Qanunvericilik › “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.07.2025) › Tam mətn

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.07.2025)

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.07.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planının 8.4.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan Uyğunluq sertifikatlarının uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara dair müvafiq məlumatların daxil olduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) Uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinə inteqrasiyasını, ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 iyul 2025-ci il

Bu Qayda “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara (bundan sonra – mallar) nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra ̶ Komitə) arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.

2.1. Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçinin malların gömrük ərazisinə daxil olması barədə məlumatların mübadiləsini həyata keçirirlər.

2.2. Agentlik uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarlar barədə məlumatların real vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

2.3. Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallara dair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malı göndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü), kodu, çəkisi, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyə ötürür.

2.4. Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarına çıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanı Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumat ötürür.

2.5. Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik və Komitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlar Tərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldə olunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.

2.6. Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

2.7. Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olan idxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.

2.8. Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinad standartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.

1. 12 may 2026-cı il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 465)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver