İşin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.