“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 11.6-cı və 25.1-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə, həmin Əsasnamənin 5.10 - 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası
1. “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.
4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 20 may tarixli iclas protokolu.
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyinin sədri
1.1. “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” (bundan sonra - Qaydalar) bioloji aktiv qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblərini müəyyən edir.
1.2. Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla, Avropa İttifaqının 2002-ci il 10 iyun tarixli 2002/46/EC nömrəli (Directive 2002/46/EC of the European Parliament and of the Council of 10 June 2002) sənədi əsasında hazırlanmışdır.
1.3. Bioloji aktiv qida məhsulları Qaydaların tələblərinə cavab verdiyi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11.5-ci maddəsinə əsasən qeydiyyata alındığı halda onların emalı və dövriyyəsinə icazə verilir.
1.4. Bioloji aktiv qida məhsulları istehlakçıya yalnız qablaşdırılmış və etiketlənmiş formada təqdim oluna bilər.
1.5. Qaydalar həm ölkə ərazisində emal olunan, həm də dövriyyədə olan bioloji aktiv qida məhsullarına tətbiq olunur.
1.6. Qaydalar dərman vasitələrinə şamil olunmur.
2.1. Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. digər bioloji aktiv maddələr – nutriyentlər istisna olmaqla, fizioloji təsirə malik digər maddələr (amin turşular, fermentlər, yağ turşuları, prebiotiklər və probiotiklər, bitki və bitki ekstraktları və s.);
2.1.2. birinci qablaşdırma – məhsul ilə birbaşa təmasda olan qablaşdırma;
2.1.3. ikinci qablaşdırma – birinci qablaşdırmaların yerləşdirildiyi qablaşdırma;
2.1.4. gündəlik istinad istehlak normaları – sağlam insanın vitamin və minerallara ehtiyac duyduğu gündəlik normalar.
2.2. Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və başqa normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
3.1. Bioloji aktiv qida məhsullarının hazırlanmasında yalnız Qaydalara 1 nömrəli əlavədə göstərilən vitamin və mineralların Qaydalara 2 nömrəli əlavədə qeyd olunan formalarının istifadəsinə yol verilir.
3.2. Tərkibində vitamin və minerallar olan bioloji aktiv qida məhsullarının istehsalçı tərəfindən tövsiyə edilən gündəlik qəbuletmə doza payındakı vitamin və mineralların minimum miqdarı Qaydalara 3 nömrəli əlavədə göstərilən həddə olmalıdır.
3.3. 2-4 yaşlı uşaqlar üçün nəzərdə tutulan bioloji aktiv qida məhsullarının həmin istifadəçi yaş qrupu üçün uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın 3.3.6-cı yarımbəndində nəzərdə tutulmuş tədqiqat protokolları əsasında müəyyənləşdirilir.
3.4. Bioloji aktiv qida məhsullarının tərkibindəki vitamin və minerallar Qaydalara 3 nömrəli əlavədə göstərilən həddən az olduğu halda həmin vitamin və minerallar istehsalçı tərəfindən tövsiyə edilən gündəlik qəbuletmə doza payında deyil, məhsulun etiketində tərkibindəki digər maddələrin qeyd olunduğu hissədə göstərilir.
3.5. Qaydalara 1 və 2 nömrəli əlavələrdə göstərilən vitamin və minerallar və onların formaları adlandırılarkən onların sinonim adlarının istifadəsinə yol verilir.
3.6. Tərkibində digər bioloji aktiv maddələr olan bioloji aktiv qida məhsullarının tərkibində olan bioloji aktiv maddələrə dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın 3.10-cu bəndində sadalanan sənədlərlə müəyyənləşdirilir.
4.1. Bioloji aktiv qida məhsullarının etiketlənməsi Qanunun 17-ci maddəsi, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”nin 8.4-cü və 8.5-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın müddəaları nəzərə alınmaqla, aşağıda göstərilən tələblərə uyğun olmalıdır:
4.1.1. Qaydaların əhatə dairəsinə aid edilən məhsullar “bioloji aktiv qida məhsulu” adı ilə dövriyyəyə buraxılmalıdır;
4.1.2. bioloji aktiv qida məhsullarının etiketlənməsi, təqdimatı və reklamı normal və balanslaşdırılmış qidalanma vasitəsilə orqanizmin vitamin və minerallarla təmin edilməyəcəyini bildirməməli və ya belə təəssürat yaratmamalıdır;
4.1.3. bioloji aktiv qida məhsullarının tərkibində olan qidalandırıcı və ya fizioloji xüsusiyyətlərə malik olan bioloji aktiv maddələrin (vitamin və minerallar, digər bioloji aktiv maddələr) gündəlik qəbuletmə dozasındakı miqdarı etiket üzərində rəqəmlə qeyd olunmalıdır. Vitamin və mineralların miqdarı göstərilərkən Qaydalara 1 nömrəli əlavədə göstərilən müvafiq ölçü vahidləri istifadə olunur.
4.2. Bioloji aktiv qida məhsullarının tərkibindəki vitamin və mineralların miqdarı ilə bağlı məlumatlar Qaydalara 3 nömrəli əlavədə göstərilən gündəlik istinad istehlak normasının faizlə ifadəsi formasında da göstərilir. Vitamin və minerallar üçün gündəlik istinad istehlak normasının faizlə ifadəsinin qrafik formasında da göstərilməsinə də yol verilir. Gündəlik istinad istehlak norması olmayan bioloji aktiv maddələr üçün “Gündəlik istinad istehlak norması yoxdur” ifadəsi etiket üzərində qeyd olunur.
4.3. Yoxlama və digər nəzarət tədbirləri zamanı sınaq laboratoriyalarında məhsulun tədqiqi (sınağı) aparıldığı halda, Qaydaların 4.1.3-cü yarımbəndində bəyan edilən vitamin, mineral və digər bioloji aktiv maddə miqdarında kənaraçıxma payının vitaminlər üçün “-20%” ilə “+50%” arasında, minerallar üçün “-20%” ilə “+45%” arasında, digər bioloji aktiv maddələr üçün isə “-20%” ilə “+20%” arasında olması yolveriləndir.
4.4. 2-4 və ya 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan bioloji aktiv qida məhsullarının qablaşdırmasında onun əmtəə nişanı ilə yanaşı “2-4 yaş arası uşaqların istifadəsi üçün uyğundur” və ya “4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur” ifadədələri göstərilməlidir. Bu yaş qrupu üçün nəzərdə tutulmayan məhsulun qablaşdırılmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilə bilməz.
4.5. Məhsulun etiketində məhsulun müəyyən istifadəçi qrupu (kişi və ya qadın, uşaqlar və ya böyüklər) üçün istehsal edildiyini göstərən ifadə yerləşdirilməsinə yol verilir.
4.6. Bioloji aktiv qida məhsullarının miqdarı etiket üzrərində kapsul, həb, pastil, tək istifadəlik toz paket (saşe), maye ampul, damcı və digər analoji formaların sayı göstərilməklə qeyd olunur.
4.7. Bioloji aktiv qida məhsulunun tək istifadəlik toz paket (saşe), blister, ampul, flakon kimi birinci qablaşdırma formaları istehlakçıya ikinci qablaşdırma ilə birgə təqdim olunduqda Qaydaların 4.8-ci bəndi nəzərə alınmaqla, Qanunun 17-ci maddəsində qeyd olunan icbari etiket məlumatlarının mövcudluğu birinci qablaşdırmanın üzərindəki etiketdə deyil, ikinci qablaşdırmanın üzərindəki etiketdə yoxlanılır.
4.8. Bioloji aktiv qida məhsulunun tək istifadəlik toz paket (saşe), blister, ampul, flakon kimi birinci qablaşdırma formalarının üzərində məhsulun adı, yararlılıq müddəti, istehsalçının adı, istifadəçi yaş həddi, saxlanma şəraiti göstərilməlidir.
4.9. Qeydiyyat nömrəsi bioloji aktiv qida məhsullarının qablaşdırılması və istifadə təlimatında qeyd edilməlidir.
5.1. Bioloji aktiv qida məhsularının istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsinə yol verilmir.
5.2. Bioloji aktiv qida məhsulları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.
5.3. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun həyata keçirilməlidir.
5.4. Bioloji aktiv qida məhsullarının mikrobioloji göstəriciləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.
5.5. Bioloji aktiv qida məhsullarının qablaşdırılmasında Qanunun 23.1-ci maddəsində göstərilən tələblərə cavab verən materiallardan istifadə edilməlidir.
5.6. Bioloji aktiv qida məhsullarında baytarlıq preparatlarına aid farmakoloji aktiv maddələrin yolverilən maksimum qalıq miqdarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.
5.7. Bioloji aktiv qida məhsullarının emalında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2024-cü il 5 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda göstərilən qida əlavələri həmin qaydaların tələblərinə uyğun tətbiq edilməlidir.
Vitamin B1 (tiamin) (mq)
Vitamin B2 (riboflavin)(mq)
Vitamin B3 (niasin) (mq NE)
Vitamin B5 (pantoten turşusu) (mq)
Vitamin B6 (piridoksin) (mq)
Vitamin B12 (kobalamin) (µq)
1.3. retinil palmitat
3.1. D-alfa-tokoferol
3.2. DL-alfa-tokoferol
3.3. D-alfa-tokoferil asetat
3.4. DL-alfa-tokoferil asetat
3.5. D-alfa-tokoferil asit suksinat
3.6. tokoferol qarışığı 1)
3.7. tokotrienol tokoferol
4.1. filloxinon (fitomenadion)
5. Vitamin B1 (tiamin)
5.1. tiamin hidroxlorid
5.2. tiamin mononitrat
5.3. tiamin monofosfat xlorid
5.4. tiamin pirofosfat xlorid
6. Vitamin B2 (riboflavin)
6.2. riboflavin 5-fosfat, natrium
7. Vitamin B3 (niasin)
7.3. inozitol hekzanikotinat (inozitol hekzaniasinat)
7.4. nikotinamid ribozid xlorid
8. Vitamin B5 (pantoten turşusu)
8.1. D-pantotenat, kalsium
8.2. D-pantotenat, natrium
9. Vitamin B6 (piridoksin)
9.1. piridoksin hidroxlorid
9.2. piridoksin 5-fosfat
9.3. piridoksal 5-fosfat
10.1. kalsium-L-metilfolat
10.2. pteroilmonoqlutamin turşusu
10.3. (6S)-5-metiltetrahidrofol turşusu, qlükozamin duzu
11. Vitamin B12 (kobalamin)
11.2. hidroksokobalamin
11.3. 5-dezoksiadenozilkobalamin
13.1. L-askorbin turşusu
13.2. natrium L-askorbat
13.3. kalsium L-askorbat
13.4. kalium L-askorbat
13.5. L-askorbil 6-palmitat
13.6. maqnezium L-askorbat
13.7. sink L-askorbat
- kalsium bisqlisinat
- kalsium sitrat malat
- limon turşusunun kalsium duzları
- kalsium qliserofosfat
- ortofosfor turşusunun kalsium duzları
- kalsium fosforil oliqosaxaridlər
- maqnezium L-askorbat
- maqnezium bisqlisinat
- maqnezium sitrat malat
- limon turşusunun maqnezium duzları
- maqnezium qliserofosfat
- ortofosfor turşusunun maqnezium duzları
- maqnezium L-lizinat
- maqnezium hidroksid
- maqnezium L-pidolat
- maqnezium kalium sitrat
- maqnezium asetil taurat
- ortofosfor turşusunun natrium duzları
- kalium qliserofosfat
- ortofosfor turşusunun kalium duzları
- dəmir ammonium sitrat
- dəmir natrium difosfat
- dəmir difosfat (dəmir pirofosfat)
- elemental dəmir (karbonil+elektrolitik+hydrogen reduksiyaedici)
- dəmir ammonium fosfat
- dəmir hidroksid adipat tartrat
- mis lizin kompleksi
- sink mono L-metionin sulfat
- manqan qliserofosfat
- selen ilə zənginləşdirilmiş maya
- natrium hidrogen selenit
- xromla zənginləşdirilmiş maya
- xrom (III) laktat trihidrat
- ammonium molibdat (molibden VI)
- kalium molibdat (molibden VI)
- natrium molibdat (molibden VI)
- natrium monoflüorofosfat
- xolin-stabilləşdirici ortosilisium turşusu
- silikat turşusu (gel şəklində)
- üzvi silisium (monometilsilanetriol)