Qanunvericilik › Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Sorğunun icrası qaydası

Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı hüquqi yardım haqqında sorğunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icra edir.

5.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının hüquqi yardım barədə sorğuya baxmaq səlahiyyəti olmadıqda o, həmin sorğunu səlahiyyətli orqana göndərir və bu barədə xarici dövlətin səlahiyyətli orqanına məlumat verir.

5.3. Sorğu edən xarici dövlətin müvafiq orqanının rəsmi nümayəndələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının razılığı ilə hüquqi yardım haqqında sorğunun icrasında iştirak edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver