Qanunvericilik › Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında (Nazirlər Kabinetinin qərarı, 20.11.2000) › Tam mətn

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında (Nazirlər Kabinetinin qərarı, 20.11.2000)

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında (Nazirlər Kabinetinin qərarı, 20.11.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələri işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli 276 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. Tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda bu Qərarın əlavəsində müəyyən edilmiş həddən aşağı olmayaraq ödənilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 20 noyabr 2000-ci il

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.

2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 19,60 manat, dosent və ya fəlsəfə doktoru üçün 14,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 9,60 manat məbləğində müəyyənləşdirilir.

3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 12,50 manat, geyimsiz naturada isə 20,70 manat məbləğində müəyyən olunur.

4. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

1. 10 oktyabr 2002-ci il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 637)

2. 6 sentyabr 2003-cü il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №9, maddə 523)

3. 4 avqust 2005-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 780)

4. 2 iyun 2006-cı il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 563)

5. 21 noyabr 2006-cı il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №11, maddə 988)

6. 26 sentyabr 2007-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 924)

7. 01 aprel 2008-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 303)

8. 30 oktyabr 2008-ci il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 939)

9. 4 aprel 2011-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 362)

10. 17 dekabr 2015-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1578)

11. 28 aprel 2016-cı il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 828)

12. 11 may 2017-ci il tarixli 199 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5, maddə 970)

13. 2 avqust 2017-ci il tarixli 315 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2017-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1605)

14. 14 mart 2018-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2018-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 605)

15. 8 iyun 2018-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2018-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1355)

16. 28 fevral 2019-cu il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 366)

17. 7 avqust 2019-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 avqust 2019-cu il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1453)

18. 14 yanvar 2022-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 yanvar 2022-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 66)

19. 16 yanvar 2023-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 yanvar 2023-cü il, “Xalq” qəzeti, 18 yanvar 2023-cü il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 131)

20. 26 dekabr 2024-cü il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2024-cü il, “Xalq” qəzeti, 29 dekabr 2024-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1447)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver