11-1.1. Ortamüddətli və uzunmüddətli dövr üzrə makrofiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun idarəedilməsi məqsədilə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər 4 ildən bir ortamüddətli dövrün sonu üçün müəyyən edilir.
11-1.2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin növbəti ortamüddətli dövrün sonuna hədəflənən yuxarı hədləri başa çatan ortamüddətli dövrün sonuncu ilində müəyyən edilir.
11-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq ortamüddətli dövrün sonuna müəyyən edilmiş yuxarı həddini rəhbər tutaraq həmin ortamüddətli dövrün illəri üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə əməliyyat (aralıq) hədəflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla formalaşdırır və müvafiq illərin icmal və dövlət büdcəsinin layihələrinin tərtibi zamanı nəzərə alır.
11-1.5. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.