Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Dövlət tərəfindən müdafiə olunan şəxslər

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Səlahiyyətli dövlət orqanları tərəfindən barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş şəxs, müdafiə olunan şəxs adlanır.

Müdafiə olunan şəxslər aşağıdakılardır:

1) hüquq-mühafizə orqanlarına cinayət haqqında məlumat vermiş və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya açılmasında iştirak etmiş şəxs;

2) cinayət işi üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və nümayəndəsi, xüsusi ittihamçı və onun nümayəndəsi

3) şübhəli və ya təqsirləndirilən şəxs, onların müdafiəçiləri və qanuni nümayəndələri;

4) mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və nümayəndələri;

5) şahidlər;

6) ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri.

Müdafiə olunan şəxslərə təzyiq göstərmək məqsədilə onların yaxın qohumlarına təsir göstərildiyi hallarda təhlükəsizlik tədbirləri müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də tətbiq edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver