Qanunvericilik › Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslərə kompensasiya və güzəştlər

Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilən şəxslər bu Qanunun 6-cı maddəsinin 11, 14—16, 19, 20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, habelə aşağıdakı hüquqlara malikdirlər:

1. Yeni yaşayış yerlərində müvafiq dövlət orqanları tərəfindən peşələrinə və ixtisas dərəcələrinə uyğun şəkildə ilk növbədə işlə təmin olunmaq. Bu cür işlə təminetmə mümkün olmadıqda, həmin orqanlar arzularını nəzərə almaqla onları başqa işlə təmin etməli, yaxud təhsil müddətində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə təqaüd verməklə yeni peşə (ixtisas) öyrənmək imkanı yaratmalıdırlar.

2. Fərdi ev tikmək üçün torpaq sahələri almaq.

3. Uşaqlarının məktəbəqədər uşaq tərbiyə müəssisələrində, idarə tabeliyindən asılı olmayaraq müalicə və sanatoriya tipli xüsusiləşdirilmiş uşaq müəssisələrində, digər sağlamlaşdırma müəssisələrində yerlə təminatında üstünlükdən istifadə etmək.

4. Uzun müddət istifadə olunan mallarla təminatda üstünlükdən istifadə etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver