Qanunvericilik › Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Biometrik texnologiyaların tətbiqi sahələri

Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Biometrik texnologiyalar aşağıdakı tədbirlər həyata keçirilərkən tətbiq edilir:

6.0.1. üz təsvirlərinin, gözün qüzehli və tor qişasının elektron formada çəkilib toplanılması və qeydiyyatı, fotorobotla təsvirin yaradılması, identifikasiyası və verifikasiyası;

6.0.2. kütlədə şəxsin videomüşahidə üsulu ilə tanınması;

6.0.3. əl-barmaq və ovuc izlərinin elektron formatda çəkilib toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;

6.0.4. səs fraqmentinin elektron formatda yazılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;

6.0.5. səs fraqmentinin və onun akustik parametrlərinin analizi;

6.0.6. informasiyanın səs formatından elektron mətn formatına konvertasiyası, mətnin səsləndirilməsi;

6.0.7. kağız üzərində yazı xəttinin və imzanın elektron formatda surətinin çıxarılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;

6.0.8. yazı xəttinin analizi;

6.0.9. DNT analizi, analizin nəticələrinin elektron formatda toplanılması və qeydiyyatı, şəxsin identifikasiyası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver