Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Cinayət işi üzrə istintaq və ya məhkəmə icraatına kömək etmələri ilə bağlı müdafiə olunan şəxslər barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, həmin şəxslərin əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müəyyən edilmiş real məlumatlar təhlükəsizlik tədbirlərinin tətbiqi üçün əsasdır.

Cinayət prosesində iştirak edən şəxslərin onların müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə cinayət prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan Tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra beş gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi andan yeddi gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq qərarının surətini almadıqda təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır.

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və onların tətbiqinin nəticələri haqqında bu tədbirləri həyata keçirən orqan cinayət prosesini həyata keçirən orqana məlumat verir, müdafiə olunan şəxslərin təhlükəsizliyinə qorxu yaradan hallar aradan qaldırıldıqda isə təhlükəsizlik tədbirlərinin ləğvi barədə vəsatət qaldırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver