Təhlükəsizliyi təmin edən orqanlar aşağıdakılardır:
1) təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul etmiş orqanlar;
2) bu qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlar.
Müdafiə olunan şəxslər barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilir. Bu qərarla müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilir.
II fəsil
Təhlükəsİzlİk tədbİrlərİ