Qanunvericilik › Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələrində çalışan bütün işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında (Prezidentin fərmanı, 07.04.1992) › Tam mətn

Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələrində çalışan bütün işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında (Prezidentin fərmanı, 07.04.1992)

Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələrində çalışan bütün işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında (Prezidentin fərmanı, 07.04.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələrində çalışan bütün işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında

Büdcədən maliyyələşdirilən sosial sahə müəssisələri işçilərinin maddi rifahını yüksəltmək məqsədi ilə qərara alıram:

1. Aşağıdakıların vəzifə maaşları və tarif dərəcələri 50 faiz artırılsın:

1992-ci il mayın 1-dən—ali, orta ixtisas təhsili, texniki peşə məktəbləri sisteminin rəhbər, professor-müəllim, pedaqoji kadrlarının, tibb işçilərinin və kitabxanaçıların;

1992-ci iyunun 1-dən—“Bütün növlərdən olan və büdcədən maliyyələşdirilən ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin və elmi idarələrin rəhbər, pedaqoji və elmi işçilərinin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli Fərmanı ilə, habelə bu bəndin birinci hissəsi ilə əhatə olunmayan bütün digər büdcə təşkilatları işçilərinin.

2. 1992-ci ildə əmək haqqının artırıldığı məbləğdə sosial sığortaya ayırmalar tətbiq edilməsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərini həll etsin.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Bakı şəhəri, 7 aprel 1992-ci il.

24 aprel 1992-ci il tarixli 698 nömrəli Fərman (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 9, maddə 241)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver