167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
167-1.4. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
167-1.5. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə –
iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.