"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.3-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 noyabr 2009-cu il tarixli İ-138 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17 noyabr 2009-cu il tarixdə (şəhadətnamə №3481) dövlət qeydiyyatına alınmış “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları” ləğv edilsin.
3. Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Q-11” nömrəli “15” aprel 2013 il tarixli Qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa və «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanına əsasən hazırlanmışdır və büdcə təşkilatlarının hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Büdcə təşkilatlarının maliyyə hesabatları (bundan sonra maliyyə hesabatları) - büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Büdcə təşkilatlarının (bundan sonra – təşkilatlar) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir.
2.1. Tabeli təşkilatlar tərəfindən illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas təşkilatına təqdim edilir.
2.2. Tabeli təşkilatı olmayan təşkilatlar və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən təşkilatlar tərəfindən müvafiq olaraq illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin iyun ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
3.1.1. Təşkilatlar üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
3.1.2. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan təşkilatlar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i daxil olmaqla;
3.1.3. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış təşkilatlar üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i daxil olmaqla.
1. 18 oktyabr 2018-ci il tarixli Q-09 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810180009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 oktyabr 2018-ci il)
2. 9 aprel 2024-cü il tarixli 3-23/3-9-6/2024 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202404090323, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 aprel 2024-cü il)