467-12.1. Cinayət təqibi üzrə qiyabi icraat bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır.
467-12.2. Cinayət təqibi üzrə qiyabi icraat aparıldıqda bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.
467-12.3. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılır.
467-12.4. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılır.
467-12.5. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına yol verilmir.