54-3.1. Bu Məcəllənin 54-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
54-3.1.1. cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi;
54-3.1.2. prosessual sənədlərin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
54-3.1.3. prosessual sənədin adı;
54-3.1.4. prosessual sənədin verilmə vaxtı (tarix və saat), yeri, qəbul edən şəxsin soyadı, adı, atasının adı və imzası;
54-3.1.5. prosessual sənədin verilməməsinin səbəbləri;
54-3.1.6. ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxsin onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə vermək vəzifəsinə dair qeyd və onun imzası;
54-3.1.7. prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.