478.1. Şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.
478.2. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında vəsatəti şəxsin yaxın qohumları, qanuni nümayəndələri və digər maraqlı şəxslər qaldıra bilərlər.
478.3. Bütün məsələlər tədbirin tətbiq edildiyi yer üzrə məhkəmə tərəfindən prokurorun və vəsatəti üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxılan şəxsin mütləq iştirakı ilə həll edilir.