Qanunvericilik › “Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.11.2013) › Tam mətn

“Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.11.2013)

“Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.11.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

Bakı şəhəri, 5 noyabr 2013-cü il

1.1. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə (bundan sonra – müəssisə) yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi qaydasını müəyyən edir.

1.3. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 7.1-ci maddələrinə uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqlara, əlilliyi olan uşaqlara, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə, valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslərə, müəyyən yaşayış yeri olmayan şəxslərə, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara, insan alverinin qurbanlarına və məişət zorakılığından zərər çəkmiş şəxslərə şamil olunur.

1.4. Çətin həyat şəraitində olan şəxsin (ailənin) müəssisəyə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi şəxsin hüquq və azadlıqlarına riayət olunması, şərəf və ləyaqətinə hörmət, tolerantlıq, diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi, bərabər imkanların təmin edilməsi, humanizm və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

2.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

2.1.1. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi onların valideynlərindən birinin, qohumlarının, digər qanuni nümayəndəsinin (qəyyumunun, himayəçisinin), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə onların razılığı ilə digər şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.

2.1.2. Uşağın valideyn himayəsindən məhrum olması səbəblərindən asılı olaraq, aşağıdakı sənədlər ərizəyə əlavə olunur:

2.1.2.1. valideynlər boşanmışdırsa - nikahın pozulması haqqında şəhadətnamənin surəti və valideynin razılığı;

2.1.2.2. valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin müvafiq qətnaməsi;

2.1.2.3. valideynin (valideynlərin) əlilliyi varsa, bunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı.

2.1.3. Müraciətə daxil olduqdan 10 (on) iş günü müddətində “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq Agentlik tərəfindən baxılır və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116.7-ci və 116.8-ci maddələrinə uyğun olaraq, uşağın müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.2. Əlilliyi olan uşaqlar üzrə

2.2.1. Təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar üzrə

2.2.1.1. Əlilliyi müəyyən edilmiş 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunmayan uşaqların (bundan sonra – uşaqlar) müəssisəyə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.2.1.1.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;

2.2.1.1.2. uşağın əlilliyini təsdiq edən TSEK-in qərarı;

2.2.1.1.3. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;

2.2.1.1.4. uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

2.2.1.1.5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil;

2.2.1.1.6. psixoloji-tibbi-pedaqoji komissiyanın (bundan sonra – komissiya) qərarı.

2.2.1.2. Müəssisəyə yerləşdirilməsi barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində uşaqların sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi tərəfindən ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində uşağın sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi həyata keçirilir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlanaraq, Agentliyə göndərilir.

2.2.1.3. Hesabata təqdim olunmuş (bu Qaydanın 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlərlə birlikdə baxılaraq, Agentlik tərəfindən uşaqların müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.2.2. Təhsilə cəlb olunan əlilliyi olan uşaqlar üzrə

2.2.2.1. Əlilliyi müəyyən edilmiş 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunan uşaqların (bundan sonra – uşaqlar) müəssisələrə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yaşadığı ərazi üzrə rayon (şəhər) komissiyaya ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.2.2.1.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;

2.2.2.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;

2.2.2.1.3. uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

2.2.2.1.4. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

2.2.2.2. Komissiyada müəssisəyə yerləşdirilmə barədə ərizəyə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır.

2.2.2.3. Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində uşaqların psixoloji-tibbi-pedaqoji müayinəsi aparılır, inkişaf xüsusiyyətləri aşkarlanmaqla diaqnozu müəyyənləşdirilir və uşaqların xüsusi təhsilə olan tələbatı qiymətləndirilərək “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq komissiyanın qərarı və ərizəyə əlavə olunmuş sənədlər xüsusi təhsil müəssisəsinə göndərilir.

2.3. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə

2.3.1. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların (bundan sonra – yetkinlik yaşına çatmayanlar) müəssisələrə yerləşdirilməsinə Agentlik tərəfindən “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aşağıda qeyd olunan sənədlər əsasında baxılır:

2.3.1.1. yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti;

2.3.1.2. yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri;

2.3.1.3. uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti;

2.3.1.4. sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı.

2.3.2. Müraciət daxil olduqdan 3 (üç) iş günü ərzində, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq, yetkinlik yaşına çatmayanın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi məqsədi ilə daxili işlər orqanına, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya və digər aidiyyəti qurumlara sorğu göndərilir, sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edilir.

2.3.3. Sorğuda tələb olunan məlumatlar göstərilməklə, 5 (beş) iş günü müddətində həmin qurumlar tərəfindən sorğuya cavab verilir.

2.3.4. Sorğu göndərilən qurumlarda zəruri məlumatlar olmadıqda, yetkinlik yaşına çatmayanın yaşının və şəxsiyyətinin müəyyən olunması üçün məhkəməyə müraciət edilir.

2.3.5. Qeyd olunan sənədlərə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılaraq, yetkinlik yaşına çatmayanın müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.3.6. Hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanı saxlayan polis orqanı, onun valideynlərini bu barədə məlumatlandırmaqla, yerli icra hakimiyyəti orqanına müraciət edir.

2.3.7. Müraciətə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın iclasında baxıldıqdan sonra xüsusi pedaqoji yanaşma tələb olunan 8 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan (14 yaşınadək uşaqların valideynlərinin, 14 yaşından yuxarı olan yetkinlik yaşına çatmayanların şəxsi razılığı tələb olunur), böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan, daim qanunazidd davranışlı, təhsildən yayınan, valideynlərlə ünsiyyətdə çətinlik çəkən, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayan, müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan uşaqların açıqtipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi ilə bağlı uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın iclasının protokolundan çıxarış yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rəsmiləşdirilir və uşağın şəxsiyyəti, sağlamlığı, təhsili və ailə vəziyyətinə dair sənədlərlə birlikdə 10 (on) gün müddətində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilir.

2.3.8. Sənədlərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən baxılaraq, hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanın müəssisəyə yerləşdirilməsi barədə 5 (beş) iş günü müddətində göndəriş qəbul edilir.

2.3.9. Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən 11 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır.

2.3.10. Müəssisəyə yerləşdirilmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yetkinlik yaşına çatmayanın şəxsiyyəti, sağlamlığı, təhsili və ailə vəziyyətinə dair sənədlərlə birlikdə yerli icra hakimiyyəti tərəfindən 10 (on) gün müddətində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilir.

2.3.11. Müəssisəyə yerləşdirilmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına təqdim olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən baxılaraq, 5 (beş) gün müddətində hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanın müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edilir.

2.3.12. Müəssisədə baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir. Fərdi plana əsasən, reabilitasiya prosesi başa çatmış həmin yetkinlik yaşına çatmayanların sosial, psixoloji və hüquqi vəziyyəti sosial işçi tərəfindən qiymətləndirilərək, zəruri olduğu halda, bu Qaydanın 2.3.7-ci yarımbəndinə uyğun olaraq onların açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi məsələsinə baxılması məqsədilə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya müraciət edilir.

2.4. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə

2.4.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər müəssisələrə yerləşdirilmələri üçün Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə (burada həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4.1.1. şəxsiyyəti təsdiq edən sənəd;

2.4.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

2.4.1.3. şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;

2.4.1.4. şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

2.4.1.5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

2.4.2. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özlərinin əsas həyati tələbatlarını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərin sənədlərinə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə ərizələri əlavə olunur.

2.4.3. Müəssisəyə yerləşdirilmə barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi tərəfindən ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi həyata keçirilir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlanaraq Agentliyə göndərilir.

2.4.4. Hesabata təqdim olunmuş (bu Qaydanın 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlərlə birlikdə baxılaraq, 5 (beş) iş günü müddətində Agentlik tərəfindən şəxsin (ailənin) müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.4-1. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə

2.4-1.1. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər və ya onların qohumları, habelə onların razılığı ilə digər şəxslər müəssisəyə yerləşdirilmələri üçün Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4-1.1.1. şəxsiyyəti təsdiq edən sənəd;

2.4-1.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış;

2.4-1.1.3. əlilliyi olan şəxslərə münasibətdə TSEK-in qərarı;

2.4-1.1.4. şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

2.4-1.1.5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

2.4-1.2. Müəssisəyə yerləşdirilmə barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayaraq Agentliyə göndərir.

2.4-1.3. Hesabata təqdim olunmuş (bu Qaydanın 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlərlə birlikdə baxılaraq, 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin (ailənin) müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.5. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə

2.5.1. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər müəssisələrə yerləşdirilmələri üçün ərazi üzrə dövlət tibb müəssisələrinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.5.1.1. şəxsiyyəti təsdiq edən sənəd;

2.5.1.2. ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış;

2.5.1.3. şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

2.5.1.4. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

2.5.2. Müəssisəyə yerləşdirilməsi barədə müraciət ərizəsi ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin müəssisəyə yerləşdirilməsinə olan tələbatı sosial işçi (həkim) tərəfindən qiymətləndirilərək, ərazi üzrə dövlət tibb müəssisəsi tərəfindən müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.6. İnsan alveri qurbanları üzrə

2.6.1. İnsan alveri qurbanlarının müəssisəyə (sığınacağa) yerləşdirilməsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na və 2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları”na müvafiq olaraq tənzimlənir.

2.7. Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə

2.7.1. Məişət zorakılığından zərər çəkmiş şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət etməlidirlər.

2.7.2. Yerli icra hakimiyyəti orqanına və ya polis orqanına məişət zorakılığı ilə bağlı müraciət edildikdə məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzinin (bundan sonra – yardım mərkəzi) sosial işçisi (psixoloqu) yerli icra hakimiyyəti orqanına və ya polis orqanına dəvət edilir, şəxslə söhbət nəticəsində onun məişət zorakılığına məruz qalması faktı təsdiqlənərək müvafiq akt tərtib edilir və şəxs yardım mərkəzinə müşayiət edilir.

2.7.3. Məişət zorakılığından zərər çəkmiş şəxslər yardım mərkəzlərinə birbaşa müraciət etdikdə yerli icra hakimiyyəti orqanının və ya şəhər, rayon polis orqanının əməkdaşı yardım mərkəzinə dəvət edilir.

2.7.4. Yardım mərkəzində qısamüddətli (3 gün) ilkin reabilitasiya xidmətindən sonra müvafiq akt tərtib edilir və şəxsin istəyinə və sosial işçinin hazırladığı fərdi plana uyğun olaraq müvəqqəti sığınacağa qəbul edilir.

2.7.5. Zərər çəkmiş uşaqlar 3 (üç) ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 (iki) ay müddətinədək yardım mərkəzində sığınacaqla təmin oluna bilərlər.

2.8. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üzrə

2.8.1. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərin (2.8-ci bənd üzrə bundan sonra – şəxslər) müəssisələrə (sosial adaptasiya mərkəzinə) yerləşdirilməsi məqsədilə Agentlik penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata alır.

2.8.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata alınmamış şəxslər cəza çəkməkdən azad edildikdən sonra, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları sosial adaptasiya mərkəzinə yerləşdirilmək üçün Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.8.2.1. şəxsiyyəti təsdiq edən sənəd;

2.8.2.2. şəxsin penitensiar müəssisədə cəza çəkməkdən azad olunması haqqında arayış;

2.8.2.3. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti, habelə alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olmaması barədə məlumat göstərilməklə dövlət tibb müəssisələrindən tibbi arayışlar;

2.8.2.4. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

2.8.3. Şəxsin bu Qaydanın 2.8.2.1–2.8.2.4-cü yarımbəndlərində göstərilən sənədləri olmadıqda, həmin sənədlərin alınmasına sosial işçi tərəfindən kömək göstərilir.

2.8.4. Müraciət daxil olduqdan 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır və Agentliyə təqdim edir. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin sosial adaptasiya mərkəzinə qəbulu barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya qəbulundan imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.8.5. Şəxsin sosial adaptasiya mərkəzinə qəbul olunması barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edildikdə ona sosial işçi tərəfindən sosial xidmət göstərilməsinə dair “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi ilə müəyyən edilən sosial adaptasiya müddəti nəzərə alınmaqla fərdi plan hazırlanır.

2.8.6. Fərdi plana əsasən, adaptasiya prosesi başa çatmış penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji və emosional vəziyyəti sosial işçi tərəfindən yenidən qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və Agentliyə göndərilir.

2.8.7. Məlumatın təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin sosial adaptasiya mərkəzini tərk etməsi və yaxud zəruriliyi əsaslandırılmaqla adaptasiya müddətinin uzadılması barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.9. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər üzrə

2.9.1. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər yaşayış sahəsi ilə təmin edilməsi üçün “Məzun evi” sosial xidmət müəssisəsinə öz istəkləri nəzərə alınmaqla qəbul edilirlər.

2.9.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər tədris ilinin sonunda həmin tədris ili üzrə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideyn himayəsindən məhrum olmuş məzunları (bundan sonra – məzun) barədə siyahını Agentliyə təqdim edir. Təqdim olunan siyahıda adları qeyd olunan və “Məzun evi” Sosial Xidmət Müəssisəsinə qəbul olmaq istəyən məzunlardan aşağıdakı sənədlər tələb olunur:

2.9.2.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.9.2.2. təhsil müəssisəsi tərəfindən verilmiş arayış (təhsil müəssisəsini tərk etməsi və valideyn himayəsindən məhrum olması barədə məlumat);

2.9.2.3. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər, alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə dövlət tibb müəssisələrindən tibbi arayışlar.

2.9.3. Sənədlərə Agentlik tərəfindən 10 (on) iş günü müddətində baxılaraq məzunlara “Məzun evi” Sosial Xidmət Müəssisəsində yaşayış sahəsinin verilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya bu Qaydanın 2.9.5-ci yarımbəndinə uyğun olaraq, yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.9.4. Yaşayış sahəsinin verilməsi barədə qərar qəbul edildikdə Agentliklə məzun arasında müddəti göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.

2.9.5. Aşağıdakı hallarda məzuna yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir:

2.9.5.1. bu Qaydanın 2.9.2-ci yarımbəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;

2.9.5.2. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

2.9.5.3. sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;

2.9.5.4. ətrafdakıların həyat və sağlamlıqları üçün təhlükə yarada biləcək aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin, habelə təhlükəli yoluxucu xəstəliklərin daşıyıcısı və ya psixi pozuntuları olduqda.

2.9.6. Bu Qaydanın 2.9.5.1–2.9.5.4-cü yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər.

2.10. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə

2.10.1. Müəyyən yaşayış yeri olmayan şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.10.1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);

2.10.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərinin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış;

2.10.1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış.

2.10.2. Müraciət daxil olduqdan 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır və Agentliyə təqdim edir. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya yerləşdirilməsindən imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.11. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə

2.11.1. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar, habelə valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət etməlidirlər.

2.11.2. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar müəssisəyə birbaşa müraciət etdikdə yerli icra hakimiyyəti orqanının və ya şəhər, rayon polis orqanının əməkdaşı həmin müəssisəyə dəvət edilir və uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya bu barədə məlumat verilir.

2.11.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaq müraciət daxil olduqdan 3 (üç) iş günü ərzində müvəqqəti sosial xidmət müəssisəsinə yerləşdirilir. Zərurət olduğu halda aidiyyəti qurumlara sorğu göndərilir, sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edilir.

2.11.4. Qeyd olunan sənədlər daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılaraq, uşağın müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

2.11.5. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar 60 (altmış) gün müddətinədək müəssisədə yerləşdirilə bilərlər.

2.11.6. Uşağın müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edildikdə ona sosial işçi tərəfindən sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.

2.11.7. Fərdi plana əsasən, sosial-reabilitasiya prosesi başa çatmış uşağın sosial-psixoloji və emosional vəziyyəti sosial işçi tərəfindən yenidən qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və Agentliyə göndərilir.

2.11.8. Məlumatın təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən zəruriliyi əsaslandırılmaqla bu Qaydanın 2.11.5-ci yarımbəndi nəzərə alınmaqla reabilitasiya müddətinin uzadılması barədə qərar qəbul edilir.

2.12. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.13. Bu Qaydanın 2.8.4-cü, 2.9.3-cü və 2.10.2-ci yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin müəssisəyə yerləşdirilməsindən imtina edildikdə, imtina barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qəbul edilmiş qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli ərizəçiyə qaytarılır.

3.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

3.1.1. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəni tərk etməsi onların valideynlərindən birinin, qohumlarının, digər qanuni nümayəndəsinin (qəyyumunun, himayəçisinin) Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.

3.2. Əlilliyi olan uşaqlar üzrə

3.2.1. Uşaqlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya digər qanuni nümayəndələrinin uşaqların ailəyə geri qaytarılması ilə bağlı Agentliyə müraciətinə əsasən və ya yetkinlik yaşına çatdıqda, o cümlədən övladlığa götürüldükdə və ya himayədar ailəyə verildikdə uşaqlar müəssisəni daimi tərk edirlər.

3.2.2. Uşaqlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin uşaqların ailəyə geri qaytarılması ilə bağlı Agentliyə müraciətinə 15 (on beş) iş günündən gec olmamaqla baxılaraq, uşağın müəssisəni tərk etməsi bərədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsindən imtina edilməsi barədə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

3.2.3. Müəssisəyə yerləşdirilmiş bu Qaydanın 2.2-ci bəndində göstərilən uşaqlar aşağıdakı hallarda və müddətə müəssisəni müvəqqəti tərk edirlər:

3.2.3.1. uşağın sağlamlıq vəziyyətində dəyişikliklər baş verdikdə müvafiq tibb müəssisəsində stasionar müalicədə olduğu müddətdə;

3.2.3.2. Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya müəssisəsində reabilitasiya keçdiyi müddətdə;

3.2.3.3. uşağa qulluq və kömək göstərəcəkləri barədə, həmçinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar uşağın valideynləri və digər yaxın qohumları tərəfindən ərizə ilə müəssisənin direktoruna müraciət edildikdə, ərizədə göstərilən müddətdə, lakin 15 (on beş) gündən çox olmamaqla.

3.2.4. Bu Qaydanın 3.2.3.3-cü yarımbəndində göstərilən halda müraciətə müəssisənin direktoru tərəfindən 5 (beş) iş günü müddətində baxılaraq, uşağın müəssisəni müvəqqəti tərk etməsi barədə bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsi uşağın mənafeyinə uyğun olmadıqda isə imtina edilməsi barədə bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

3.3. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə

3.3.1. Yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 (on) yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, valideynlərinin, qohumlarının və digər qanuni nümayəndələrinin (qəyyumun, himayəçinin) müraciətlərinə əsasən o, müəssisəni fərdi plan ilə müəyyən edilmiş reabilitasiya müddətindən əvvəl tərk edə bilər.

3.4. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə

3.4.1. Müəssisəni tərk etməsi barədə müvafiq şəxsin (ailənin) Agentliyə müraciəti olduqda və əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə və ya əlilliyinin müəyyən edilməsi ilə bağlı qərar ləğv edildikdə müəssisəni daimi tərk edir (tərk edirlər).

3.4.2. Müəssisəyə yerləşdirilmiş şəxslər aşağıdakı hallarda müəssisəni müvəqqəti tərk edə bilərlər:

3.4.2.1. şəxsin sağlamlıq vəziyyətində dəyişiklik baş verdikdə müvafiq tibb müəssisəsində stasionar müalicədə olduğu müddətdə;

3.4.2.2. əlilliyi olan şəxs Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya müəssisəsində reabilitasiya keçdiyi müddətdə;

3.4.2.3. şəxsə qulluq və kömək göstərəcəkləri barədə, həmçinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar onun yaxın qohumları tərəfindən ərizə ilə müəssisənin direktoruna müraciət edildikdə, ərizədə göstərilən müddətdə, lakin 30 (otuz) gündən çox olmamaqla.

3.4.3. Bu Qaydanın 3.4.2.3-cü yarımbəndində göstərilən hal üzrə müəssisənin direktoru tərəfindən müraciətə 10 (on) iş günü müddətində baxılaraq şəxsin müəssisəni müvəqqəti tərk etməsi barədə bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsi şəxsin mənafeyinə uyğun olmadıqda isə imtina edilməsi barədə bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

3.5. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə

3.5.1. Müəssisə tərəfindən göstərilən xidmətlərdən imtina barədə ahılın və 18 yaşdan yuxarı əlilliyi olan şəxsin Agentliyə müraciəti olduqda və ya əlilliyi olan şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı qərar ləğv edildikdə həmin şəxs müəssisəni bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qəbul edilmiş qərara əsasən tərk edir.

3.6. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə

3.6.1. Müəssisəyə yerləşdirilmiş ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərin sağlamlığı, mənəvi və psixoloji vəziyyəti sosial işçi (həkim) tərəfindən mütəmadi qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və ərazi üzrə dövlət tibb müəssisəsinə göndərilir.

3.6.2. Məlumata təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində ərazi üzrə dövlət tibb müəssisəsi tərəfindən baxılır, şəxsin sağlamlığının, mənəvi və psixoloji vəziyyətinin müəssisəni tərk etməyə imkan verdiyi müəyyən edildikdə onun müəssisəni tərk etməsi barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

3.7. İnsan alveri qurbanları üzrə

3.7.1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları”nda nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi sosial reabilitasiya planına əsasən, reabilitasiya prosesi başa çatdıqda insan alveri qurbanları müəssisəni tərk edirlər.

3.8. Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə

3.8.1. Bu Qaydanın 2.7.5-ci yarımbəndində nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi plana əsasən, reabilitasiya prosesi başa çatdıqda məişət zorakılığından zərər çəkmiş şəxs yardım mərkəzini tərk edir.

3.8.2. Yardım mərkəzlərində daxili intizam qaydalarını 1 (bir) ay ərzində iki dəfədən çox qərəzli şəkildə pozan şəxslər mərkəzin müdiriyyəti tərəfindən vaxtından əvvəl yardım mərkəzində verilmiş müvəqqəti sığınacaqdan çıxarılırlar.

3.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) olan şəxslər üzrə

3.9.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) olan şəxsin öz arzusuna əsasən və ya daxili intizam qaydalarının 1 (bir) ay ərzində iki dəfədən çox pozulması hallarında o, sosial adaptasiya mərkəzini vaxtından əvvəl tərk edir.

3.10. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmadığına görə “Məzun Evi” Sosial Xidmət Müəssisəsində yerləşdirilmiş şəxslər üzrə

3.10.1. Aşağıdakı hallarda yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinə vaxtından əvvəl xitam verilir və məzun yaşayış sahəsini tərk edir:

3.10.1.1. mənzildən müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə;

3.10.1.2. mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə;

3.10.1.3. mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə;

3.10.1.4. məzun daimi yaşayış sahəsi əldə etdikdə;

3.10.1.5. məzun müəssisənin direktoru tərəfindən edilən rəsmi xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını 1 (bir) ay ərzində təkrar pozduqda.

3.10.2. Bu Qaydanın 3.10.1-ci yarımbəndində qeyd edilən hallar baş verdikdə 10 (on) iş günü müddətində müəssisənin direktoru tərəfindən müraciət hazırlanaraq müvafiq qərar qəbul edilməsi üçün Agentliyə göndərilir. Agentlik tərəfindən müraciətə 5 (beş) iş günü müddətində baxılaraq, şəxsin yaşayış sahəsini tərk etməsi barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya bundan imtina edilməsi barədə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.

3.11. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə

3.11.1. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən yaşayış yeri olmayan şəxslər 6 (altı) ay müddətinədək müəssisəyə yerləşdirilir. Həmin müddət bitdikdə və ya müəssisənin daxili intizam qaydalarını 1 (bir) ay ərzində təkrar pozduqda şəxs müəssisəni tərk edir.

3.12. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə

3.12.1. Bu Qaydanın 2.11.5-ci yarımbəndində nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi sosial reabilitasiya planına əsasən, reabilitasiya prosesi başa çatdıqda cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar müəssisəni tərk edirlər.

4.1. Əlilliyi olan şəxslərin tibbi, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı üzrə tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na və 521 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”na uyğun olaraq həyata keçirilir.

4.2. Əlilliyi olan şəxs, onun qanuni nümayəndəsi və (və ya) sosial işçi bu Qaydanın 4.1-ci bəndində qeyd olunan tədbirlərin göstərilməsi üçün TSEK-ə müraciət edir. TSEK tərəfindən sosial xidmət göstərilməsi üçün müvafiq tədbir müəyyənləşdirilir.

4.3. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

4.3.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial xidmətin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.

4.4. Əlilliyi olan uşaqlar üzrə

4.4.1. Uşaqlara yarımstasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:

4.4.1.1. uşağın fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.4.1.2. uşağın cəmiyyətə adaptasiyasi və inteqrasiyası məqsədilə psixoloji yardımın göstərilməsi və əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması;

4.4.1.3. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;

4.4.1.4. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.4.1.5. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.4.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.4.1.7. funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi;

4.4.1.8. uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardım göstərilməsi;

4.4.1.9. uşaqların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında uşaqlara və ya qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi.

4.4.2. Uşaqlara stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.4.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.4.2.2. yaşayış sahəsinin təmizlənməsi;

4.4.2.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.4.2.4. yataq və geyim əşyalarının yuyulması və ütülənməsi;

4.4.2.5. uşağın fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;

4.4.2.6. uşağın cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi;

4.4.2.7. psixi inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində korreksiya tədbirlərinin həyata keçirilməsi;

4.4.2.8. uşağın gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi;

4.4.2.9. uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsilə cəlb olunan əlilliyi olan uşaqların həmçinin təhsil almasına və ya peşəyə yiyələnməsinə kömək göstərilməsi;

4.4.2.10. tibbi reabilitasiya tədbirlərinin yerinə yetirilməsi;

4.4.2.11. ilk yardımın göstərilməsi və ixtisaslaşmış həkim təyinatına əsasən dərman vasitələrinin verilməsi;

4.4.2.12. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.4.2.13. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi.

4.5. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə

4.5.1. Yetkinlik yaşına çatmayanlara müəssisələrdə sosial xidmətlərin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”na əsasən həyata keçirilir.

4.6. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə

4.6.1. Şəxslərə (ailələrə) stasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:

4.6.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.6.1.2. yaşayış sahəsinin təmizlənməsi;

4.6.1.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.6.1.4. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.6.1.5. ilk yardımın göstərilməsi və həkim təyinatına əsasən dərman vasitələrinin verilməsi;

4.6.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.6.1.7. funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası;

4.6.1.8. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.6.1.9. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.6.1.10. şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;

4.6.1.11. şəxslərin fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;

4.6.1.12. şəxslərin cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi.

4.7. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə

4.7.1. Şəxslərə yarımstasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:

4.7.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.7.1.2. cəmiyyətə adaptasiyası və inteqrasiyası məqsədilə psixoloji yardım göstərilməsi;

4.7.1.3. asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;

4.7.1.4. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.7.1.5. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.7.1.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.7.1.7. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.7.1.8. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi.

4.8. İnsan alveri qurbanları üzrə

4.8.1. İnsan alveri qurbanlarına yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.8.1.1. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.8.1.2. psixoloji sarsıntılarını aradan qaldırmaq üçün psixoloji dəstəyin göstərilməsi;

4.8.1.3. peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi;

4.8.1.4. qanunvericiliklə müəyyən edilmiş müavinətlərin alınmasında kömək göstərilməsi;

4.8.1.5. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlər verilməsi;

4.8.1.6. sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.8.1.7. asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi, onların potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;

4.8.1.8. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.8.1.9. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.8.1.10. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.

4.8.2. İnsan alveri qurbanlarına stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.8.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.8.2.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.8.2.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.8.2.4. yaşayış sahəsinin təmizlənməsi;

4.8.2.5. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.8.2.6. psixoloji sarsıntılarının aradan qaldırılması məqsədilə fərdi və qrup konsultasiyaların təşkili;

4.8.2.7. peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi;

4.8.2.8. qanunvericiliklə müəyyən edilmiş müavinətlərin alınmasında kömək göstərilməsi;

4.8.2.9. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.8.2.10. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.8.2.11. tibbi yardıma ehtiyacı olan insan alveri qurbanları barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.8.2.12. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.8.2.13. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.8.2.14. şəxsin cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi.

4.9. Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə

4.9.1. Məişət zorakılığından zərər çəkmiş şəxslərə yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.9.1.1. fərdi məsləhətləşmələrin aparılması;

4.9.1.2. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.9.1.3. məişət zorakılığı səbəbindən yaranmış psixoloji sarsıntını aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyalarının təşkili;

4.9.1.4. cəmiyyətə adaptasiya və inteqrasiya (və ya reinteqrasiya) məqsədilə psixoloji yardım göstərilməsi;

4.9.1.5. peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi;

4.9.1.6. qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;

4.9.1.7. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.9.1.8. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.9.1.9. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.9.1.10. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.

4.9.2. Məişət zorakılığından zərər çəkmiş şəxslərə stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.9.2.1. tibbi yardıma ehtiyacı olan məişət zorakılığından zərər çəkmiş şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.9.2.2. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.9.2.3. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.9.2.4. fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;

4.9.2.5. məişət zorakılığı səbəbindən yaranmış psixoloji sarsıntını aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyaların təşkili;

4.9.2.6. cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardımın göstərilməsi;

4.9.2.7. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.9.2.8. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.9.2.9. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.9.2.10. yaşayış sahəsinin təmizlənməsi;

4.9.2.11. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.9.2.12. peşə hazırlığı kurslarına istiqamətləndirilmə və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi;

4.9.2.13. qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi.

4.10. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üzrə

4.10.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxsə sosial adaptasiya mərkəzində aşağıdakı sosial xidmətlər göstərilir:

4.10.1.1. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.10.1.2. psixoloji və emosional vəziyyətinin mütəmadi müşahidə edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;

4.10.1.3. sosial bacarıqlarının inkişafına nail olmaq məqsədilə sosial-psixoloji məsləhətlərin verilməsi;

4.10.1.4. hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi;

4.10.1.5. sənədlərin əldə edilməsi və bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.10.1.6. şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;

4.10.1.7. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.10.1.8. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.10.1.9. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.

4.11. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə

4.11.1. Müəyyən yaşayış yeri olmayan şəxsə yarımstasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:

4.11.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.11.1.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.11.1.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.11.1.4. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.11.1.5. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.11.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.11.1.7. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.11.1.8. müəyyən yaşayış yeri olmayan şəxslərə hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.11.1.9. sosial xidmətə götürülmüş şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.11.1.10. sosial xidmətə götürülmüş şəxsin cəmiyyətə adaptasiyası və inteqrasiyası məqsədilə psixoloji yardım göstərilməsi;

4.11.1.11. sosial xidmətə götürülmüş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi.

4.11.2. Müəyyən yaşayış yeri olmayan şəxsə stasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:

4.11.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.11.2.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.11.2.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.11.2.4. yaşayış sahəsinin təmizlənməsi;

4.11.2.5. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.11.2.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.11.2.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.11.2.8. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;

4.11.2.9. onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.11.2.10. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.11.2.11. cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi;

4.11.2.12. peşə hazırlığı kurslarına istiqamətləndirilmə və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi.

4.12. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə

4.12.1. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə yarımstasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:

4.12.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.12.1.2. psixoloji sarsıntının aradan qaldırılması məqsədilə psixoloji yardım göstərilməsi;

4.12.1.3. xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması;

4.12.1.4. palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi;

4.12.1.5. xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyasının təşkil edilməsi.

4.13. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə

4.13.1. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.13.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.13.1.2. şəxsiyyətin dəstəklənməsi və məlumatlandırılması istiqamətlərində fərdi işin aparılması;

4.13.1.3. psixoloji sarsıntının aradan qaldırılması məqsədilə psixoloji yardım göstərilməsi;

4.13.1.4. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında onlara və ya qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.13.1.5. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi;

4.13.1.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.13.1.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.13.1.8. asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi.

4.13.2. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:

4.13.2.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;

4.13.2.2. psixoloji sarsıntıları aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyalarının təşkili;

4.13.2.3. cəmiyyətə adaptasiya və inteqrasiya (və ya reinteqrasiya) məqsədilə psixoloji yardımın göstərilməsi;

4.13.2.4. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında onlara və ya onların qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi;

4.13.2.5. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi və müayinənin nəticəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilməsi istiqamətində tədbirlər görülməsi;

4.13.2.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;

4.13.2.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;

4.13.2.8. dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi;

4.13.2.9. pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədilə uşağın davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi;

4.13.2.10. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;

4.13.2.11. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;

4.13.2.12. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;

4.13.2.13. yaşayış sahəsinin təmizlənməsi.

5.1. Müəssisəyə yerləşdirilmiş çətin həyat şəraitində olan şəxsin (ailənin) aşağıdakı hüquqları vardır:

5.1.1. sosial xidmət göstərilməsinin mümkünlüyü, qaydası və şərtləri, sosial xidmətin forma və növləri, habelə öz hüquq və vəzifələri barədə məlumat almaq;

5.1.2. sosial xidmətə olan tələbatın müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək;

5.1.3. sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla, sosial xidmət göstərən müəssisəni seçmək (hüquq pozuntusu törədən uşaqlar istisna olmaqla);

5.1.4. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmət göstərilməsindən imtina etmək;

5.1.5. sosial xidmət göstərən subyektlər tərəfindən şərəf və ləyaqətinə hörmət olunmasını və humanist münasibət bəslənməsini tələb etmək, habelə onların hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək;

5.1.6. müəssisədə sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə təmin olunmaq;

5.1.7. müəssisədə daxili intizam qaydalarını pozmamaq şərtilə dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;

5.1.8. media məhsulları ilə təmin olunmaq;

5.1.9. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək.

5.2. Müəssisəyə yerləşdirilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır:

5.2.1. müəssisənin daxili intizam qaydalarına riayət etmək;

5.2.2. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;

5.2.3. sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün tam və düzgün məlumatları vermək;

5.2.4. sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.

1. Sosial xidmət müəssisəsinə yerləşdirilən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı:

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

2. Sosial xidmət müəssisəsinə yerləşdirilmə ilə bağlı müraciət edən şəxs: ___________

___________________________________________________________________________

3. Müraciətin Agentliyin yerli qurumuna, “DOST” mərkəzinə və ya Vahid Əlaqələndirmə Mərkəzinə daxil olduğu tarix: “___” ___________ 20___ il

4. Sosial xidmət müəssisəsinə yerləşdirilən şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin hüquqi əsası:

___________________________________________________________________________

___________________________________________________________________________

5. Çətin həyat şəraitində hesab edilən şəxsin (ailənin) yerləşdirildiyi sosial xidmət müəssisəsinin tam adı:

___________________________________________________________________________

___________________________________________________________________________

6. Çətin həyat şəraitində hesab edilən şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirildiyi müddət:_______________________________________________________

7. Şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsinə dair sosial işçinin hesabatının nömrəsi və tarixi: № ____________ “___” ___________ 20___ il

______________________

___________________________________________________________________________

___________________________________________________________________________

1. Sosial xidmət müəssisəsinə yerləşdirilməsindən imtina edilən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı: ______________________________________________________ ____________________________________________________________________________ ____________________________________________________________________________ ____________________________________________________________________________

2. Sosial xidmət müəssisəsinə yerləşdirilmə ilə bağlı müraciət edən şəxs: ___________

___________________________________________________________________________

3.Müraciətin Agentliyin yerli qurumuna, “DOST” mərkəzinə və ya Vahid Əlaqələndirmə Mərkəzinə daxil olduğu tarix: “___” ___________ 20___ il

4. Şəxsin (ailənin) sosial xidmət müəssisəsinə yerləşdirilməsindən imtina edilməsinin hüquqi əsası:________________________________________________________________ ____________________________________________________________________________

5. Şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsinə dair sosial işçinin hesabatının nömrəsi və tarixi: № _______________ “___” ___________ 20___ il

6. Bu Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

1. Sosial xidmət müəssisəsini tərk edən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı:

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

2. Sosial xidmət müəssisəsini tərk etmə ilə bağlı müraciət edən şəxs: _______________________

______________________________________________________________________________

3. Müraciətin Agentliyin yerli qurumuna, “DOST” mərkəzinə və ya Vahid Əlaqələndirmə Mərkəzinə daxil olduğu tarix: “___” ___________ 20___ il

4. Sosial xidmət müəssisəsini tərk etmənin hüquqi əsası: _________________________________

_______________________________________________________________________________

5. Sosial xidmət müəssisəsini tərk etmə tarixi: “___” ___________ 20___ il

______________________

1. Sosial xidmət müəssisəsini tərk etməsindən imtina edilən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı: ____________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

2. Sosial xidmət müəssisəsini tərk etmə ilə bağlı müraciət edən şəxs: ________________________

_______________________________________________________________________________

3. Müraciətin Agentliyin yerli qurumuna, “DOST” mərkəzinə və ya Vahid Əlaqələndirmə Mərkəzinə daxil olduğu tarix: “___” ___________ 20___ il

4. Sosial xidmət müəssisəsini tərk etmədən imtina edilməsinin hüquqi əsası:__________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

5. Bu Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

______________________

1. Sosial xidmət müəssisəsini müvəqqəti tərk edən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı: ______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

2. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmə ilə bağlı müraciət edən şəxs: ______________

______________________________________________________________________________

3. Müvəqqəti tərk etmə ilə bağlı müraciətin sosial xidmət müəssisəsinə daxil olduğu tarix:

“___” ___________ 20___ il

4. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmənin hüquqi əsası: ________________________

_______________________________________________________________________________

5. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmə tarixi: “___” ___________ 20___ il

6. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmə müddəti: “__” gün

______________________

1. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etməsindən imtina edilən şəxsin (ailə üzvlərinin) soyadı, adı, atasının adı: ___________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

2. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmə ilə bağlı müraciət edən şəxs:

_______________________________________________________________________________

3. Müvəqqəti tərk etmə ilə bağlı müraciətin sosial xidmət müəssisəsinə daxil olduğu tarix:

“___” ___________ 20___ il

4. Sosial xidmət müəssisəsini müvəqqəti tərk etmədən imtina edilməsinin hüquqi əsası:

_______________________________________________________________________________

_______________________________________________________________________________

5. Bu Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

______________________

1. 17 dekabr 2015-ci il tarixli 387 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1584)

2. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

3. 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)

4. 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

5. 30 noyabr 2020-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1410)

6. 5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273)

7. 6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163)

8. 15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819)

9. 21 sentyabr 2022-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1100)

10. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

11. 13 sentyabr 2023-cü il tarixli 323 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1344)

12. 26 sentyabr 2023-cü il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2023-cü il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1366)

13. 25 yanvar 2024-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 110)

14. 30 iyul 2024-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 931)

15. 21 sentyabr 2024-cü il tarixli 437 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1100)

16. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 861)

17. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

18. 4 dekabr 2025-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 12 dekabr 2025-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1225)

19. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

20. 20 iyul 2026-cı il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 23 iyul 2026-cı il, № 129)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver