Qanunvericilik › Azərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 202-1

Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti-nə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

202-1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —

cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver