Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Dövlət büdcəsinin xərcləri

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:

10.1.1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, qrantlar, subsidiyalar və cari köçürmələr;

10.1.2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları, səhmlərin alınması və layihələrdə iştirak payı;

10.1.3. borca xidmət üzrə xərclər.

10.2. Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.

10.3. Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği, bu Qanunun 18.4-cü, 18.4-1-ci və 19.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz.

10.4. Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver