Qanunvericilik › Azərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 168-1

Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan aparılması -

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.2. Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması –

bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

168-1.3.1. təkrar törədildikdə;

168-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver