Qanunvericilik › Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Tranzit daşıma

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Azərbaycan Respublikasının səlahiyyətli orqanı xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən üçüncü dövlət tərəfindən verilən şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit daşımasına icazə verə bilər.

16.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş hallarda tranzit daşımaya icazədən imtina edilə bilər. Bu cür imtinaya əsas olan halların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının səlahiyyətli orqanı tranzit daşımayan icazə istəyən xarici dövlətdən müvafiq məlumatlar tələb edə bilər.

16.3. Tranzit daşıma haqqında sorğu yazılı qaydada təqdim edilir.

16.4. Azərbaycan Respublikasının səlahiyyətli orqanı bu Qanunun müddəaları nəzərə alınmaqla, tranzit daşımanın həyata keçirilməsinə icazə verir və bu barədə xarici dövlətin səlahiyyətli orqanlarını məlumatlandırır.

16.5. Tranzit daşıma üçün hava nəqliyyatı istifadə edildikdə aşağıdakı qaydalara riayət edilməlidir:

16.5.1. hava gəmisinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulmadıqda, tranzit daşımanı həyata keçirən dövlət bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanına məlumat verir və bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində göstərilən sənədlərin mövcud olmasını təsdiq edir;

16.5.2. hava gəmisi Azərbaycan Respublikasının hava limanında planlaşdırılmayan qaydada endikdə daşınan şəxs xarici dövlətin müvafiq səlahiyyətli orqanının vəsatətinə əsasən tranzit daşıma haqqında rəsmi sorğu təqdim edilənədək 48 saatadək müddətdə həbsdə saxlanıla bilər;

16.5.3. hava gəmiçinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulduqda tranzit daşımasını həyata keçirən dövlət müvafiq sorğu təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver