Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Təhlükəsizliyi təmin edən orqanların hüquq və vəzifələri

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul etmiş orqanların aşağıdakı hüquqları vardır:

1) təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi əsasının müəyyən edilməsi məqsədi ilə zəruri materialları tələb etmək və izahatlar almaq;

2) zəruri hallarda təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlardan əlavə tədbirlərin tətbiqini tələb etmək;

3) təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlarla razılaşdırmaqla təhlükəsizlik tədbirlərini tam və ya qismən ləğv etmək.

Təhlükəsizlik tədbirlərini həyata keçirən orqanların aşağıdakı hüquqları vardır:

1) təhlükəsizlik tədbirlərini və onların tətbiqi vasitələrini müəyyən etmək, zəruri hallarda həyata keçirilən tədbirləri dəyişdirmək və ya onlara əlavələr etmək;

2) təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinin əməl olunmasını, habelə bu tədbirlərin tətbiqi ilə əlaqədar təhlükəsizliyi təmin edən orqanların vəzifəli şəxsləri tərəfindən verilən qanuni göstərişlərin yerinə yetirilməsini müdafiə olunan şəxslərdən tələb etmək;

3) icraatında cinayət işi olan təhqiqat orqanına, müstəntiqə, prokurora, məhkəməyə (hakimə) müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirinin tətbiq edilməsi və ya həyata keçirilən təhlükəsizlik tədbirinin ləğvi barədə vəsatət qaldırmaq.

Təhlükəsizliyi təmin edən orqanların aşağıdakı vəzifələri vardır:

1) müdafiə olunan şəxs barəsində edilən hər bir qanunsuz hallar haqqında məlumat olduqda həmin halların aradan qaldırılması üçün dərhal cavab tədbirləri görmək;

2) müdafiə olunan şəxslərin həyatının, sağlamlığının, mənzilinin və əmlakının toxunulmazlığını bu Qanunla müəyyən edilmiş təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi ilə təmin etmək;

3) təhlükəsizlik tədbirlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar barədə müdafiə olunan şəxsə vaxtında məlumat vermək.

V fəsil

Yekun müddəalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver