Qanunvericilik › Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Çayçılığın obyektləri və subyektləri

Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Çayçılığın obyektləri çay plantasiyaları, çay əkini materialları və çay məhsulları, habelə onun son istehlakına qədər bütün mərhələlərdə bu və ya digər formada istifadə olunan torpaq, bina, texnika, texnoloji maşınlar və avadanlıqlar, köməkçi təbii və süni materiallardır.

4.2. Çayçılığın subyektləri çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının becərilməsi və ilkin emalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyələr və dövlət orqanlarıdır (qurumlarıdır).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver