130.1. Tərbiyə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş vahid tədris-tərbiyə prosesi həyata keçirilir.
130.2. Məhkumların ümumi təhsili tərbiyə müəssisələrinin ümumtəhsil məktəblərində, peşə təhsili ilə tərbiyə müəssisələrinin peşə məktəblərində və ya tərbiyə müəssisələrinin istehsalat sahələrində həyata keçirilir.
130.3. Tərbiyə müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə sağlamlıq imkanları məhdud məhkumların xüsusi təhsili qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilir.