman dayanacaq məntəqəsində səkinin ölçüləri AZS 954-ün tələblərinə uyğun qurulmalıdır. Avtobuslara minib-düşmə meydançasının eni 2 m-dən az olmayaraq, eləcə də minib-düşmə meydançasının dayanacaq meydançasına nəzərən hündürlüyü 0,20 m qəbul edilir. Avtobusa minib-düşmə meydançasının ümumi sahəsinə 2,0×2,0 m ölçüdə təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin minib-düşməsi üçün yer daxil edilməlidir.
Hərəkət zamanı əsasən təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxslərin yaşayış məntəqəsi ərazisində sərbəst hərəkət imkanları təmin olunmalıdır. Əlilliyi olan şəxslərə xidmət etməyə uyğunlaşdırılmış ictimai nəqliyyatın müxtəlif vasitələrinin olması zəruridir.
Ümumşəhər avtobuslarında qaldırıcılar quraşdırılmalıdır. Nəqliyyatın dayanacaqlarında ona yaxınlaşmaq üçün platformalar düzəldilməlidir.
Avtobusda qaranlıq vaxtı işıqlandırılan, qabağa çəkilə bilən və geriyə atılan enli qapılar tətbiq olunmalıdır. Oturacaqlar arasındakı keçidin eni təkərli oturacaqdan istifadə etməyə imkan verməlidir. Oturacaqlar enmə bucağı üzrə tənzimlənən dirsəkaltıları olan söykənəcəklərə malik olmalıdır. Avtobusda tualet (kuzovun arxa hissəsində), kondisioner olmalıdır. Qapılar əl hündürlüyündə olan maili tutacaqlarla təmin olunmalıdır.
8.4.19. Əlilliyi olan şəxslərin əlçatanlığı üçün tramvaylara minib-düşmə meydançasının (TNvəQ III-39 üzrə dayanacaq məntəqəsinin tərkibində layihələndirilərkən) sahəsi tramvayların girişi ilə eyni səviyyədə və rampadan və ya qaldırıcıdan istifadə olunmadığı hallarda minib-düşmə sahəsinin eni azı 1,5 m, rampadan və ya qaldırıcıdan istifadə olunduğu hallarda isə minib-düşmə sahəsinin eni 2,2 m olmalıdır.
Tramvay dayanacağına yaxınlaşma yerləri Qaydaların 5.4-cü bəndinə uyğun təchiz edilməlidir.
Rayon əhəmiyyətli küçələrin oxu boyunca yerləşən tramvay xətlərində tramvayın dayanacaq yerlərinə yaxın hissələrdə hərəkət hissəsinin tam eni üzrə süni maneələr qurulmalıdır.
8.4.20. Gözləmə və minib-düşmə meydançalarının uzununa və eninə mailliyi 20‰-dən çox, məhdud şəraitdə mailliklərdən biri 40‰-dən, digəri isə 10‰-dən çox olmamalıdır.
8.4.21. Minib-düşmə meydançasının kənarı boyunca bordür daşının səthi AZS 943-ə uyğun olaraq yol nişanları ilə işarələnir.
Minib-düşmə meydançasının kənarları yolüstü taktil nişanları ilə işarələnməlidir.
8.4.22. Pavilyonun daxili məkanında əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanlar nəzərə alınmalıdır:
- söykənəcəyi və qoltuqaltısı olan oturacaqlar (Qaydaların 6.4.4-cü yarımbəndinin tələbinə müvafiq);
- ölçüləri azı 0,9x1,2 m olan təkərli oturacaqlar və ya uşaq arabası üçün yer.
8.4.23. Pavilyonun bütün divarlarına yolun keçidi tərəfindən Qaydaların 6.1.6-cı yarımbəndinə uyğun şəffaf materiallardan hazırlanmış xəbərdarlıq nişanları vurulmalıdır.
8.4.24. Pavilyonda və minib-düşmə meydançasında günün qaranlıq vaxtlarında orta üfüqi işıqlandırma səviyyəsi azı 50 lk olmalıdır.
Yanacaqdoldurma və avtoyuma məntəqələri
8.4.25. Yanacaqdoldurma məntəqələrinin torpaq sahələrinin ərazisində yerləşən bina və yerləşgələrin, eləcə də giriş qrupları, kassa zonaları və ticarət obyektləri, sanitar qovşağı, yemək və istirahət yerləri əlilliyi olan şəxslərin avtonəqliyyat vasitələri üçün xüsusiləşdirilmiş dayanacaq (parklanma) yerləri Qaydaların 6.5.1-ci, 6.5.2-ci, 8.4.1-8.4.8-ci yarımbəndlərinin tələblərinə uyğun olmalıdır.
8.4.26. Hər növ yanacaq üçün azı bir yanacaqpaylayıcı kolonka və elektromobilləri elektrik enerjisi ilə təmin edən bir yer Qaydaların 6.4.5-ci yarımbəndinin tələbinə uyğun olaraq, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.
Nəqliyyat vasitəsinə yanacaq doldurulan tərəfdən yanacaqpaylayıcı kolonkanın və ya elektrik doldurma stansiyasının qaldırılmış meydançasının və (və ya) səddinin planda dərinliyi 0,1 m-dən çox olmamalıdır.
8.4.27. Avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri istisna olmaqla, bütün növ yanacaqdoldurma məntəqələrində nəqliyyat vasitələrini hər növ yanacaqla (elektrik enerjisi ilə) təmin etmək üçün yerlərin azı 20 faizində, lakin birdən az olmamaq şərti ilə, kömək üçün işçi heyəti çağırmaq imkanları, mümkün olmadıqda isə Qaydaların 6.4.5-ci yarımbəndinin tələbinə uyğun məlumat lövhəsi olmalıdır.
Yanacaqdoldurma məntəqəsində əlilliyi olan şəxslər tərəfindən yardım üçün çağırılan yer, yanacaqpaylayıcı kolonkanın (elektrik doldurma məntəqəsinin) və ya yanacaqpaylayıcı kolonkanın təhlükəsizlik yerində 1,0-1,2 m hündürlükdə və nəqliyyat vasitələrinin hərəkət zonasından 0,4 m-dən uzaq olmayan məsafədə yerləşməlidir. İşçilərin iş yerlərinin yaxınlığındakı zəng qurğuları işıq və səs indikatorları ilə təchiz edilməlidir.
8.4.28. Kassa və piştaxtaların şüşələrinin, onların işıq mənbələrinə nisbətən yerləşmə bucağı nəzərə alınmaqla, işığı əks etdirmə əmsalı 8%-dən az, işığı keçirmə əmsalı azı 75%, kölgələmə əmsalı isə azı 75% olmalıdır.
8.4.29. Avtoyuma məntəqələrində nəqliyyat vasitələrinin parklanma yerləri, giriş qrupu, kassa xidməti, gözləmə, qida qəbulu (olduğu halda) zonaları və onların arasındakı piyada yolları Qaydaların 5.1-ci bəndinin və 8.4.1-8.4.8-ci yarımbəndlərinin tələblərinə uyğun olmalıdır.
8.4.30. Özünəxidmət texnologiyası ilə işləyən avtoyuma məntəqələri eşitmə qabiliyyəti məhdud əlilliyi olan şəxslər üçün yuyucu qurğunun iş rejimlərinin işıq siqnalları ilə təchiz olunmalıdır.
Qeyd. Yanacaqdoldurma və avtoyuma məntəqələrində taktil məlumat vasitələrinin (taktil yerüstü göstəricilər, lövhəciklər, sxemlər, Brayl şriftli yazılar və s.) nəzərdə tutulmamasına yol verilir.
8.5. Bədən tərbiyəsi, idman və bədən tərbiyəsi-istirahət təyinatlı obyektlər
Tamaşaçılar üçün məkanlar
8.5.1. İdman-tamaşa qurğularının tribunalarında təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər, görmə və eşitmə qabiliyyəti tam və qismən məhdud tamaşaçılar üçün yerlər Qaydaların 8.1.5-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərdə tutulmalıdır.
Paralimpiya idman növləri üzrə yarışlar keçirilərkən təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı, ümumi tamaşaçı yerləri sayının azı 1,5%-i hesabı ilə, tamaşaçı oturacaqlarının bir hissəsinin müvəqqəti sökülməsi yolu ilə artırıla bilər.
8.5.2. İdman-tamaşa obyektlərində təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlər tribunalarda nəzərdə tutulmalı, onları zonalarda və sektorlarda yığcam bölmələr şəklində yerləşdirməklə təmin etmək lazımdır. Müşayiət edən şəxslər üçün yerlər təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin yerləri ilə yanaşı yerləşdirilməlidir. Bina və qurğuların yenidən qurulması və uyğunlaşdırılması zamanı, müşayiət edən şəxslər üçün yerlərin təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin yerlərinin arxasında yerləşdirilməsinə yol verilir.
Torpaq sahəsində və ya binanın, qurğunun içərisində bələdçi it üçün gəzinti/istirahət yerləri (müvəqqəti zona, hasarlanmış sahə, otaq) ayrılmalıdır.
8.5.3. Əlilliyi olan şəxslər üçün yerlər Qaydaların 6.2.20-ci yarımbəndinin tələbinə uyğun olaraq yerləşdirilməlidir.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş cərgələr arasında keçidin təmiz eni ən azı 1,6 m olmalıdır (təkərli oturacaqların yerləşdirilməsi üçün yer ilə birlikdə keçidin ümumi eni azı 3,0 m).
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs və müşayiətçi üçün yerlərin birlikdə ümumi ölçüsü azı 1,4x1,4 m, o cümlədən təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs üçün yerin ölçüsü Qaydaların 8.1.5-ci yarımbəndinin tələbinə uyğun olaraq qəbul edilir.
İdman-tamaşa obyektlərində təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı aşağıdakı kimi nəzərdə tutulmalıdır:
- tamaşaçılar üçün lojalarda - ümumi yerlərin sayının 0,75%-i (bir yerdən az olmamaqla);
- tribunada VIP kateqoriyalı tamaşaçılar üçün - bu kateqoriyanın tamaşaçıları üçün yerlərin ümumi sayının 0,5%-i (bir yerdən az olmamaqla).
Futbol stadionlarının layihələndirilməsi zamanı əlilliyi olan tamaşaçıların yerləşdirilməsi üçün yerlər müəyyən edilməlidir.
Bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün məkanlar
8.5.4. Tədris-məşq bədən tərbiyəsi - idman qurğularında əlilliyi olan şəxslər üçün bütün köməkçi otaqlara əlçatanlıq təmin edilməlidir: giriş və rekreasiya (vestibüllər, qarderoblar, istirahət zonaları, bufetlər), soyunub-geyinmə, duş və sanitar qovşağı, məşqçi və tədris-metodiki və tibbi-reabilitasiya otaqları (tibbi otaqlar, saunalar, masaj otaqları və s.).
8.5.5. Məşq edənlər üçün nəzərdə tutulan, o cümlədən əlilliyi olan şəxslər də daxil olmaqla, xidmət otaqlarının bədən tərbiyəsi - idman məşğələlərinin keçirildiyi yerlərdən məsafəsi 150 m-dən çox olmamalıdır.
8.5.6. Zal otağında əlilliyi olan şəxsin olduğu istənilən yerdən dəhlizə, foyeyə, çölə təxliyə çıxışına və ya idman-tamaşa zallarının tribunalarının təxliyə lyukuna qədər olan məsafə 40 m-dən çox olmamalıdır.
Keçidlərin eni, təkərli oturacağın sərbəst keçid eni qədər (0,9 m) artırılmalıdır. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan idmançıların hərəkət yollarında yolun eninin artırılması (1,2 m) nəzərdə tutulmalıdır.
8.5.7. Əlilliyi olan şəxslər üçün hərəkət marşrutunun əlçatanlığı boulinq, körlinq, boççe üçün cığırların ən azı 5%-i, lakin hər bir növ üzrə azı bir cığırdan az olmayaraq nəzərdə tutulmalıdır.
Açıq idman meydançalarında azı bir əlçatan hərəkət marşrutu meydançanın qarşı tərəflərini birbaşa birləşdirməlidir.
8.5.8. Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin zalın divarları boyunca, hovuzun xüsusi vannalarının yanında və paltar dəyişmə və duş otaqlarından zala girişlərdə hərəkət edə bilməsi üçün döşəmədən hündürlüyü 0,9 m-dən 1,2 m-ə qədər, uşaq hovuzu olan zallarda isə döşəmədən 0,5 m səviyyəsində üfüqi tutacaqlar quraşdırılmalıdır.
Görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış hovuzun əsas hərəkət marşrutlarında və yan keçid yollarında məlumatlandırma və istiqamətləndirmə üçün xüsusi taktil zolaqlar nəzərdə tutulmalıdır. Açıq vannalar üçün istiqamətləndirmə zolaqlarının eni azı 0,3 m olmalıdır.
8.5.9. Hovuzun vannasının dayaz hissəsində dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün ölçüləri pillə altı - 0,14 m, pillənin en səthi - 0,3 m-dən az olmayan maillikli pilləkən qurulmalıdır. Pilləkən vannanın qabaritindən kənarda qurulmalıdır.
8.5.10. Vannaların perimetri boyunca olan yan keçid yolunun eni qapalı vannalarda azı 2 m, açıq vannalarda isə 2,5 m olmalıdır. Yan keçid yolunun sahəsində təkərli oturacağın saxlanması üçün yerlər nəzərdə tutulmalıdır.
Hovuzun vannasının kənarı bütün perimetr boyunca, yan keçid yolunun rəngi kontrast rəngə malik olan bir zolaqla seçilməlidir.
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin marağına uyğun olaraq, idman obyektlərinin layihələndirilməsi və yenidən qurulması zamanı onların yerdəyişməsi təmin edilməli və idmançılar üçün qarderobda, üzgüçülük hovuzlarında və tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə xüsusi tualet kabinələrinin, saunanın, xüsusi avadanlıqların quraşdırılması nəzərə alınmalıdır.
8.5.11. İdman qurğuları nəzdindəki soyunub-geyinmə otaqlarında məşq edən əlilliyi olan şəxslər üçün aşağıdakılar nəzərdə tutulmalıdır:
- təkərli oturacaqların saxlanması üçün yerlər;
- fərdi kabinələr, eyni zamanda məşq edən təkərli oturacaq təyin edilmiş əlilliyi olan hər üç şəxs üçün bir kabinə hesabı ilə;
- fərdi dolablar (azı ikisi), o cümlədən əsaların və protezlərin saxlanması üçün;
- əlilliyi olan şəxslər üçün fərdi şkafın yanında uzunluğu azı 0,8 m, eni azı 0,7 m və döşəmədən hündürlüyü 0,5 m olan skamya. Skamyanın ətrafında təkərli oturacağın yaxınlaşması üçün sərbəst sahə təmin edilməlidir. Ayrıca skamyanın qurulması mümkün olmadıqda divarlardan birinin boyunca ölçüləri azı 0,6×0,8 m olan skamyanın quraşdırılması nəzərdə tutulmalıdır.
8.5.12. Məşq edən əlilliyi olan şəxs üçün ümumi soyunma otaqlarında bir nəfərə düşən sahə azı zallarda - 3,8 m², hazırlıq məşğələləri zalı olan hovuzlarda - 4,5 m² kimi qəbul edilməlidir. Ayrıca qarderob otağında paltarın saxlandığı soyunma otaqlarında bir məşq edən əlilliyi olan şəxs üçün hesablanma sahəsi - 2,1 m². Fərdi kabinələr üçün sahə - 4-5 m², müşayiət edən şəxslə əlilliyi olan şəxs üçün ümumi soyunma otaqları - 6-8 m². Ümumi soyunma otaqlarında skamyalar arasındakı keçidin ölçüsü azı 1,8 m olmalıdır.
Sahənin xüsusi göstəricilərinə paltar dəyişmə yerləri, ümumi soyunma otaqlarında ev paltarlarının saxlanması üçün dolablar daxildir.
8.5.13. Əlilliyi olan şəxslər üçün duş kabinələrinin sayı bədən tərbiyəsi və idmanla məşğul olan hər üç əlilliyi olan şəxsə bir duş başlığı hesabı ilə, lakin birdən az olmamaqla qəbul edilməlidir.
8.5.14. Qarderob otaqlarında əlilliyi olan şəxslər üçün küçə və idman geyimləri üçün hündürlük - azı 1,3 m və 1,7 m-dən çox olmamaqla, dərinlik - 0,4 m, təmiz en isə 0,8 m ölçülərdə vahid dolablar tətbiq edilməlidir. İdman zallarının soyunub-geyinmə otaqlarında təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin paltarlarının saxlanılması üçün fərdi dolablar döşəmədən hündürlüyü 1,3 m-dən çox olmamaqla aşağı yarusda yerləşdirilməlidir. İdman geyimlərinin açıq şəkildə saxlanılması zamanı soyunma otaqlarında qarmaqlar eyni hündürlükdə quraşdırılmalıdır.
8.5.15. Paltardəyişmə otaqlarının yanındakı istirahət otağında, eyni zamanda məşq edən təkərli oturacaq təyin edilmiş əlilliyi olan hər bir şəxs üçün azı 0,4 m² əlavə sahə nəzərdə tutulmalı, saunanın istirahət otağının isə sahəsi azı 20 m² olmalıdır.
8.5.16. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin idman oyunları zallarında döşəmə örtüyü kimi idman parketindən və ya amortizasiya edən sintetik materiallardan istifadə etmək lazımdır.
İnternat məktəblərində bədən tərbiyəsi, musiqi və ritm dərsləri üçün zallar, üzgüçülük hovuzu layihələndirilməlidir.
İnternat məktəb və evlərində kitabxana, dərnək məşğələləri üçün otaqlar və səhnə və kinoproyeksiya otağı olan akt zalı nəzərdə tutulmalıdır. Akt zalının ölçüləri hər bir uşaq üçün ən azı 0,8 m² sahə nəzərə alınmaqla, bütün şagirdlərin azı 75%-nin yerləşdirilməsi əsasında müəyyən edilməlidir.
8.6. Tamaşa, mədəni-maarifləndirmə təyinatlı və dini təşkilatlar üçün binalar və otaqlar
8.6.1. Əlilliyi olan şəxslər üçün tamaşaçı kompleksinə aid sahələrdə əlçatanlıq təmin edilməlidir: vestibül, kassa vestibülü, qarderob, sanitar qovşaqları, foye, bufetlər, dəhlizlər və tamaşa zalının qarşısındakı kuluarlar. Layihə tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər üçün ifaçılar kompleksinə aid aşağıdakı sahələr əlçatan olmalıdır: estrada, səhnə, artistlər üçün tualetlər, vestibül, bufet, sanitar qovşaqları, kuluarlar və xidməti və artistik zonaların dəhlizləri.
8.6.2. Zallarda amfiteatrlardakı sıralara aparan panduslar divarlar boyunca dayaq tutacaqlarına malik olmalıdır.
Tamaşa təyinatlı müəssisələr
8.6.3. Zallarda əlilliyi olan şəxslər üçün yerlər zalın əlçatan zonasında nümayiş, tamaşa, məlumat, musiqi proqram və materiallarının dolğun qavranılmasını, iş üçün optimal şəraiti (kitabxanaların oxu zallarında) və istirahəti (gözləmə zalında) təmin edən yerdə yerləşdirilməlidir.
Gözləmə və istirahət zonalarında əlilliyi olan şəxslər üçün dirsəkaltısı və arxa söykənəcəyi olan kreslolarla təchiz edilmiş yerlər nəzərdə tutulmalıdır.
Stullar və ya skamyalarla təchiz edilmiş tamaşa zallarında dayaqsız hər beş stula azı bir dirsək dayaqlı stul hesabı ilə dirsək dayaqları olan oturacaqlar nəzərdə tutulmalıdır. Skamyalar arxa söykənəcəyinə və oturacağın altında skamyanın dərinliyinin ən azı 1/3 hissəsi qədər dərinliyə malik boşluğa malik olmalıdır.
8.6.4. İctimai binaların tamaşa məkanlarında, ikinci mərtəbədə və ya aralıq səviyyədə yerlərin 25%-dən və 300-dən çox olmamaqla oturacaq yerləşdirildikdə, təkərli oturacaqlar üçün yerlərin əsas səviyyədə yerləşdirilməsinə yol verilir.
8.6.5. Tamaşa zallarında əlilliyi olan şəxslər üçün yerlər ayrı-ayrı sıralarda, lakin bir yerdə üçdən çox olmamaqla yerləşdirilməli və nişanlarla işarələnməlidir. Təkərli oturacaqda olan əlilliyi olan şəxslərin yerləşdiyi sahələrin və ya zonaların ətrafında təhlükəsizlik tədbirləri, qoruyucu elementlər nəzərdə tutulmalıdır. Görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslərin itləri üçün yer ayrılmalıdır.
8.6.6. Təkərli oturacaqlar təyin edilmiş əlilliyi olan tamaşaçılar üçün yerlər səhnənin, estradanın qarşısında birinci sırada və ya zalın sonunda çıxışa yaxın yerləşdirildikdə, eni azı 1,2 m olan boş meydançalar və müşayiət edən şəxs üçün qonşu yer nəzərdə tutulmalıdır.
Səhnənin, estradanın qarşısında birinci sırada, həmçinin zalın mərkəzində və ya yanlarında, lazım olduqda, surdotərcüməçilərin yerləşdirilməsi üçün fərdi işıqlandırılan meydançalar nəzərdə tutulmalıdır.
8.6.7. Səhnəyə qalxmaq üçün pilləkənlərdən başqa stasionar və ya inventar pandus və ya qaldırıcı qurğu nəzərdə tutulmalıdır. Tutacaqlar arasındakı pandusun eni azı 0,9 m olmalı, maililiyi 1:12 (8%) və yan tərəflərində qoruyucu kənarları (bortları) olmalıdır. Səhnəyə aparan pilləkənlər və panduslar bir tərəfdən, 0,7-0,9 m hündürlükdə olan, ikiqat tutacaqlı məhəccərlərə malik olmalıdır.
Teatr, konsert zalları və digər tamaşa obyektlərində əlilliyi olan şəxslər üçün yerlərin sayının hər 300 yerə 1 yer, lakin bir binada 4 yerdən az olmamaq şərtilə nəzərdə tutulması tövsiyə olunur.
Mədəniyyət müəssisələri
8.6.8. Muzeylərin, incəsənət qalereyalarının, sərgi zallarının və s. müxtəlif təyinatlı əraziləri və binaları bütün kateqoriyadan əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır. Əlilliyi olan şəxslərin müxtəlif kateqoriyaları üçün sərginin müəyyən hissəsinin əlçatanlığını təmin etmək üçün tədbirlər, əlilliyi olan şəxslərin bu və ya digər kateqoriyası üçün əlçatan olan eksponatların həcmi və nomenklaturası, onların hərəkət marşrutları layihə tapşırığında müəyyən edilir. Muzeylərdə sərgilərin yanında səsli izahlı cihazlar və mobil tətbiqlə uyğun audio-bələdçi xidməti təşkil edilməlidir.
Sərgi sahəsi 2000 m²-ə qədər olan muzeylərin ekspozisiyasının bir səviyyədə yerləşdirilməsinin zəruriliyi layihə tapşırığında göstərilir.
8.6.9. Layihə tapşırığında görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş sərgilənən obyektlərin həcmli modellərinin, relyefli-qrafiki təsvirlərin, səs dəstəyi olan taktil mnemosxemlərinin, eşitmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün video bələdçilərin yerləşdirilməsi üçün yerlər, həmçinin audio bələdçilərdən istifadə imkanına dair tələblər nəzərdə tutulmalıdır.
8.6.10. Kitabxananın oxu zalında keçidlərin eni azı 1,2 m olmalıdır. Əlilliyi olan şəxsin işlədiyi yerin ölçüləri (masa səthi nəzərə alınmadan) 1,5x0,9 m olmalıdır.
8.6.11. Görmə qabiliyyəti tam və qismən məhdud şəxslərə xidmət zonasında oxucu yerləri və xüsusi ədəbiyyat olan rəflər əlavə işıqlandırma ilə təchiz edilməlidir. Bu oxu zonası üçün güclü təbii işıqlandırma (təbii işıqlandırma əmsalı - 2,5%) nəzərdə tutulmalı, oxu masasının süni işıqlandırma səviyyəsi isə ən azı 1000 lk olmalıdır.
8.6.12. Müvəqqəti sirk qurğularında tamaşaçıların birinci sıranın qarşısındakı düz döşəmədə yerləşən yerlərə girişi üçün xidmət girişlərindən istifadə edilməsinə yol verilir. Sirk zallarında əlilliyi olan şəxslər üçün yerlər səthi foyenin səviyyəsi ilə eyni olan cərgələrdə təxliyə lüklərinə yaxın yerləşdirilməlidir. Bu halda, əlilliyi olan şəxslərin yerləşdirilməsi nəzərdə tutulan yerlərdə keçidin eni azı 2,2 m-ə qədər artırılmalıdır.
İbadət üçün ritual və memorial binalar və qurğular
8.6.13. Dini təyinatlı binaların, qurğuların və komplekslərin memarlıq mühiti, həmçinin bütün növ təntənəli mərasimlər üçün ritual obyektləri və dəfn və memorial obyektləri əlilliyi olan şəxslər üçün əlçatanlıq tələblərinə və ayinlərin keçirilməsi yerlərinin yerləşdirilməsi və təchizatı hissəsində konfessional tələblərə uyğun olmalıdır.
8.6.14. Binalarda və onlara bitişik ərazilərdə əlilliyi olan şəxslər üçün əlçatan olan, ritual obyektin və ya memorialın işıq və səs memarlığına maneə yaratmayan məlumat vasitələri tətbiq edilməlidir.
8.6.15. Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş hərəkət yolları dini və digər mərasim tədbirləri keçirilən hərəkət zonaları, eləcə də kortejlərin giriş yolları ilə üst-üstə düşməməlidir.
8.6.16. İbadət edənlərin yerləşdiyi zonada təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı Qaydalara 2 nömrəli Əlavənin 2.2-ci cədvəlinə uyğun olaraq müəyyən edilir, digər məhdud hərəkət qabiliyyətli şəxslər üçün oturacaqların sayı isə layihə tapşırığı ilə təyin olunur.
Dini və ritual məqsədli binalar və qurğularda, eləcə də onların ərazilərində dini yuyunma yerləri təşkil edilərkən, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer təchiz edilməlidir.
8.6.17. Hərəkət yolunun kənarından gül, çələng, girlyand, daş, amulet qoyma, ikona, şam, çıraq yerləşdirmə, müqəddəs su paylama və s. yerlərinə qədər olan məsafə 0,6 m-dən çox olmamalıdır. Hündürlük döşəmə səviyyəsindən 0,6 m-dən 1,2 m-ə qədər olmalıdır.
İbadət yerinə yanaşmanın eni azı 0,9 m olmalıdır.
8.6.18. Ərazi üzrə hərəkət yollarında, hər 150 m-dən az olmayaraq, oturmaq üçün yerləri olan istirahət zonaları nəzərdə tutulmalıdır.
8.7. İnzibati binalar
8.7.1. İnzibati binaların ziyarətçilərin qəbulu həyata keçirilən (həmçinin əlilliyi olan şəxslərin) əsas otaqlarının layihələndirilməsi zamanı aşağıdakılara riayət edilməlidir:
- giriş səviyyəsində yerləşdirilməsinə üstünlük verilməsi;
- mütləq sorğu-məlumatlandırma xidmətinin olması (sorğu-məlumatlandırma xidməti ilə növbətçi qəbul otağının birləşdirilməsi mümkündür);
- kollektiv istifadə üçün nəzərdə tutulan otaqların (konfrans zalları, iclas zalları və s.) (mövcud olduqda) ikinci mərtəbədən yuxarı yerləşdirilməməsi.
8.7.2. Məhkəmə iclaslarının zalları bütün kateqoriyalardakı əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.
İddiaçı və vəkilin oturacaqları, o cümlədən kürsü əlçatan olmalıdır.
Məhkəmə prosesinin bütün iştirakçılarının rahat şəkildə çarpaz dindirmə aparması üçün zalda surdotərcüməçilər üçün əlverişli yer nəzərdə tutulmalıdır.
Məhkəmə binasında müttəhimlər və konvoy üçün otaqlar qrupu nəzərdə tutulduqda, bu otaqlardan biri təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs üçün əlçatan olmalıdır. Belə kamera bir neçə məhkəmə zalı üçün nəzərdə tutula bilər.
Penitensiar müəssisələrin məhkumların qohumları və digər şəxslərlə görüş otaqlarındaziyarətçiləri saxlanılan və məhkum edilmiş şəxslərdən ayıran bütöv arakəsmələrin, mühafizə şüşələrinin və ya ayırıcı masaların hər bir tərəfi üzrə əlilliyi olan şəxslər üçün əlçatan olan azı bir yerin təchiz edilməsi təmin edilməlidir. Qısamüddətli və uzunmüddətli görüşlərin keçirilməsi üçün otaqlar təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxs üçün əlçatan olmalıdır.
8.7.3. Fərdi qəbul üçün otağın minimum sahəsi (bir xidmət yeri üçün) azı 12 m qəbul edilməlidir.
Bir neçə xidmət yeri olan qəbul otaqlarında layihə həllərindən asılı olaraq yerlərdən biri əlilliyi olan şəxslər üçün əlçatan olmalı və ya belə yerlər ümumi bir zonada birləşdirilməlidir.
8.7.4. Əgər ziyarətçilərə xidmət göstərən operatorun qarşısında bütöv ayırıcı konstruksiyalar mövcuddursa, eşitmə qabiliyyəti məhdud olan əlilliyi olan şəxslərin personalla səsli əlaqəsini təmin edən iki tərəfli danışıq sistemi və Qaydaların 8.1.7-ci yarımbəndinin tələbinə əsasən səs məlumatlarının aydınlığını təmin edən sistem ilə təchiz olunmuş azı bir yer nəzərdə tutulmalıdır.
8.7.5. Texnoloji tələblərə əsasən müştərilərin girişi məhdudlaşdırılmayan bankların və digər kredit təşkilatlarının otaqlarına aid edilməlidir:
- kassa bloku (kassa və depozit zalı);
- əməliyyat bloku (giriş qrup otaqları, əməliyyat zalı və kassalar);
- yardımçı və xidməti otaqlar (müştərilərlə danışıq və kreditlərin rəsmiləşdirilməsi üçün otaqlar, vestibül, ön vestibül, keçid bürosu).
8.7.6. Əgər bir neçə müstəqil (avtonom) operator yeri mövcuddursa, onlardan biri əlilliyi olan şəxslərə xidmət üçün uyğunlaşdırılmalıdır. Müştəri xidmət masalarından və ya kassalardan biri audio məlumatların aydınlığını təmin edən sistemlə təchiz edilməlidir.
8.7.7. İpoteka əməliyyatlarının həyata keçirildiyi kredit təşkilatlarının ofisində, eləcə də kredit təşkilatlarının ipoteka mərkəzlərində Qaydaların 6.3-cü bəndinə uyğun olaraq əlilliyi olan şəxslər üçün əlçatan olan sanitar qovşağı təmin edilməlidir.
9. İş yerləri üçün xüsusi tələblər
9.1. İş yerlərinin yerləşdiyi binaların yenidənqurulması və layihələndirilməsi zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin qiymətləndirilməsi nəticəsində təsdiq edilmiş orqanizmin funksiyalarının pozulması faizi nəzərə alınmaqla əlilliyi olan şəxslər üçün “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın tələbləri nəzərə alınmalıdır.
9.2. Layihələndirmə zamanı əlilliyi olan şəxslər üçün iş yerlərinin sayı və növləri layihə tapşırığı ilə müəyyən edilir. Onların binaların həcmi-planlaşdırma strukturundakı yerləşdirilməsi (dağınıq şəkildə və ya xüsusi emalatxanalarda, istehsalat sahələrində və xüsusi otaqlarda), eləcə də zəruri əlavə otaqların təmin olunması layihə tapşırığında müəyyən edilir.
9.3. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün iş yerləri nəzərdə tutulmuş ofis otaqlarının sahəsi hesablanarkən təkərli oturacaq təyin edilmiş əlilliyi olan bir şəxs üçün 7,65 m² sahə nəzərə alınmalıdr.
9.4. Əlilliyi olan şəxslərin iş yerləri sağlamlıq üçün təhlükəsiz olmalı və səmərəli təşkil edilməlidir. Layihə tapşırığında onların ixtisaslaşdırılması müəyyən edilməli və zərurət yarandıqda konkret əlillik xüsusiyyətinə görə uyğunlaşdırılmış mebel, avadanlıq və köməkçi qurğular dəsti layihə tapşırığında göstərilməlidir.
9.5. Otaqların iş zonalarında mikroiqlimə dair sanitar-gigiyenik tələblər kompleksinin yerinə yetirilməsi təmin edilməli, eləcə də əlilliyi olan şəxslərin xəstəlik növündən asılı olaraq müəyyən edilmiş əlavə tələblərə riayət edilməlidir.
9.6. Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan və görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş iş yerlərindən sanitar qovşağına, siqaret çəkmə yerlərinə, isinmə və sərinlənmə üçün olan sahələrə, içməli su təchizatı cihazlarına olan məsafə aşağıdakılardan çox olmamalıdır:
- binaların daxilində - 60 m;
- binaların ərazisində - 150 m.
9.7 İş yerlərinin yerləşdiyi binaların məişət otaqlarındakı fərdi şkaflar çox funksiyalı olmalıdır (çöl, ev və iş paltarlarının saxlanması üçün).
9.8. Əlilliyi olan işçilərə sanitariya-məişət qulluğu sənaye müəssisələrinin məişət otaqlarına qoyulan tələblərə və Qaydalara uyğun olaraq təmin edilməlidir.
İstehsal prosesinin sanitariya xüsusiyyətlərindən asılı olmayaraq, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan və görmə qabiliyyəti tam və qismən məhdud əlilliyi olan işçilər üçün sanitar-məişət otaqlarında lazım olan avadanlıqların və kabinələrinin sayı əlilliyi olan üç şəxs üçün azı bir universal duş kabinəsi, əlilliyi olan yeddi şəxs üçün isə azı bir əlüzyuma yeri hesabı ilə təyin edilməlidir.
9.9. Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binaların ictimai iaşə yerlərinə çıxışında çətinlik yarandıqda, hər bir əlilliyi olan şəxs üçün 1,65 m olmaqla, lakin ümumi sahəsi 12 m-dən az olmayan əlavə yemək otağı nəzərdə tutulmalıdır.
10. İxtisaslaşdırılmış bina və qurğular
10.1. İxtisaslaşdırılmış yaşayış binaları
10.1.1. İxtisaslaşdırılmış yaşayış binalarında yaşayış otaqları keçidsiz olaraq yaşayış bölmələri tərkibində layihələndirilməli və bu bölmələr 25 nəfərdən çox olmayan yaşayış qrupları kimi birləşdirilməlidirlər.
10.1.2. Əlilliyi olan şəxslər və ahıllar üçün xüsusi yaşayış binalarında mədəni-məişət və tibbi xidmət otaqları nəzərdə tutulmalıdır.
İxtisaslaşdırılmış yaşayış binalarının tibbi, sosial və peşəkar reabilitasiya üzrə ixtisaslaşdırılmış müəssisələr və tədris-istehsalat təyinatlı müəssisələr ilə birgə kompleks şəklində layihələndirilməsi zamanı, bu müəssisələrin otaq və sahələri yaşayış binalarının tərkibinə daxil edilməli, yaxud onları yaşayış binaları ilə əlaqəli, ona bitişik və ya ayrıca blokda yerləşdirilməli, lazım olduqda qızdırılan keçidlə təmin edilməlidir.
10.1.3. Əlilliyi olan şəxslər və ahıllar üçün internat evlərində hər bir yaşayış qrupuna xidmət göstərmək üçün sahəsi aşağıdakılardan az olmayan otaqlar nəzərdə tutulmalıdır:
- hamam otağı – 12 m;
- duş kabinəsi – 3 m soyunub-geyinmə yeri ilə;
- sanitar otağı – 16 m;
- məişət ehtiyacları üçün otaq – 12 m;
- təmiz və çirkli paltarlar üçün yığnaq yerləri.
Bundan əlavə, özünə qulluq edə bilən əlilliyi olan şəxslər və ahıllar üçün yaşayış bölməsində hər sakinə azı 1,2 m hesablanma sahəsi olan ünsiyyət otağı və mətbəx-bufet (hər sakin üçün azı 0,6 m) nəzərdə tutulmalıdır.
10.1.4. Əlilliyi olan şəxslər və ahıllar üçün internat evlərində tibbi arabaların və təkərli oturacaqların saxlanması üçün azı 4 m sahəsi olan otaq və ya yer ayrılmalıdır.
10.1.5. Psixonevroloji internat tipli ümumi təhsil müəssisələrinin layihələndirilməsi zamanı xəstələrin sərbəst saxlanması üçün reabilitasiya profilli, xəstələrin müşahidəsi üçün müalicə-bərpa profilli, daimi qayğıya ehtiyacı olan xəstələr üçün yataq profilli şöbələr nəzərdə tutulmalıdır.
10.1.6. Psixonevroloji internat tipli ümumi təhsil müəssisələrinin yeməkxanasını ayrıca binada yerləşdirərkən qarderoblu vestibül nəzərdə tutulmalıdır ki, onun hesablama sahəsi yeməkxanada hər oturacaq üçün azı 0,25 m qəbul edilməlidir.
10.1.7. Yaşayış otaqları qruplarını xidmət otaqları bloklarına aparan dəhliz və keçidlərdən ayıran yanğın əleyhinə arakəsmə və divarlarda, eləcə də yanar materialların saxlanması və emalı ilə əlaqəli anbar və emalatxana otaqlarında 2-ci tip yanğın əleyhinə qapılar nəzərdə tutulmalıdır.
10.2. Sosial xidmət müəssisələri
10.2.1. Sosial xidmət müəssisələri tibbi, sosial və peşəkar reabilitasiya müəssisəsi və ya onun filialları ilə birləşdirilərkən oxşar otaqlar və xidmətlər birləşdirilməlidir.
Sosial xidmət müəssisələrində mobil texnologiyalar əsasında səsli məlumatlandırma sistemləri qurulmalıdır. Bütün tibbi və sosial xidmət otaqları kontrastlı yazılar, Brayl şriftli və səsli lövhələrlə təchiz olunmalıdır.
10.2.2. Sosial xidmət müəssisələri və ya onların filialları əlilliyi olan şəxslərin və ahılların yaşaması üçün nəzərdə tutulmuş yaşayış binasının tərkibinə daxil edildikdə, müəssisənin otaqları əlavə olaraq həmin binada yaşayan əlilliyi olan şəxslərin və ahılların sayının 30 faizinə xidmət göstərəcək şəkildə hesablanmalıdır.
10.2.3. Sosial xidmət müəssisələrində qeydiyyat-məlumat masası və azı aşağıdakı sahələrə malik ümumi müalicə fəaliyyəti üçün otaqlar nəzərdə tutulmalıdır:
- iki prosedur otağı, hər biri – 12 m;
- sarğı otağı – 22 m;
- üç kabinet, hər biri – 18 m;
- laboratoriya otaqları – 14 m (ümumi sahəsi);
- protezlərin ölçülməsi və quraşdırılması üçün 2 otaq (hər biri 12 m olmaqla), həmçinin təmiz və çirkli paltarlar üçün ayrıca yığnaq otaqları.
10.2.4. Tədris-istehsalat sinifləri və emalatxanaları siniflərin və emalatxanaların profilinə uyğun əlilliyi olan şəxslərin təxliyəsi şərtlərinə və yanğın təhlükəsizliyi tələblərinə cavab verən binadaxili, binadaxili-binaya bitişik və ya ayrıca otaqlar blokunda yerləşdirilməlidir.
10.2.5. Gündüz şöbəsinin tərkibinə sahələri azı aşağıdakı ölçüdə olan otaqlar daxil edilməlidir:
- əlilliyi olan şəxslərin və ahılların qalması üçün otaqlar, hər biri – 36 m;
- gündüz istirahəti üçün otaqlar, hər biri – 16 m;
- mətbəx-bufet – 9 m;
- soyunub-geyinmə otağı olan duş kabinəsi.
10.2.6. Əlilliyi olan şəxslər üçün otaqlar tutumu 25 nəfərdən çox olmayan qruplara birləşdirilməli və binanın birinci mərtəbəsində yerləşdirilməlidir. Gün ərzində qalmaq üçün nəzərdə tutulan otaqlar ikinci mərtəbədən yuxarı yerləşdikdə liftlə təmin edilməlidir.
10.3. Əlilliyi olan şəxslərin reabilitasiyası üçün ixtisaslaşdırılmış müəssisələr
10.3.1. Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə ixtisaslaşdırılmış müəssisələr əlilliyi olan şəxslərin yaşadığı yerlərdə tibbi, sosial və peşəkar reabilitasiya mərkəzləri və dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün sanatoriya-kurort müəssisələri kimi layihələndirilməlidir.
10.3.2. Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə ixtisaslaşmış müəssisələrin tərkibində protezlərin və təkərli oturacaqların təmiri emalatxanaları, təkərli oturacaqların saxlanması üçün otaqlar, eləcə də peşə-əmək reabilitasiyası üçün otaqlar nəzərdə tutulmalıdır.
Yaşayış otaqları tədris-istehsalat təyinatlı otaqlardan 3-cü tip odadavamlı mərtəbəarası örtüklərlə ayrılmalıdır.
10.3.3. Tibbi, sosial və peşəkar reabilitasiya üçün ixtisaslaşdırılmış müəssisələrin layihələndirilməsi zamanı aşağıdakı əsas otaq qrupları nəzərdə tutulmalıdır:
- sağlamlaşdırıcı fəaliyyət və müalicə idmanı üçün;
- xidmət və məişət təyinatlı;
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün xüsusi oriyentasiya məşq otaqları.
Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslərin müstəqil hərəkəti üçün taktil xəritələr və səsli istiqamətləndiricilər quraşdırılmalıdır.
10.3.4. Sağlamlaşdırıcı fəaliyyət və müalicə idmanı üçün otaqlar qrupuna oyunlar və ümumi fiziki hazırlıq üçün universal idman zalı, sualtı duş-masajı, masaj və manual terapiya üçün köməkçi otaqları olan idman zalı və üzgüçülük hovuzu, hamam-sauna daxil edilməlidir.
10.3.5. Tibbi təyinatlı otaqlar qrupuna elektrik və işıq terapiyası, istilik terapiyası, həkim kabineti olan refleksoterapiya və qrup psixoterapiyası otaqları daxil edilməlidir.
Elektrik və işıq terapiyası otağında döşəmə örtüyü elektrik izolyasiya materiallarından hazırlanmalıdır. Otağın divarlarının keramik plitələrlə üzlənməsinə yol verilmir.
10.3.6. Dayaq-hərəkət aparatının funksiyaları pozulmuş əlilliyi olan şəxslərə uyğun ixtisaslaşdırılmış sanatoriyalarda bütün profilli sanatoriyalar üçün ümumi olan otaqlardan başqa, əlavə olaraq diaqnostika şöbəsinin tərkibində duodenal zondlama və mədə şirəsi götürülməsi kabinetləri, fizioterapiya şöbəsinin tərkibində əzələlərin elektrik stimullaşdırılması kabineti və mədə-bağırsaq təyinatlı prosedur otağı, bakterioloji və palçıqla müalicə şöbələri, həmçinin proktoloq və uroloq kabinetləri daxil edilməlidir.
10.3.7. Yaşayış otaqları qrupu tərkibində müalicə idmanı ilə məşğul olmaq, gəzməyi öyrənmək üçün otaqlar və masaj kabinetləri nəzərdə tutulmalıdır.
10.3.8. Əlilliyi olan şəxslər üçün sanatoriya müəssisələrində otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:
Yaşayış otaqları azı 4,5 m sahəsi olan dəhlizlərlə və sanitar qovşaqları ilə təmin edilməlidir.
10.4. İxtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri
10.4.1. İxtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələri layihələndirilərkən uşaqların yaşaması üçün, bədən tərbiyəsi, musiqi və xüsusi fəaliyyətlər üçün, tibbi xidmət məqsədli, iaşə bölməsi, xidməti və təsərrüfat-məişət məqsədləri üçün otaq qrupları nəzərdə tutulmalıdır.
10.4.2. Təhsil alan uşaqlar üçün internat tipli ümumi təhsil müəssisələrində tədris otaqları və tədris-istehsalat emalatxanaları nəzərdə tutulmalıdır. Tədris-istehsalat emalatxanalarında görmə qabiliyyəti tam və ya qismən məhdud olan uşaqlar üçün təhlükəsizlik siqnal sistemləri quraşdırılmalıdır.
10.4.3. İxtisaslaşdırılmış uşaq reabilitasiya müəssisələrində ümumi çamaşırxanalarda paltar yumaq mümkün olmadıqda, çamaşırxana ilə təmin edilməlidir. Çamaşırxana iki növbəli iş rejimli və hər hərəkət edə bilən şagird üçün gündə azı 1 kq quru paltar və yataq xəstəsi uşaq üçün 2 kq paltar məhsuldarlığı nəzərə alınmaqla layihələndirilməlidir.
Uşaqların yaşaması üçün otaqlar
10.4.4. Uşaqların yaşaması üçün otaq qrupları aşağıdakıların tərkibində layihələndirilməlidir:
- qrup bölmələrinin - məktəbəqədər uşaqlar üçün;
- tədris və yaşayış bölmələrinin - ibtidai təhsil yaşlı uşaqlar üçün;
- yaşayış bölmələrinin - internat tipli ümumi təhsil müəssisələrində orta və tam təhsil sinif şagirdləri üçün.
10.4.5. Yaşayış və tədris-yaşayış bölmələrinin tərkibində bir sakin üçün hesablama sahəsi aşağıdakılardan az olmayan otaqlar daxil edilməlidir:
- yataq otaqları – 4 m;
- internat evlərində yataq rejimli uşaqlar üçün – 6 m;
- gündüz qalma otaqları – 3 m;
- təlim-yaşayış bölmələrində sinif otaqları – 2,5 m;
- əqli ləngimələri olan və təlimi mümkün olmayan uşaqlar üçün bufet – 0,5 m;
- gigiyena-sanitariya otaqları – 1 m;
- paltarların qurudulması üçün – 0,35 m;
- anbarlar, eləcə də uşaqların şəxsi əşyaları üçün saxlancı olan növbətçi-tərbiyəçi otağı – 0,5 m.
Məktəbəqədər təhsil müəssisələrində qrup bölmələrinin tərkibi və ölçüləri TNvəQ 2.08.02-nin tələblərinə uyğun olaraq qəbul edilməlidir.
10.4.6. İnternat tipli ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün yaşayış bölməsi tərkibində hər bir şagirdə hesablama sahəsi azı 1,5 m, poliomielit və serebral iflic xəstəliyi nəticəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün isə azı 1,8 molan fərdi dərslər üçün əlavə otaqlar nəzərdə tutulmalıdır.
1.1. Bu əlavədə yanğın təhlükəsi şəraitində əlilliyi olan şəxslərin təxliyəsi üçün liftlərin texniki pasport parametrləri nəzərə alınmaqla əlilliyi olan şəxslər üçün yanğın təhlükəsizliyi zonasında tələb olunan liftlərin sayının hesablanması qaydası müəyyən edilir.
1.2. Hesablama üçün ilkin məlumatlar:
- liftin xidmət göstərdiyi yanğın təhlükəsizliyi zonası olan mərtəbələrin sayı;
- yanğın təhlükəsizliyi zonalarının yerləşdiyi səviyyələrə qədər liftin qalxma hündürlüyü;
- mərtəbələr üzrə təhlükəsiz zonalarda əlilliyi olan şəxslərin hesablama sayı və tərkibi;
- nominal tutum (liftlərin yükqaldırma qabiliyyəti və sürəti);
- müxtəlif funksional yanğın təhlükəsi siniflərinə aid olan binalar üçün M2-M4 hərəkətlilik qruplarına daxil olan əlilliyi olan şəxslərin hesablama sayı.
1.3. Liftlərin sayını hesablayarkən istifadə olunan əsas anlayışlar:
- dövri reys - liftin əsas minmə mərtəbəsindən həmin mərtəbəyə qayıdana qədər olan hərəkəti;
- dövri reys vaxtı - liftin dövri reysi yerinə yetirmək üçün sərf etdiyi vaxt, bura daxildir - sürətlənmə və tormozlanma, nominal sürətlə hərəkətə, qapıların açılması və bağlanması, eləcə də əlilliyi olan şəxslərin giriş və çıxışlarına sərf olunan vaxt.
1.4. Liftin tutumu (nəfər) – liftin nominal yük qaldırma qabiliyyəti və lift kabinəsinin daxili həndəsi ölçüləri, hərəkət vasitələri ilə birlikdə əlilliyi olan şəxslərin çəkisi, binaların funksional yanğın təhlükəsi sinfi nəzərə alınmaqla əlilliyi olan şəxslərin forması və horizontal proyeksiya sahəsi (binanın planı üzrə tutduğu yer) və Qaydalara 2 nömrəli Əlavə nəzərə alınmaqla müəyyən edilir.
1.5. Hər mərtəbə üçün təhlükəsiz zonalar liftə minib-düşmə dayanacaqlarının sayı Ndayanacaq,mərt, yanğından mühafizə zonalarında əlilliyi olan şəxslərin hesablama sayına və liftin tutumuna əsasən müəyyən edilir.
1.6. Hər bir dayanacaq üçün dövri reys vaxtı (Td.r) aşağıdakı düsturdan istifadə etməklə hesablanır:
burada, – liftin nominal sürətlə dövri reysi həyata keçirərkən keçdiyi məsafədir, m;
– lift kabinəsinin nominal hərəkət sürəti, m/s;
Kt – liftin istismarı zamanı sərf olunan mümkün əlavə vaxtı nəzərə alan əmsaldır (sərnişinlərin giriş və çıxışları zamanı gecikmə, qapının hərəkət sürətinin tənzimlənməsi və s.) Kt = 1,1-1,2 qəbul edilə bilər;
- dövri reys ərzində liftin sürətlənməsi və tormozlanmasına, qapıların açılması və bağlanmasına, sərnişinlərin giriş və çıxışlarına sərf olunan vaxtın cəmi, san.
Vaxt sərfinin hesablanması üçün ilkin məlumatlar liftlərin texniki pasportundan götürülməlidir. M4 hərəkətlilik qrupundan sərnişinlər üçün (təkərli oturacaqda) giriş və çıxış vaxtları cədvəl 1.1-də göstərilmişdir.
1.7. Liftin reyslərinin ümumi vaxtı T0 bütün dövri reyslərin Td.r vaxtlarının cəmi ilə aşağıdakı düsturla müəyyən edilir:
1.8. Əlilliyi olan şəxslərin təhlükəsiz ərazilərdən əsas mərtəbəyə lazımi daşınmasını təmin edən liftlərin sayı (n ) aşağıdakı düsturundan istifadə etməklə hesablanır:
(1.3) düsturu üzrə hesablamanın nəticəsi ən böyük yaxın tam ədədə yuvarlaqlaşdırılır.
1.9. Müxtəlif yükgötürmə qabiliyyətinə və sürətinə malik bir qrup lift quraşdırılarkən hər bir lift üçün hesablamalar aparılır. Məhdud hərəkət qabiliyyəti olan şəxsi xilas etmək üçün hər bir liftin hesablanmış iş vaxtı 10 dəqiqədən çox olmamalıdır.
Əlilliyi olan və hərəkət imkanları məhdud digər şəxslərin qruplarına şamil edilən şəxslərin ümumi xüsusiyyətləri və onlara uyğun olan üfüqi proyeksiyanın orta sahə göstəriciləri 2.1 cədvəlində verilmişdir.
Hərəkət imkanları məhdud şəxslər:
- məktəbəqədər yaşda olan uşaqlar;
- məktəbəqədər yaşda olan uşaqlarla birgə şəxslər;
Əsadan istifadə edən görmə qabiliyyəti tam və qismən məhdud şəxslər
Hərəkət edərkən əlavə dəstək vasitələrindən (qoltuqaltı/dirsəkaltı, əsa) istifadə edən əlilliyi olan şəxslər:
- əlavə dəstək olmadan hərəkət edənlər;
- protezlərdə əlilliyi olan şəxslər
M2 qrupuna aid olmayan, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər və hərəkət qabiliyyəti məhdud olan digər şəxslər
Hərəkət qabiliyyəti olmayan şəxslər
Daşınması mümkün olmayan şəxslər
Hərəkət sərbəstliyi məhdud olan, o cümlədən əqli ləngimələri olan şəxslər
İnsanların üfüqi proyeksiyasının orta sahəsi f hesablama ilə müəyyən olunur.
M1 hərəkətlilik qrupuna aid şəxslərin təxliyə vaxtının hesablanması zamanı sürəti hərəkət məhdudiyyəti olmayan şəxslər üçün verilmiş rəqəmlərə nəzərən 20% azaldılmalıdır.
Sərbəst hərəkət edə bilməyən şəxslər (məsələn, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər).
Hərəkət etdirilməsi birbaşa həyatı üçün təhlükə yaradan və buna görə daşınması yolverilməz olan şəxslər.
Qeyd. Sərbəst hərəkət etməyən və təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər NM qrupuna aid edilməlidir.
M2-M4 hərəkətlilik qruplarına aid şəxslərin hesablama sayı 2.2 cədvəlinə uyğun olaraq müəyyən edilməlidir.
Məktəbəqədər təhsil müəssisələrinin binaları, internat tipli ümumi təhsil müəssisələrinin yataq korpusları
Yerlərin ümumi sayının
Təkərli oturacaq təyin edilmiş sağlamlıq imkanları məhdud olan uşaqlar üçün azı bir yer;
məktəbəqədər xüsusi təhsil müəssisəsində yerlərin sayı layihə tapşırığına uyğun olaraq daha çox müəyyən edilə bilər
Mehmanxanalar, yataqxanalar (mənzil tipli yataqxanalar istisna olmaqla), pansionatların, sanatoriyaların və ümumi tipli istirahət evlərinin yataq korpusları
Nömrələrin ümumi sayının 3%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer; nömrələrin (yaşayış otaqlarının) sayı 20-dən az olan binalarda, layihə tapşırığına əsasən, lakin M2-M4 hərəkətlilik qruplarına aid əlilliyi olan şəxslərin yaşaması üçün azı bir universal əlçatan nömrə (yaşayış otağı) nəzərdə tutulmalıdır
Çoxmənzilli yaşayış binaları
Layihə tapşırığı ilə müəyyən edilir
Yanğın təhlükəsizliyi zonasında hesablama aparmaq üçün, hər mərtəbədə (bölmənin mərtəbəsində) təkərli oturacaq təyin edilmiş əlilliyi olan azı bir şəxs (ziyarətçi) nəzərə alınmalıdır
Teatrlar, kinoteatrlar, konsert zalları, klublar, sirklər, tribunaları olan idman qurğuları, kitabxanalar və qapalı məkanlarda ziyarətçilər üçün hesablanmış oturacaqları olan digər müəssisələr
Zallardakı və idman qurğularının tribunalarındakı oturacaqların ümumi tutumunun 3%-i, üstəlik 1000-dən çox tamaşaçı tutumu olduqda, hər 100 yer üçün əlavə bir yer
Tamaşaçı zallarında və tribunalarda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlər Qaydaların 8.1.5-ci bəndinə əsasən zalın ümumi tutumunun 0,75%-dən az olmamalıdır. Tamaşa zallarında oturacaqlar çıxarıla bilən bölmələr şəklində təchiz oluna bilər
Muzeylər, sərgilər, rəqs zalları və oxşar təyinatlı digər qapalı məkanlar
Ziyarətçilərin ümumi sayının 2%-i
Yanğın təhlükəsizliyi zonası sahəsinin hesablanması üçün layihə tapşırığına əsasən, təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin sayı otaqların sahəsindən asılı olaraq qəbul edilməlidir
Ticarət obyektlərinin binaları
Ziyarətçilərin ümumi sayının 3%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer
İctimai iaşə obyektlərinin binaları
Ziyarətçilərin ümumi sayının 5%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer
Hava limanı kompleksləri, dəmir yolu vağzalı kompleksləri
Hesablama tutumunun 2%-i
Hesablama tutumu layihə tapşırığına əsasən qəbul edilir
Poliklinikalar və ambulatoriyalar
Bir növbə ərzində xidmət etmə qabiliyyətinin 5%-i (layihə tapşırığı ilə müəyyən edilir)
Tibb müəssisəsinin ixtisaslaşmasından asılı olaraq layihə tapşırığı ilə dəqiqləşdirilməlidir
Məişət və kommunal xidmət müəssisələrinin ziyarətçiləri üçün nəzərdə tutulan, oturacaq yerlərinin hesablama sayı olmayan otaqlar
Eyni vaxtda xidmət göstərmə qabiliyyətinin 3%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer
İdman-sağlamlıq kompleksləri və tamaşaçılar üçün tribunası olmayan idman-məşq müəssisələri, məişət otaqları, hamamlar
Eyni vaxtda xidmət göstərmə qabiliyyətinin 2%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer. Əlilliyi olan idmançılar üçün soyunub-geyinmə otaqlarında yerlərin sayı layihə tapşırığı əsasında müəyyən edilir
Dini qurumların binaları
Ziyarətçilərin ümumi sayının 7%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer
Ümumtəhsil məktəblərinin, uşaqlar üçün əlavə təhsil müəssisələrinin və peşə təhsili müəssisələrinin binaları
Təhsil alanların ümumi sayının 2%-i
Təkərli oturacaq təyin edilmiş sağlamlıq imkanları məhdud olan uşaqlar üçün azı bir yer. Təhsil alanların sayı 120 nəfərdən az olan binalarda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı layihə tapşırığına uyğun olaraq müəyyən edilir
Ali təhsil müəssisələrinin və əlavə peşə təhsili müəssisələrinin binaları
Təhsil alanların ümumi sayının 2,7%-i
Təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer. Təhsil alanların sayı 120 nəfərdən az olan binalarda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı layihə tapşırığına əsasən müəyyən edilir
İdarəetmə orqanlarının, layihə-konstruktor təşkilatlarının, informasiya və redaksiya-nəşriyyat təşkilatlarının, elmi təşkilatların, bankların, idarə və ofislərin binaları
Layihə tapşırığı əsasında müəyyən edilir
Ziyarətçilərin qəbul edildiyi binalarda və otaqlarda təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün azı bir yer nəzərdə tutulmalıdır
İstehsalat və ya anbar təyinatlı binalar
Layihə tapşırığı ilə müəyyən edilir
1. M2/M3/M4 hərəkətlilik qruplarına aid əlilliyi olan şəxslərin sayı 0,25/0,6/0,15 nisbətinə əsasən müəyyən edilməlidir.
2. İctimai binaların birinci mərtəbələrində təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslər üçün yerlərin sayı 1% və ya daha çox artırıla bilər, çünki onların təxliyəsi yanğın təhlükəsi zonalarından təxliyə ilə əlaqəli deyil;
M1 hərəkətlilik qrupuna aid əlilliyi olan şəxslərin hesablama sayı binanın funksional təyinatına uyğun olaraq müəyyən edilməlidir, lakin aşağıdakılardan az olmamalıdır:
- 80% - ümumi təhsil müəssisələrinin binalarında;
- 20% - mehmanxana binalarında;
- 35% - çoxmənzilli yaşayış binalarında;
- 60% - uşaqların olduğu tamaşa binalarında (teatr, kinoteatr);
- 70% - poliklinika və ambulatoriya binalarında;
- 35% - uşaqların olması mümkün olan digər ictimai binalarda;
- 10% - uşaqların olmadığı digər ictimai binalarda.
Qeyd. X ≥ 300 mm; Y = 300 mm + pillənin eni (A)