Azərbaycan Respublikası
370000 Bakı ş.,S.Vurğun küç.6
№ İ- 15 “02” fevral 1999-cu il.
“Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinik 20 aprel 1998-ci il tarixli 86 saylı Qərarını əldə rəhbər tutaraq
“Ciddi hesabat blanklarının (mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi f.№ KO - 1, vəkalətnamə f.№ M - 2, qaimə - faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydaları” təsdiq edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 07 yanvar 1999-cu il tarixli İ-02 №-li əmri və onunla təsdiq edilmiş “Ciddi hesabat blankları və onlardan istifadə qaydaları” qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 yanvar 1998-ci il tarixli əmri və onunla təsdiq edilmiş “Yeni ciddi hesabat blanklarından istifadə barədə təlimat” qüvvədən düşmüş hesab edilsin.
AZƏRBAYCAN RESPUBLİKASININ
MALİYYƏ NAZİRİNİN səlahiyyətlərini